| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Avropa Rusiya qazına alternativ olaraq Cənub dəhlizinə üz tutur – TƏHLİL
Tarix 12.02.22, 22:15 |
|
Avropa yarım əsrlik tarixi ərzində qazla bağlı ən ciddi problemini yaşayır və hadisələrin gedişi gərginliyin daha da artacağından xəbər verir. Ukraynaya görə yaşanan gərginlik artacağı təqdirdə Avropanın hətta qaz blokadasına alınma təhlükəsi yaşana bilər.
Düzdür, avropalılar bu qışı birtəhər başa vura biləcək. Lakin müharibə baş verəcəyi təqdirdə Avropanın daha bir neçə il Rusiya qazı ilə bağlı sıxıntıya tab gətirə biləcəyi şübhə doğurur. Təkcə bu il yaşanan çətinliklər avropalıların və rusların çiyinlərinə düşsə də, bundan daha çox qazanan amerikalılar və qətərlilər, eləcə də, "Qazprom"un digər rəqibləri olub. Gərginlik səngisə və tərəflər arasında barışıq əldə olunsa belə, 2021-22-ci illər Rusiya və Avropa arasında energetika sahəsində münasibətlərə ciddi zərbə vurmuş olacaq.
Məsələ ilə bağlı “Kaspi” qəzetində təhlil məqaləsi yayımlanıb.
Qərb mediası, konkret olaraq BBC-nin müraciət etdiyi ekspertlər də vurğulayırlar ki, Avropa İttifaqı, yəqin ki, buraxılan səhvlərdən nəticə çıxaracaq. Diqqət ilk növbədə yaxın keçmişdə diqqətdə olan iki siyasi proqrama söykənəcək.
Birincisi, Avropa "yaşıl” enerjiyə gedən yolda əsas keçidi qaz üzərində cəmləşdirməli olacaq. İkincisi - əsas qaz tədarükçüsü kimi Rusiya ilə münasibətlərin normal saxlanması gündəmdə olmalıdır. Avropa istəsə də, istəməsə də bunu etməlidir.
Hələ 10 il əvvəl Rusiyanın ixrac inhisarçısı "Qazprom” Aİ-nin təbii qaza olan tələbatının 25 faizini təmin edirdi və son illərdə bu asılılıq 40-a çatıb. Rusiyaya gəldikdə, Moskva da etibarlı təchizatçı kimi reputasiyasının itirilməsi ilə barışmalı olacaq.
Qeyd edək ki, gərginlikdən əvvəl Kreml Avropaya Rusiya qazı olmadan qalmağın necə olacağını dadızdırıb. "Qazprom” klapanları bağladı - əvvəlcə Avropanın qaz anbarlarını doldurmaqdan imtina etdi, sonra oktyabr ayından qiymətlərin dörd dəfə artmasına baxmayaraq, ümumiyyətlə, qaz satmaqdan imtina etdi. Əvəzində qiymətlərin bir neçə dəfə aşağı olduğu uzunmüddətli müqavilələr üzrə öhdəliklərini yerinə yetirdi. Nəticədə, Avropa təcili olaraq qaz axtarışına çıxdı, kəsirini hədsiz baha qiymətlərlə doldurmalı oldu. Fəsadlara gəldikdə qaz və elektrik enerjisinin fantastik qiymətləri sənayenin gəlirliliyinə xələl gətirir, nəticədə müəssisələr dayanıb. Hakimiyyət subsidiyalar üçün büdcə vəsaitlərini müəssisələrə və vətəndaşlara yönəltmək məcburiyyətində qalıb. Məsələn, Bolqarıstanın bəzi ərazilərində elektrik enerjisi və qazın bahalaşması ilə əlaqədar axşam saat 21:30-dan səhər 7-dək küçələrdə işıqlar söndürülür və mühafizə üçün əlavə polis dəstələri göndərilir. Aİ-nin hesablamalarına görə, bu böhrandan əvvəl birliyin 27 ölkəsində 30 milyondan çox insan evdə rahat temperatur saxlamaq imkanına malik deyildi. İndi isə bu göstərici daha da artıb. İşıq və qaz üçün ödənişlər tədricən artmaqdadır və indiyə qədər hər kəs baş verənlərin ciddiliyini tam hiss etməyib. Lakin zərbə qaçılmazdır: ilin sonuna qədər Avropanın orta ev təsərrüfatlarında qiymətin 50% artacağı proqnozlaşdırılır.
Belə bir durumda hətta NATO da çıxış yolu aramaq fikrinə düşüb. Mərkəzi Avropanın Rusiyadan qaz asılılığını azaltmaq istəyən NATO üzvləri İspaniya Kataloniyasını Fransa və Almaniya ilə birləşdirəcək qaz kəməri çəkməyi düşünür. Bu barədə "La Vanguardia” nəşri yazıb. "Almaniya bu layihəyə böyük maraq göstərir. Çünki Avropa İttifaqı Almaniyanın Rusiya qazından yüksək asılılığını özünün geostrateji zəif cəhətlərindən biri adlandırır”, - nəşr bildirib. Qəzetin məlumatına görə, Midcat boru kəməri təşəbbüsü 3 il əvvəl İspaniya və Fransa tənzimləyiciləri tərəfindən bloklanıb, çünki onlar qazın bərpa olunan enerji mənbələri ilə sürətlə dəyişdirilməsi kontekstində bunun iqtisadi cəhətdən səmərəli olmayacağını hiss ediblər. "Əlcəzair qazını və mayeləşdirilmiş qazı Avropanın mərkəzinə göndərmək üçün yeni kəmər inşa edilə bilər", - deyə nəşr qeyd edir. Qazın Avropanın "ürəyi”nə çatdırılması üçün Fransa ilə yeni transsərhəd əlaqənin mümkün yenidən başlanması məsələsi hazırda NATO-nun iş masasındadır. Birləşmiş Ştatlar Berlinə "Şimal axını-2” qaz kəmərinin qeyri-müəyyən müddətə dayandırılması üçün ciddi şəkildə təzyiq edir. Bununla belə, Almaniya öz sənayesini riskə atmaq istəmir. Hazırda Avropa ölkələri qazın böyük hissəsini Rusiyadan "Şimal axını-1”, "Yamal-Avropa”, "Türk axını” qaz kəmərləri, eləcə də Ukrayna ərazisindən keçən qaz kəmərləri ilə alır. 2021-ci il sentyabrın 10-da "Şimal axını-2”nin tikintisi tam başa çatsa da, hələ də ondan istifadə edilmir.
Avropa üçün belə durumda digər həll alternativ qaz təchizatçılarının axtarışı ola bilər. Artıq buna doğru da addım atılır. Avropa komissarı Kadri Simson bu məqsədlə fevralın 4-də Bakıya uçub, sonra isə Vaşinqtona gedib. Azərbaycan qaz kəməri ilə Bolqarıstan, Yunanıstan və İtaliyaya cəmi 10 milyard kubmetr qaz nəql edir, lakin onun Avropa balansında payı və onun artırılması imkanları minimaldır.
Bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu təsdiqləyib, yəni ölkəmiz enerji satışını heç zaman siyasi təzyiq alətinə çevirməyib. Faktlar da kifayət qədərdir. Əksər ölkələr buna getdiyi halda, Azərbaycan mavi qaza tələbatın artdığı zaman fürsətdən istifadə edib qiymət artımı ilə sazişlərin yenilənməsini də tələb etməyib. Buna görə də Azərbaycan Avropa üçün cəlbedici ölkələrdən birincilər sırasındadır. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında da prezident İlham Əliyev Azərbaycanın güvənilən bir tərəfdaş olduğunun tam xarakterizə edildiyini xatırladıb.
O ki qaldı Azərbaycanın qaz ehtiyatlarına, bu kifayət qədər genişdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Yeri gəlmişkən, Azərbaycanla yanaşı, qardaş Türkiyənin də tranzit ölkə kimi rolu artmaqdadır. Regional enerji habına çevrilən Türkiyə təbii qaz təchizatı şəbəkəsini genişləndirmək, öz qaynaqlarına İraq və İsrail qazını da əlavə etmək niyyətindədir. Bir çox ölkədən təbii qaz alan Türkiyə tədarük təhlükəsizliyini yeni alternativlərlə təmin etməyi hədəfləyir. Türkiyənin bu il üçün illik təbii qaz istehlakı gözləntiləri təxminən 60 milyard kubmetrdir. Yaxın günlərdə hər iki ölkə ilə bu çərçivədə danışıqların aparılacağı gözlənilir. (oxu.az)
Xəbərin oxunma sayı : 922
Analiz
Xəbərlər
-
Sevda çimərlik geyimində görüntülərini paylaşdı - VİDEO
-
Bəhlul Mustafazadə komandaya nə vaxt qoşulacaq? - Qurbanov açıqladı
-
Yeni dərs ili başlayan kimi əmək müqaviləsinə xitam verildi - VİDEO
-
Formula 1 zamanı şəhərin mərkəzindəki bu yollar açıq olacaq - SİYAHI
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək - VİDEO
-
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
“Eşitdiklərimdən şoka düşdüm“ - Seyfəddin Dəmirliyə qarşı dələduzluq edənin İŞİ
-
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
-
99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub yarı qiymətə satışa çıxarılıb - Alan yoxdur
-
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb - TƏFƏRRÜAT
-
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
-
Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK
-
Nazirlik iki kənddə məktəb tikəcək - 13,8 milyon manat ayrılıb
-
Bakıda bu məktəblər onlayn tədrisə keçir-Siyahı
-
Afra Saraçoğlunun adı narkotik istintaqında - Aktrisa danışdı
-
Fransanın Azərbaycanla bağlı xəbərdarlığına - Rəsmi Bakıdan reaksiya
-
Bu şəxslərin borcları ilə bağlı yeni addım atılır - Nazirlik məlumat yaydı
-
Azərbaycanda abortların sayı rekord səviyyəyə yüksəlib - Son 18 ilin statistikası
-
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Aqrarkredit”in 10 milyonluq əmlakı hərracda - Üçü ucuz qiymətə satıldı
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
-
Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - RƏQƏMLƏR
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
-
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində:Milyonlarla avroluq cinayət işinin detalları
-
Saxta əlillik verən həkimin məhkəməsində “povestka“ paylayan danışdı - ŞOK İFADƏ
-
Bu işlə məşğul olan vətəndaşların nəzərinə - Əlavə pul alacaqsınız
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
-
Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü
-
Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
-
Hansı ölkədə işçinin maaşından daha çox pul tutulur? - SİYAHI
-
Ayxan Abbasov millinin heyətini açıqladı - Kimlər çağırıldı?
-
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
-
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq - YENİ QANUN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
-
Bakıda 13 yaşlı qızın hamilə olması üzə çıxdı - Oğlana bu cəza verildi
-
İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? - VİDEO
-
Evlərinə tez çatmaq üçün düz xətti qırıq-qırıq xəttə “çevirdilər” – Video
-
Beyləqanda kənd təsərrüfatı ilə bağlı monitorinq keçirilib - Fotolar
-
Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı
-
Sabahdan Bakıda mərkəzi yollar bağlanır - SİYAHI
-
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)
-
Kadırovun oğlunun çıxışı müzakirələrə səbəb oldu - VİDEO
-
Almaniyada terror aktı cəhdi: İraq vətəndaşının planı üzə çıxdı
-
Bakıda qızları tora salan “SEHİRLİ ŞAMLAR“ - İnanc, yoxsa pul tələsi
-
“Evsiz-eşiksiz qaldım“ - Məhkəmənin qərarı niyə icra olunmur?
-
Hökməli dairəsində piyadaların keçidi üçün şərait yoxdur? - VİDEO
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Bərpa olunan enerji sahəsində yeni mərhələ başlayır - VİDEO
-
Prezidentin Şamaxı rayonuna səfəri ilə bağlı paylaşım olunub - VİDEO
-
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
-
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
-
Şagirdlər axşama qədər məktəbdə qalır - Valideynlərdən NARAZILIQ
-
Metronun “Həzi Aslanov“ stansiyasında aparılan yenidənqurma işləri yekunlaşır - VİDEO
-
Əli Nağıyev Qazaxıstanda: “Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və...“
-
Ekspres avtobuslara minənlərin sayı açıqlandı - VİDEO
-
Yeni dələduzluq növü peyda olub - BELƏ ALDADIRLAR
-
Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
-
Ermənistan və ABŞ arasında birgə hərbi təlimlər - Müzakirə olundu
-
Yevlaxda yolları hər il bu şirkət təmir edir - Nə qədər pul xərclənib?
-
Suraxanıda “Daş abidə”nin yerindəki tikinti dayandırıldı - İcra hakimiyyəti və qurumlar hara baxırdı?
-
Mehdiyev məhkəməyə müraciət edib - Nə yazıb?
-
35-50 yaşlı hərbi vəzifəlilər təlim toplanışına çağırılır - RƏSMİ
-
Prezident və birinci xanım Pir Ömər Sultan ziyarətgahında - FOTO
-
Növbəti 4 ildə pensiyaların nə qədər arta biləcəyi açıqlandı - Artım hər il aşağı düşəcək
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“ASAN Xidmət“ə “asan“ iş vədi - Astarada 4 min manatlıq dələduzluq
-
Moskva-Bakı münasibətlərindəki böhran həll olunub - Şoyqu
-
Bakıda piyada keçidində eskalatorların işləməməsindən narazılıq - VİDEO
-
Heyvan bazarları nə vaxt bərpa olunacaq? - Rəsmi açıqlama
-
“Azərbaycan Sənaye Bankı”na yeni sədr təyin edilib - Uzun müddətdir orada çalışırdı
-
Gələn il müdafiə xərcləri 1,1, kənd təsərrüfatı xərcləri 13,2 faiz artacaq - Siyahı
-
İlham Əliyev və birinci xanım “Nəsimi Bağları”nda - FOTOLAR
-
Faizlər aşağı salınmalıdır - Tramp FED-in qərarına etiraz etdi
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib - TƏFƏRRÜAT
-
Bərdədə bir gecədə 100-dən çox artezianı söküblər - Sakinlərdən şikayət
-
Prezident və xanımı “Meysari Grand Hotel & SPA”nın açılışında - Fotolar
-
“Tələbəni xaric etmək doğru deyil“ - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
-
Neft böhranı yeni investisiya bumuna səbəb ola bilər - “The Economist”
-
“Ramiz Mehdiyev işi”nin istintaqında daha kimlər şahidlik edib? - TAM SİYAHI
-
TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır - İlham Əliyev
-
Azərbaycanda nə qədər külək enerjisi istehsal edilir? - RƏQƏMLƏR
-
“Dövlət satınalmaları haqqında” Qanun dəyişir - Nələr olacaq?
-
Milli Məclisin bir qrup deputatı Rusiyaya gedir - SƏBƏB
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb - Bu tarixədək
-
“Bir aydır gördüyüm işin pulunu ala bilmirəm” - Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi
-
Prezident bu ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - Fotolar
-
Azərbaycanda 280 min nəfərdən çox işsiz var - RƏSMİ
-
Toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
-
Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama - Qarşıdakı 4 ildə necə olacaq?
-
25 ildən sonra Azərbaycana qayıtdı: Övladlarının vətəndaşlıq problemi yarandı (VİDEO)
-
AZAL-ın keçmiş prezidentinin qızı xaricdə bahalı əmlak alıb - 7,5 milyon dollara
-
Xətai rayonunda binaların həyəti baxımsız vəziyyətdə - VİDEO
-
Bakıda ticarət köşkü soyuducuları yola qoyaraq təhlükə yaratdı - VİDEO
-
Azərbaycan nefti 6 dollar ucuzlaşdı - Qara qızıl 122,15 dollara satılır
-
Səudiyyə bir neçə ölkədən yardım istədi - Tutucu raketləri tükənir
-
“Mübarək“ şadlıq sarayından yayılan tüstü və qoxudan ŞİKAYƏT - VİDEO
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - VİDEO
-
Türk dünyası ilə İslam aləmi arasında mənəvi körpü: Bakının beynəlxalq təşəbbüsləri
-
Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi
-
Tanınmışlar bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Mourinyu Arda gülər tərif yağıdırdı: “Oyun keyfiyyəti inanılmazdır“
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - Detallar - Video
-
Azərbaycan 3 milyard manata yaxın borc alacaq - Gələn il
-
Ermənistan Rusiyanın 102-ci hərbi bazasının çıxarılmasını tələb etməyib - Simonyan
-
Yaponiyada 100 yaşlıların sayı 100 mini keçdi - İlk dəfə
-
Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Bilik Günü metrodan istifadə edən sərnişinlərin sayı - Açıqlandı
-
Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir - Lavrov
-
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
-
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşdü - FOTO
-
Veyplərdə meyitlərin konservasiyasında istifadə olunan maddələr var - Həkim
-
Aİ Hörmüzdəki vəziyyətə görə nə qədər itirib? - AK Prezidenti açıqladı
-
Bakıdakı fantastik qiymətlər:1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev...
TOP 10
ARXİV






