“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanda güclü zəlzələ olacaq? - Rəsmi açıqlama

Tarix 15.01.26, 11:31

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər yayılan xəbərlərə görə, regionda nisbi seysmik aktivləşmə müşahidə olunur.

Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, zəlzələnin dəqiq proqnozu yoxdur.

"Heç bir seysmoloq nə vaxt, harda, hansı saatda, hansı dərinlikdə və hansı maqnitudada zəlzələ baş verəcəyini proqnozlaşdıra bilmir və bunun da əsas səbəbi zəlzələ ocaqlarının Yerin müxtəlif dərinliklərində yerləşməsi ilə bağlıdır".

V. Rafiqqızı eyd edib ki, Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgədə yerləşib.

"Seysmik baxımdan aktiv bölgələrdə isə hiss olunmayan və Yer səthinə gəlib çatmayan xırda zəlzələlər hər gün qeydə alınır. Eləcə də seysmik bölgələrdə vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınır və maqnitudası 3-dən yuxarı olan bütün zəlzələlər RSXM-nin rəsmi internet səhifəsində və sosial şəbəkələrdə olan rəsmi səhifələrində yerləşdirilir və ictimaiyyət bu barədə məlumatlandırılır. Son günlər Şamaxı və Biləsuvar rayonlarında qeydə alınan zəlzələlərlə bağlı isə onu qeyd etmək istərdim ki, Azərbaycanın öz ərazisində də seysmik baxımdan aktiv bölgələr var və həmin bölgələrdə vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı zəlzələlərin qeydə alınması ərazinin geodinamik şəraiti baxımdan mümkün olan haldır. Hər iki rayonda qeydə alınan zəlzələlər zəif zəlzələlər olduğundan narahatçılıq üçün əsas yoxdur", - deyə o qeyd edib.



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap