“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - VİDEO

Tarix 16.08.26, 20:18

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə və Tovuzun maşın bazarlarında durğunluq müşahidə olunur. Satışa çıxarılan avtomobillər çox olsa da, qiymətlərin yüksək olması alıcılarla satıcıların razılığa gəlməsini çətinləşdirir. Bazarda Rusiya istehsalı olan köhnə avtomobillərə tələbat yüksək olaraq qalır. Lakin son aylar bu maşınların qiymətində də artım var.

Xezerxeber.az-ın məlumatına görə, qərb bölgəsinin ən böyük avtomobil ticarəti mərkəzi sayılan Gəncə Maşın Bazarında avtomobilini satmaq üçün gələnlərin sayı kifayət qədər olsa da, alıcılar təklif olunan maşınların qiymətlərindən narazıdırlar.

Maşın almaq istəyənlər qiymətlərin yüksək olduğunu və onları qane etmədiyini deyirlər.

Satıcılar bildirirlər ki, son vaxtlarda avtomobil bazarında ticarət əvvəlki kimi deyil. Onların sözlərinə görə, alıcıların əksəriyyəti təklif olunan qiymətlərlə razılaşmır və bazarlıq zamanı qiyməti əhəmiyyətli dərəcədə aşağı salmağa çalışır. Bazarda daha çox alınıb-satılan isə qiyməti nisbətən münasib olan köhnə sovet və Rusiya istehsalı avtomobillərdir.

Həftəsonları fəaliyyət göstərən Gəncə Maşın Bazarına yalnız şəhər sakinləri deyil, ətraf rayonlardan da alıcı və satıcılar gəlirlər.

Tovuzdakı avtomobil bazarında da qiymətlər yüksəkdir. Burada hər həftə təxminən 200 avtomobil satışa çıxarılır. Onun da 90%-ni  buraxılış ili köhnə olan, istismar müddətini başa vurmuş hesab olunan Rusiya istehsalı avtomobillər təşkil edir. Ehtiyat hissələrinin və təmir xərclərinin ucuz, özünün də nisbətən ekonom olması bu cür avtomobillərə tələbatı artırır. Tələbat da belə nəqliyyat vasitələrinin satış sayı kimi qiymətlərini də yüksəldir. Alıcıların istədiyi qiymətlə satıcıların təklifi uzlaşmır.

Alıcılar isə qiymətlərin yüksək olmasından narazıdırlar. Onların sözlərinə görə, son 8 ayda qiymətlərdə təxminən 500-1000 manat arası artım müşahidə olunur.

Bildirilir ki, yaxın vaxtlarda qiymətlərdə enmə gözlənilmir.



Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap