“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Azərbaycanlı iş adamının “Qalatasaray”dakı işinə xitam veriləcək? - AÇIQLAMA

Tarix 07.05.24, 8:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanlı iş adamı Emin İmanovun “Qalatasaray”dan ayrılacağı xəbərinə aydınlıq gətirilib.

Belə ki, tanınmış jurnalist İbrahim Nəbioğlu bu barədə özünün “Facebook” səhifəsində Emin İmanovla söhbətləşdikdən sonra məlumat paylaşıb:

Qeyd edilib ki, jurnalistlərin gördüyü siyahı “Qalatasaray” İdman Klubu Dərnəyinin idarəetmə siyahısıdır: 

“Hər yeni idarə heyəti 2 ildən bir keçirilən seçkilərlə gəlir. Bu, prezidentimiz cənab Dursun Özbek tərəfindən açıqlanan siyahıdır. Bundan əlavə, “Qalatasaray Sportif A.Ş.” adlı bir şirkət var, bu şirkətin 69%-i “Qalatasaray” İdman Klubu Dərnəyinə məxsusdur və 31%-i birjaya açıqdır.

“GS Sportif A.Ş.” idmanın bütün sahələrinə aid ticarət və sənaye fəaliyyətləri və investisiyalar etmək üçün qurulmuş bir şirkətdir. “Qalatasaray Sportif A.Ş.” giriş haqları istisna olmaqla, media, sponsorluq, lisenziyalı məhsullar və reklam fəaliyyətləri daxil, “Qalatasaray” Peşəkar Futbol Komandası ilə bağlı bütün kommersiya əməliyyatları üzrə ixtisaslaşmış bir şirkətdir. Şirkətin fəaliyyətinə “Qalatasaray” markalı məhsulların satışı və marketinqi və sponsorluq müqavilələri, həmçinin beynəlxalq yarışlardan əldə edilən gəlirlərin idarə edilməsi daxildir. Bu şirkətin idarə heyəti klubun prezidenti tərəfindən təyin edilir.

Beləliklə, Emin İmanov hazırda “Qalatasaray Sportif A.Ş.”nin idarə heyəti üzvüdür və heç nə dəyişməyib”. 

***

Azərbaycanlı iş adamı “Qalatasaray”dan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, Dursun Özbek “Qalatasaray”ın prezident seçkisinə namizədliyini açıqlayıb.

İstanbul təmsilçisinin başqanı vəzifəsinə seçki mayın 25-də keçiriləcək. Özbek 2022-ci ilin yayından “Qalatasaray”ın prezidentidir. O, 2015-2018-ci illərdə də bu vəzifəni icra edib. İş adamı qarşıdakı 2 ildə islahatlar aparmaq niyyətindədir. Hotelçilik sahəsi üzrə ixtisaslaşmış biznesmen bir sıra şəxsləri İdarə Heyətinin yeni heyətindən kənarda saxlayıb. Onlardan biri də Emin İmanovdur. Hazırkı prezident seçimi qazanarsa, azərbaycanlı funksioner burada yer almayacaq. Dursun Özbekin qərarı “Qalatasaray” cameəsində hər kəsi şok edib.

Bu, hamı üçün gözlənilməz olub. Çünki İmanov başqana ən yaxın idarəçilərdən sayılır və klubun işində fəal iştirak edib.

Qeyd edək ki, “Qalatasaray”ın bu illərdə əldə etdiyi uğurlarda İmanovun payı böyükdür. O, ötən zaman kəsiyində komandaya böyük miqdarda vəsait xərcləyib.




Xəbərin oxunma sayı : 1303




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap