Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanda smartfonlara tələbat artıb - VİDEO

Tarix 09.12.24, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Müasir cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilən və gündəlik həyatımızda əhəmiyyətli rol oynayan smartfonlara tələbat artıb. Rəsmi statistik rəqəmlərə əsasən, Azərbaycana 9 ayda 1 milyondan çox smartfon idxal edilib.

Xezerxeber.az-ın məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 289 milyon 239 min ABŞ dolları dəyərində 1 milyon 36 min 863 ədəd smartfon idxal edilib. Dövlət Statistika Komitəsinin məlmatında deyilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 14.4% və ya 130 min 187 ədəd, dəyər baxımından isə 21% və ya 50.1 milyon ABŞ dolları çoxdur.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən, Vyetnamdan, Hindistandan və Amerika Birləşmiş Ştatlarından gətirilib. Bu məhsul Çindən 450 manata, Vyetnamdan 586.5 manata, Hindistandan 406 manata, Amerika Birləşmiş Ştatlarından isə 1920 manata idxal edilib. Vətəndaşlar bildirirlər ki, son model, yəni bahalı smartfonlara tələbat artımının əsas səbəblərindən biri yerli bazarda texnoloji cihazlara olan tələbin artmasıdır.

Marketoloqların sözlərinə görə, Azərbaycana 9 ayda 1 milyondan çox smartfon idxal edilməsinin bir neçə əsas səbəbi var. Belə ki, Azərbaycanda son illərdə smartfonlara olan tələbatın artması insanların gündəlik həyatın hər sahəsində texnologiyadan istifadə etməsi ilə bağlıdır. Bu  isə öz növbəsində istehlakçıların yeni telefonlara ehtiyacını artırıb. İdxal edilən smartfonların qiymətləri və texnoloji xüsusiyyətləri müxtəlif olsa da, ölkə iqtisadiyyatında texnologiyanın və kommunikasiya vasitələrinin daha da inkişafını göstərir.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 176.5 min ABŞ dolları dəyərində 944 ədəd smartfon ixrac edilib. İsveçrə, Çexiya  və Honqonqa ixrac edilən bu məhsulun orta qiyməti 317.8 manat təşkil edib.




Xəbərin oxunma sayı : 1102




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap