“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Tramp G7 sammitini yarımçıq tərk edib - Təhlükəsizlik Şurasını toplayacaq

Tarix 17.06.25, 9:41

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Kanadada keçiriləcək G7 sammitini vaxtından əvvəl tərk edərək Amerika paytaxtına yollanacaq.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

“Prezident Tramp bir çox vacib məsələləri həll etmək üçün bu gün axşam Vaşinqtona qayıdacaq. Prezident Tramp G7 sammitində əla gün keçirdi, Böyük Britaniya və baş nazir Keir Starmer ilə böyük ticarət sazişi imzaladı. Çox şey əldə edilib, lakin Yaxın Şərqdə baş verənlərə görə prezident Tramp bu axşam dövlət başçıları ilə nahardan sonra yola düşəcək".

Tramp özü də jurnalistlərə deyib ki, o, G7 sammitini tez bir zamanda tərk etməli və Vaşinqtona qayıtmalıdır.

G7 liderlərinin protokol fotosessiyasından sonra Vaşinqtona niyə tez uçmalı olduğu ilə bağlı sualları cavablandıran Ağ Evin rəhbəri "Mən geri qayıtmalıyam, bu çox vacibdir" deyib. Prezident “aşkar səbəblərin” olduğunu vurğulayıb: "Yəqin ki, siz mənim gördüklərimi görürsünüz və mən mümkün qədər tez geri qayıtmalıyam. Mən sabaha qədər qalmaq istərdim, amma onlar başa düşürlər".

"Fox News"un jurnalisti Lourens Cons "X" hesabında yazıb ki, Tramp Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının keçirilməsi barədə göstəriş verib: "Mənə məlumat verilib ki, prezident Kanadada G7 dövlət başçıları ilə şam yeməyində iştirak edəcək və sonra dərhal Vaşinqtona gedəcək. O, Milli Təhlükəsizlik Şurasına Ağ EvinSituasiya Otağında hazır olmasını əmr edib".



Xəbərin oxunma sayı : 238




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap