![]() |
|














Azyaşlı övladı olanların bağça problemi: Dövlətinkində yer yoxdur, özəl üçün isə pul – ARAŞDIRMA
Tarix 02.10.22, 23:31 |
|

Övladını bağçaya qoymaq istəyən valideynlər üçün iki seçim var: dövlət və özəl bağçalar. Ancaq bu seçimlərdən istifadə imkanı heç də hər valideynə qismət olmur. Dövlət bağçalarında yer olmur. Çünki dövlət uşaq bağçaları bağça yaşlı uşaqların yalnız 25 faizini əhatə edir. Heç özəl bağça sayı da çox deyil. Ötən ilin sonuna olan məlumata görə, ölkədə 133 özəl bağça fəaliyyət göstərir. Üstəlik, özəl bağçalarda qiymətlər “od tutub yanır”. Orta qiymətə özəl bağça tapmaq mümkünsüzdür. Bəs bağça problemi necə həll olunmalıdır? Bu qədər tələb varkən, biznes adamları niyə orta qiymətə xidmət təklif edə biləcəkləri bağçalar qurmurlar?
Məsələ ilə bağlı “Kaspi” qəzetinin əməkdaşı araşdırma aparıb.
Bağça biznesi olan iş adamı Elvin Dadaşsoy deyir ki, özəl bağçalardakı qiymətlər biznesə yatırılan investisiyaya, biznesin xərclərinə uyğundur. Əhalinin gəliri, ödəmə qabiliyyəti azdır deyə, bu qiymətlər onların gözləntilərinə müvafiq deyil. İş adamı deyir ki, 200-250 manata bağça axtaran valideyn kütləsi ümumi kütlənin təxminən 95 faizini təşkil edir: “Bazarda isə qiymətlər 300-350 manatdan başlayır. Çoxluq isə 350-400 manatdır. Valideynin gözləntisi ilə bazardakı qiymətlər arasında fərq var”.
Bazardakı qiymətlərdən daha aşağı məbləğdə xidmət təklif edilməsinin mümkünlüyünə gəlincə, E.Dadaşsoy bildirdi: “Hazırkı bazar şərtləri onu deyir ki, orta qiymətə bağça xidməti təklif edən biznes adamı elə icarədarlara işləmiş olacaq. Məsələn, elə biznes var ki, xarici saytdan onlayn alır, burda da “Instagram”da onlayn satışını aparır və ayda 5 min manat qazanır. Bu biznes üçün böyük investisiya da lazım deyil. Bağça qurmaq üçün yatırılan investisiyaya və gəlirə baxaq. Məsələn, 700 kvadratlıq bağça olacaqsa, ən azı 200 min manat təmirə, 80-100 min də avadanlıqların alınmasına xərclənməlidir. 250-300 min pul yatırmış sahibkar o pulu ən azı 3 ilə qaytarmaq istəyir. Bunun üçün isə aya 8-10 min qazanmalıdır. O pulu qazanmaq isə 250 manatlıq qiymətlə real deyil. Könül işi kimi yanaşıb o qiymətə də bağça qurmaq olar. Amma biznes kimi baxanda hazırda orta qiymətə bağça sərfəli deyil”.
E.Dadaşsoy bildirdi ki, dövlət dəstəyi olarsa, biznes adamlarını bu sahəyə investisiya yatırmağa cəlb etmək, orta qiymətə bağça ərsəyə gətirmək olar: “Məsələn, bağça açan biznes adamının investisiyasının yarısını Kiçik və Orta Biznesin İnkişafı Agentliyi qarşılaya bilər. Yaxud bağça açılması üçün standartlarda müəyyən yumşaldılmaya gedilsin. Bu sahəyə dövlət dəstəyi olarsa, özəl bağça sahəsinə biznes adamları maraq göstərər. Bu zaman daha yaxşı nəticə əldə etmək mümkündür”.
Millət vəkili Tamam Cəfərova deyir ki, Azərbaycan qanunvericiliyində özəl müəssisələrdə qiymətlər liberal şəkildə, bazar tərəfindən müəyyənləşdirilir və dövlətin bu qiymət siyasətinə müdaxilə etmək səlahiyyəti yoxdur: “Ancaq qanunvericilik imkan verir ki, yalnız istehlak bazarında deyil, xidmətlər sektorunda da qiymətlər süni olduğu halda, müvafiq icra hakimiyyətləri həmin qiymətlərin aşağı salınması üçün iş apara bilərlər. Bunun üçün həmin orqanlar tərəfindən müəssisələrə xəbərdarlıqlar edilə, cərimələr tətbiq oluna, müəssisələrin lisenziyaları geri alına bilər”.
T.Cəfərova xatırlatdı ki, uşaq bağçaları 2014-cü ilin yanvarın 1-dən başlayaraq 10 il müddətinə xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunublar: “Gözlənilirdi ki, vergilərdən azad olunma həmin müəssisələrin xərclərinin azalmasına, özəl məktəbəqədər təhsil sektorunun genişləndirilməsinə, bu sahədə sahibkarlığın inkişafını stimullaşdırmağa, dövlət məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin maddi-texniki bazasının gücləndirilməsinə imkan yaradacaq və bu da öz növbəsində özəl müəssisələrin təqdim etdiyi xidmətlərin qiymətlərinin azalmasına gətirib çıxarmalıdır. Amma gözləntilər özünü doğrultmadı. Düşünürəm ki, bu sahədə fəaliyyət göstərən sahibkarlara vergi və kommunal xidmətlərin ödənişlərində güzəştlər verilməli, amma xüsusi qaydada müvafiq qurumlar tərəfindən nəzarət edilməlidir ki, qiymətlər süni qaldırılmasın”.
İqtisadçı Xalid Kərimli deyir ki, özəl bağçalarda qiymətlərin aşağı düşməsi üçün dövlətin hansısa formada maliyyə dəstəyi göstərməsi real deyil: “Özəl sektor qiymət təyin etməkdə azaddır. Uşağa onlayn nəzarət imkanı, yaxşı qidalanma, peşəkar müəllim, komfortlu məkan istəyib, amma “ucuz olsun” deyə bilmərik. Özəl bağçanın xərci çoxdursa, qiyməti də ona uyğun təyin edəcək. Amma dövlət də bu sektora subsidiya verə, yaxud investisiya xərclərini qarşılaya bilməz. Burada korrupsiya halları çox ola bilər. Ümumiyyətlə isə dövlətin hər sahəyə yardım etməsi mümkün deyil. Amma dövlət daha çox bağça açılması üçün mühit yarada bilər. Bağçalar çoxaldıqca rəqabət yaranacaq. Rəqabət özü bazar şərtləri əsasında qiyməti tənzimləyəcək”.
X.Kərimlinin sözlərinə görə, bağça problemi varsa, burda dövlətin atacağı addımlar başqa olmalıdır: “Dünyada belədir ki, imkansızlar, sosial cəhətdən vəziyyəti yaxşı olmayanlar dövlət bağçaların gedirlər. Dövlət bağçaları ya pulsuz olur, ya da güzəştli. Azərbaycanda da dövlət bağçaları pulsuzdur. Dövlət bağçasında yer çatışmazlığı varsa, dövlət bağçalarına qəbul yeri artırıla bilər. Yaxud dövlət bağçalarına qəbul zamanı üstünlük hüquqları müəyyənləşdirilə bilər. Məsələn, sosial cəhətdən həssas təbəqələrin övladları ilkin yer tapa bilsin. Bu cür yanaşmalar tətbiq etmək olar”.
Xəbərin oxunma sayı : 946
İqtisadiyyat
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV