“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda benzin istehsalı azalır, idxal artır… - Bahalaşma ola bilərmi?

Tarix 17.06.25, 15:03

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 74 min 404 ton “Aİ-92” markalı (“Regular”) benzin idxal edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-92” markalı benzinin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 dəfə artıb.
Belə ki, ötən ilin ilk 4 ayında Azərbaycan xaricdən (Rusiya) 9 min 766,6 ton “Aİ-92” markalı benzin idxal edib.
Qeyd edək ki, ötən ilin ilk 4 ayında Rusiyadan idxal olunan “Aİ-92” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 1 manat 2 qəpik (0,60 dollar) olduğu halda, bu ilin ilk 4 ayında 99,6 qəpik (0,59 dollar) olub.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana “Aİ-92” markalı benzin aşağıdakı ölkələrdən gətirilib:
Rusiyadan – 56 min 237,5 ton (1 litri – 96,4 qəpik);
Belarusdan – 14 min 496,9 ton (1 litri – 1,11 manat);
Rumıniyadan – 3 min 670 ton (1 litri – 1,05 manat).
Xatırladaq ki, ötən ilin 1 iyul tarixindən etibarən Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti 1 manatdan 1,10 manata qaldırılıb.
Onu da bildirək ki, ötən ilin ilk 4 ayı ilə müqayisədə bu ilin ilk 4 ayında Azərbaycanda avtomobil benzininin istehsalı 17% azalaraq 424,4 min tona düşüb.

Qiymət artımı yenidən gündəmə gələ bilər

Açıqlanan məlumatlar göstərir ki, Azərbaycanda avtomobil benzininin istehsalında azalma, idxalda isə kəskin artım qeydə alınıb. Yerli istehsalın 17% azalmasına paralel olaraq idxalın kəskin artması onu göstərir ki, yerli istehsal daxili tələbatı ödəmir. Bu isə daxili bazarın idxaldan asılı vəziyyətə düşməsi deməkdir. Daha əvvəl Rusiya əsas tədarükçü olduğu halda, artıq idxalın həcmi genişlənib, Belarus və Rumıniyadan gətirilən benzinin həcmi də əhəmiyyətli dərəcədə artıb. Məhz bu ölkələrdən idxal olunan benzinin gömrük dəyərlərinə nəzər salsaq görərik ki, bu qiymətlər daxili satış qiyməti olan 1,10 manata ya bərabərdir, ya da onu üstələyir. Məsələn, Belarusdan gətirilən benzinin 1 litri üçün orta gömrük dəyəri 1,11 manatdır ki, bu da artıq mövcud satış qiymətindən yuxarıdır. Əgər daxili istehsal artmasa və idxal qiymətləri yüksək səviyyədə qalmağa davam edərsə, “Aİ-92” markalı benzinin qiymətinin artırılması yenidən gündəmə gələ bilər.



Xəbərin oxunma sayı : 250




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap