Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

AYNA qadın sahibkarı cərimələdi - 20 min manat

Tarix 14.02.25, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


"Efir-AZ" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) taksi sifarişi operatoru 20 000 manat miqdarında cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə protokol irəli sürülüb və iş məhkəməyə göndərilib. 

"Efir-Az" MMC 99 UP 960 nömrə nişanlı "Toyota" və 99 BL 050 nömrə nişanlı "Mersedes"ə verilmiş taksi sifarişləri barədə məlumatların AYNA İS-ə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi müəyyən edilib.

Məhkəmənin qərarı ilə "Efir-Az" MMC-nin qanuni təmsilçisi və direktoru olan Abbasova Fidan Adil qızı İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə təqsirli bilinərək, 20 000 manat məbləğində inzibati cərimə edilib. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsinə görə taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.



Xəbərin oxunma sayı : 1117




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap