![]() |
|














Azərbaycan futbolunun “KEŞİŞ QAPON”U: Elxan Məmmədov AFFA-dan nə vaxt və necə uzaqlaşdırılacaq?
Tarix 16.10.21, 11:58 |
|

Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etməsindən keçən 30 il ərzində davamlı tənqid olunan, hər hansı inkişaf kriteriyalarına uyğun gəlməyən və bir çox hallarda ölkəmizi beynəlxalq arenada gülüş hədəfinə çevirən sahələrdən birincisi, mübahihəsiz deyə bilərik ki, futboldur.
Ölkənin futbol təsərrüfatında idarəçiliyi mərhələlərə bölsək, 1991-ci ildən 2003-cü ilə qədər olan ilkin dövr Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) qurucusu və ilk prezidenti Fuad Musayevin adı ilə bağlıdır. 80-ci illərdə “Neftçi”nin əsas himayədarı olan Musayevin bu posta gəlişi böyük mənada qanunauyğunluq hesab olunurdu.
Azərbaycan futbolunun beynəlxalq arenaya çıxışı və ilk rəsmi matçdan etibarən, Avropanın qapazaltı komandalarından birinə çevrilməsi də Musayev dönəminin acı reallığıdır. Azərbaycanın 1995-ci ildə Fransaya 0–10 hesablı məğlubiyyəti məhz onun dövrünə düşür.
Musayevin idarəçiliyinə gəldikdə isə onun AFFA-da real diktatura yaratdığı kimsəyə sirr deyildi. Bununla belə, Musayevin futbol anlayışı onun ən qatı əleyhdarları tərəfindən də inkar edilmirdi. Digər tərəfdən, Musayev dönəmində futbolun inkişafdan qalmasının əsas səbəblərindən biri dövlət-AFFA münasibətlərin qaydasında olmaması idi.
Amma Fuad Musayevin AFFA-da hegemonluğunun başa çatdığı 2003-ci ildən artıq 18 il ötür. Futbolumuzda, xüsusilə, milli komandanın oyununda və göstərdiyi nəticələrdə dəyişən heç nə yoxdur. Burada mütləq qeyd olunmalıdır ki, 1991-2003-cü illər aralığından fərqli olaraq, futbola istər dövlət, istərsə də UEFA və FİFA xətti ilə külli miqdarda vəsait ayrılır. Amma nə fayda? Futbol ictimaiyyətinin üzünü güldürən yeganə məqam Qurban Qurbanovun gəlişindən sonra “Qarabağ”ın beynəlxalq turnirlərdəki uğurlu çıxışıdır.
Nə qədər təəccüblü olsa da, ölkə futbolunda son 14 il 2007-ci ildə AFFA-nın baş katibi (indi icraçı vitse-prezident) Elxan Məmmədovun adı ilə assosiasiya olunur. Bəli, Assosiasiya prezidentinin yox, məhz onun adı ilə! Futbolla yaxından-uzaqdan əlaqəsi olmayan Məmmədovun AFFA-nın baş katibi postuna təyinatına dair suallar indiyə kimi cavabsız qalsa da, artıq öz aktuallığını itirib.
28 yaşında indiki vəzifəsinə təyin olunan Elxan Məmmədov adının hallandığı korrupsiya ittihamlarının sayına görə bəlkə də tək-tük məmurla müqayisə oluna bilər. Həqiqətən, Məmmədovun suçlandığı ittihamları toplasaq, sanballı “kriminal buket” düzələr.
Təsəvvür edin, Azərbaycan yığmasının oyunçularına qələbə və ya heç-heçə müqabilində verilməli olan pul mükafatının kəsilməsi, yaxud da həmin məbləğin bir hissəsinin sonradan geri istənməsi Elxan Məmmədovun “menecerlik dühası”nın məhsuludur. Həmçinin öz xidməti “fəaliyyəti” sayəsində ailə üzvlərinə və və ailəvi dostlara AFFA-nın kassasından para qazandırmaq təcrübəsinin də arxasında da bir başqası deyil, Məmmədovun özü dayanıb. Necə?
Baxın, Məmmədovun xarici qonaqlara hədiyyə etmək məqsədilə AFFA-nın pulu ilə aldığı müxtəlif rəsm əsərləri sizcə, hansı rəssam(lar)ın fırçasından ərsəyə gəlib? Atası, Xalq rəssamı Səlhab Məmmədovun və onun sənət dostlarının. Əlavə şərhə ehtiyac qalırmı? Lazımsız və əksəriyyəti kağız üzərində qalan, icra olunmayan “layihə”lərə ayrılan böyük pulların “silinməsi” də Məmmədovun AFFA-dakı fəaliyyətinin ayrılmaz hissəsidir. Bu barədə mediada saysız-hesabsız materiallar dərc olunub.
Vaxtilə Azərbaycan çempionatında (indi təmtəraqlı Premyer-Liqa adı qoyulub) 12, 14, hətta 16 komanda mübarizə aparırdı və onların bir çoxu regionları təmsil edirdi. Məmmədovun futbolun məhvinə yönəlik fəaliyyəti sayəsində indi 4 dövrədən ibarət olan çempioantda cəmi 8 komanda yarışır. Onların içində yalnız “Qəbələ” Abşeron yarımadasına aid deyil. Yəni Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Lənkəran və ənənələrə malik olan başqa rayonlarımız faktik futbolsuz qalıb.
Amma Məmmədovun icraçı vitse-prezident olaraq, “şah əsər”i əlbəttə ki milli komandadır. Statistikaya baxsaq, Məmmədovun AFFA-ya gətirildiyi bu 14 ildə milli komandaya 8 (!) baş məşqçi təyin olunub. Onlardan 2-si yerli, 1-i əcnəbi olmaqla, həmin posta müvəqqəti təyin ediliblər. O cümlədən, 2017-ci ildə yığmaya baş məşqçi təyin olunan Qurban Qurbanov təqribən 1 il sonra istefa verib.
Almaniyalı Beti Foqts, 2008-14 (nəticə: 21,13%)
Xorvatiyalı Robet Prosineçki, 2014-17 (26,09%)
Qurban Qurbanov, 2017-18 (33,33%)
Xorvatiyalı Nikola Yurçeviç, 2019-20 (10%)
İtaliyalı Canni de Byazi, 2020- (11,11%)
Buradan da göründüyü kimi, məşqçilik fəaliyyətində əcnəbi həmkarlarından daha yaxşı göstəriciyə malik olan Qurban Qurbanov məhz Elxan Məmmədovun ucuz intriqaları üzündən istefa verməyi daha məqbul saydı.
Aşağı yaş qrupları üzrə milli komandaların nəticələri isə daha acınacaqlıdır. Bu da o deməkdir ki, yaxın gələcəkdə milli komandanın formasını geyməyə əsas namizəd olan həmin gənclər “məğlubiyyət estafeti”ni davam etdirəcəklər. Yəni Elxan Məmmədov fəaliyyətə başladığı 2007-ci ildən bu yana öz menecerlik bacarığını intriqa və korrupsiyaya deyil, futbolun inkişafına yönləndirsəydi, 14 il əvvəl top qovmağa başlayan uşaqlar indi əməlli-başlı futbolçu idilər…
Hə, gələk əsas suala: Adı uğursuzluq və korrupsiyanın sinoniminə çevrilmiş Elxan Məmmədov niyə hələ də öz postundadır? Adam İctimai Televiziyada (İTV) yayımlanan populyar “3 D” verilişinin qonağı olarkən dediklərindən belə anlaşıldı ki, o könüllü istefa vermək niyyətindən çox uzaqdır. Əlavə etdi ki, onu vəzifəsindən yalnız AFFA-nın İcraiyyə Komitəsi əvəz edə bilər. Yəni “cəsarətləri çatırsa, çıxarsınlar” tövrü ilə hər kəsə meydan oxumaqdan da çəkinmədi.
Amma Azərbaycan futbolu elə bir arzuedilməz nöqtəyə çatıb ki, bundan o yanı yoxdur. Ölkədə futbolun mövcudluğunu və onun inkişafını istəyiriksə, Elxan Məmmədov bu sahədən uzaqlaşdırılmalıdır. Əks halda, bu “keşiş Qapon” futbolumuzu hələ çox gülləbaran etdirəcək…
Mənbə:Qlobal.net
Xəbərin oxunma sayı : 853
İdman
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV