Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Azərbaycanda sürətlə yayılan xəstəliklər: “Omikron” yoxsa “influenza”?

Tarix 22.01.22, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


Koronavirusun “Omikron” ştammı sürətlə bütün dünyaya yayılmaqdadır. Avropa ölkələrində bu ştamma qarşı mübarizə tədbirləri gücləndirilir.

Trend-in suallarını cavablandıran həkim-infeksionist Mərdan Əliyev bildirib ki, “Omikron” öz dominantlığını dünyada qoruyub saxlayır. Azərbaycanda da əhalinin 40 %-də bu ştamma yoluxma faktı aşkar edilib.

“Amma “Omikron” qripdən fərqlənir. “Omikron”a yanaşı, hazırda “influenza” deyə adlandırdığımız qrip geniş yayılıb. “İnfluenza” bütün yaş qruplarında rast gəlinir. Qripi virusdan fərqləndirən əsas xüsusiyyət qızdırmanın olmasıdır. “Omikron”un qripdən fərqli olaraq aşkar edilməsi çətindir, qrip anidən yaranırsa, “Omikron” nisbətən, yavaş-yavaş hiss olunur”, - deyə o qeyd edib.

Qeyd edək ki, səhiyyə qurumları virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri barəsində vətəndaşlara çağırış edib.

“Omikron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:

• Maska taxın.

• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.

• Fiziki məsafə saxlayın.

• İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.

• Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.

• Təcrid olduğunuz yeri tez-tez havalandırın.

• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün.

• Bol maye qəbul edin.

• Yuxu rejiminə riayət edin.

• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.

• 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırmasalıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.

• Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.

• Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.

• Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.



Xəbərin oxunma sayı : 1009




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap