![]() |
|


645.jpg)






8.jpg)




Böyük müharibədən əvvəlki “müharibə” – Rusiya qlobal miqyasda dezinformasiya yayır
Tarix 26.01.22, 19:10 |
|

Moskvanın Ukraynaya yeni təcavüzə hazırlaşması sarıdan Qərbin narahatlığının artdığı bir vaxtda Rusiya mediası dezinformasiya müharibəsini gücləndirir. Bu haqda Qərbin bir neçə aparıcı media orqanı yazır.
“Dövlət mediası Ukrayna ritorikasını artırır, Rusiya ictimaiyyəti qulağını örtür”, – “The Financial Times” qəzetindəki məqalə belə adlanır.
Ukraynalı Vyaçeslav Kovtun Rusiya televiziyalarının canlı yayınlarına tez-tez dəvət alırdı. Bəzən bu tok- şoularda yumruq davasına da çıxırdılar. Qəzet efirdə siyasi təhlilçi kimi təqdim olunan Kovtunun müharibə ehtimalından narahat olduğunu yazır. Çünki Rusiya-Ukrayna sərhədində gərginliyin qızışdığı bir vaxtda tok-şoular döyüşkən ritorikanı gücləndirirlər. Bəzi müşahidəçilərin fikrincə, hökumət ictimaiyyəti inandırmağa çalışır ki, istənilən münaqişə Rusiyanın günahı ucbatından baş verməyəcək.
Partiya xətti
“Onlar partiya xətti ilə gedirlər”, – Kovtun tok-şouların ənənəvi kremlpərəst mövqe tutduğunu deyir. Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox əsgər yığması Moskvanın qonşusuna qarşı işğal planı hazırlaması sarıdan beynəlxalq əndişələri artırır. Tok-şoularda isə Kiyev təcavüzkar kimi göstərilir, ona davakar Qərbin dəstək verdiyi söylənir, NATO-nun Rusiyanı təhdid etdiyi, onu istəmədən münaqişəyə çəkməyə çalışdığı iddia edilir.
Dövlət mediası Ukrayna qüvvələrinin kimyəvi silahlarda istifadə etmək üçün ölkənin şərqinə kimyəvi maddələr daşıması haqda iddia səsləndirib.
ABŞ Dövlət Departamenti isə ötən həftəki hesabatında bu iddiaları dezinformasiya və propaqanda adlandırıb. Sənəddə sadalanan bir neçə hal ABŞ-ı Rusiyanın hərbi təcavüz planı hazırlamasına inandırır.
Rusiyanın “Znak” onlayn media orqanı üçün yazan jurnalist İvan Davıdovun fikrincə, dövlət televiziyası müharibə gözləntilərini adiləşdirir. “Müharibə o zaman adiləşir ki, adamlar daha ona qeyri-adi bir şey kimi baxmırlar”, – jurnalist yazır.
Dezinformasiyanın təsiri
Rusiyada hər bir xəbər buraxılışı və tok-şou Ukraynanın iflas etmiş ölkə olması haqda Moskvanın mövqeyini təkrarlayır.
Dövlət televiziyasındakı “Vesti Nedeli” proqramının aparıcısı Dmitri Kiselyov ötən bazar günü efirdə deyirdi: “Kremlin dinc təşəbbüslərinə cavab vermək əvəzinə, onlar bizə yeni ittihamlar və yeni təhdidlər tuşlayırlar”.
CNN televiziyası dövlət mediasının təbliğatının təsiri olduğunu qeyd edir. “Levada” Mərkəzinin dekabrda keçirdiyi sorğu göstərib ki, respondentlərin yarısı gərginliyə görə ABŞ və NATO-nu, cəmi 3-4%-i isə Rusiyanı günahlandırıb. “Riddle” onlayn dərgisinin keçirdiyi fokus qrupu isə üzə çıxarıb ki, rusiyalıların çoxu Qərbin onları müharibəyə çəkdiyini düşünür.
“Rusiya cavab verməli olacaq... Bizi hər tərəfdən döyəcləyirlər, bizi dişləyirlər. Nə etməliyik? Təslim olaq?” – bir respondent deyib.
“Levada” Mərkəzinin əməkdaşları deyirlər ki, rusiyalılar “böyük media orqanlarının ortaya atdığı” Ukrayna mövzusundan zehni yorulublar. Nəticədə isə izləyicilər xəbərləri təhlil etmir, TV aparıcılarından eşitdiklərini yoxlamırlar.
Sosial media postları
“The New York Times” yazır ki, Birləşmiş Ştatlar ötən ay Ukrayna sərhədlərindəki Rusiya əsgərləri ilə bağlı xəbərdarlıq səsləndirəndən sonra Ukraynanı etnik ruslara qarşı soyqırımı planında suçlayan sosial media postları artıb.
Rusiya sərhədə qoşun yığmağa başlayandan Moskva onlalyn müttəfiqlər ordusuyla birlikdə köhnə arqumentləri səsləndirməyə başlayıb. Onlar qərbi ukraynalıları nasizmlə əlaqələndirir, Birləşmiş Ştatları kimyəvi hücum hazırlamaq üçün proksi qüvvələrdən istifadədə suçlayır, Rusiyanın etnik rusları qorumaqdan ötrü hərbi əməliyyatlar planlaşdırdığını deyir.
Amerikanın kəşfiyyat rəsmilərinin məlumatına görə, Rusiya Ukrayna haqda 2014-cü ildən bəri davamlı dezinformasiya kampaniyası aparır. Ancaq dekabr və yanvarda Moskva Kiyev hökumətinə təzyiqi artırandan bu kampaniya da güclənib.
Hədəf kimlərdir
“Propaqandanın böyük hissəsi Rusiyada daxili auditoriyaya və moskvapərəst ukraynalılara ünvanlanıb”, - bunu Britaniyada yerləşən “Logically” texnologiya şirkətinin strateji əməliyyatlar üzrə vitse-prezidenti Brayan Mörfi deyir. Bu şirkət hökumətlərə və şirkətlərə dezinformasiya ilə mübarizədə kömək edir. Mörfinin sözlərinə görə, Rusiya Ukraynanı işğal edəcəyi halda bu ölkədəki rusdilli əhalinin dəstəyini alacağından əmin olmaq istəyir.
“Ukraynada çox az sayda tərəddüd edənlər var. Onlar Ukraynanın separatçıların əlində olan regionlarında və Rusiya daxilində dəstəyi gücləndirməyə çalışırlar”, – Mörfi deyir.
Ancaq qəzet propaqandanın rusdilli auditoriyanı asanlıqla aşa bildiyini yazır. Kəşfiyyat rəsmilərinə görə, Rusiya Avropada beyinlərə təsir göstərə bilməsə də, Cənubi Amerikada, Afrikada buna nail olur, Ukrayna böhranına görə hansı ölkənin daşıması məsələsində suyu bulandırır.
Dövlət Departamenti isə Rusiyanın əsasən köhnə nağılları səsləndirdiyini bildirir. Məsələn, Rusiya ABŞ-ın hərəkətlərinin qurbanı kimi göstərilir, Qərb cəmiyyətlərinin ənənəvi dəyərlərdən uzaq düşdükləri üçün iflas üzrə olduqları deyilir, Vaşinqton regionda inqilabların dəstəkçisi kimi qələmə verilir. (azadliq.org)
Xəbərin oxunma sayı : 865
loading...
Dünya
Xəbərlər
-
“Real” 14-cü dəfə Çempionlar Liqasının qalibi oldu - VİDEO
-
Şəbnəm Tovuzlu meydan oxudu: “Hansı efirdə varamsa, orda reytinq var”
-
Kilsə pulsuz ərzaq payladı: İzdihamda 30-dan çox insan həlak oldu
-
30 ildən sonra Ağdamda Xaçınçay çayına su gəldi - VİDEO
-
İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərinə büründü - FOTOLAR
-
“Bir il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu” - Zelenski
-
Yarımçıq qalmış şəhər: Dəliməmmədli - REPORTAJ
-
“Azərişıq”ın problem yaradan yeniliyi - ARAŞDIRMA
-
Bu avtomobillərin kredit şərtləri sadələşdirilə bilər - VİDEO
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatıb – FOTO
-
Mehriban Əliyevadan “TEKNOFEST Azərbaycan” ilə bağlı paylaşım - FOTO
-
Əziz Sancar, Selçuk Bayraktar kimi insanlar gənclər üçün örnəkdir - Prezident İlham Əliyev
-
Rusiya rublu “ayaqda tutmaq” üçün nə qədər pul xərcləyir? - VİDEO
-
Pakistan Prezidenti İlham Əliyevi təbrik edib
-
Ərdoğandan Azərbaycanla bağlı paylaşım - FOTO
-
Britaniya deputatının oğlu Ukraynada cəbhə xəttində Rusiyaya qarşı - FOTO
-
Füzulidə 23 yaşlı gənc minaya DÜŞDÜ
-
Əfv sərəncamı ilə azadlığa çıxan ömürlük məhbus... - Şəmsi Səmədzadə kimdir? + VİDEO
-
Putin iki ölkənin liderləri ilə danışdı – Ukrayna müzakirəsi
-
Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədlər açıqlanıb - FOTO
-
Xəstəxanasız qalan Liman şəhəri - VİDEO
-
Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib - VİDEO
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“Savaşda olduğu kimi, sülhdə də Azərbaycanı dəstəkləyirik” - Ərdoğan
-
Ərdoğan və Əliyev bir yerdə festivalda hərbi texnikalarına baxış keçiriblə - VİDEO
-
Pakistan Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO
-
“Can Azərbaycanın Müstəqillik Günündə sizinlə birlikdə olmaqdan məmnunam” - Ərdoğan
-
“Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq“ - İlham Əliyev
-
Milli ordu quruculuğunun memarı - VİDEO
-
“Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır“ - Azərbaycan Prezidenti
-
Səlcuq Bayraktar “TEKNOFEST”də çıxış edib: “Eşq olsun Azərbaycana!”
-
İlham Əliyev və Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında - CANLI YAYIM
-
Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib - FOTO
-
Ukrayna ABŞ-dan yeni artilleriya qurğusu alıb: “Bu, çox keyfiyyətli texnikadır”
-
Şəhid Araz Seyfullayevin DOĞUM GÜNÜDÜR
-
“İcra başçısı torpağımı əlimdən alıb, öz adamlarına verdi” - Tovuz sakini
-
“Azərişıq” ASC işçilərini istismar edir“ - Şikayət
-
Üçrəngli bayrağımızın ideoloqu Əli Bəy Hüseynzadə - VİDEO
-
“Qoy müstəqilliyimiz əbədi olsun!“ - Mehriban Əliyeva
-
“Ukrayna Xersonda əks-hücuma başlayıb“ - Prezident Ofisi
-
İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin cinayəti
-
Cenifer Lopezin üzünün qırışsız olmasının sirri açıqlandı - FOTO
-
Nəcməddin Sakıkovun “sağ əli“ həbs olundu - Mənimsəmə və dələduzluqda ittiham olunur
-
“Brent” neftinin qiyməti 150 dolları keçə bilər“ - “Bank of America”
-
“Rusiya Silahlı Qüvvələri Donbasa hücumun növbəti mərhələsinə başlayıb“ - Britaniya kəşfiyyatı
-
Suçiçəyinə qarşı peyvənd meymunçiçəyindən qoruyur? - TƏBİB-dən açıqlama
-
Azərbaycan nefti bahalaşdı - 126 dollar
-
Rusiyada 1000 ədəd peyk buraxmaq istəyirlər - Ukraynada müharibəni izləmək üçün
-
Topçubaşovun Parisdən yazdığı məktub nədən bəhs edirdi? - VİDEO
-
Əfv sərəncamının icrasına başlanılıb
-
Azərbaycanda Müstəqillik Günü qeyd edilir
-
Gülşen Bakıda səhnəyə bu geyimdə çıxdı - VİDEO
-
“Qarabağ“ Azərbaycan kubokunu qazandı - VİDEO
-
“Putin Avropa ölkələrini Finlandiyalaşdırmaq əvəzinə NATOlaşdırdı” - Bayden
-
“Çox şadam ki, fəal çalışırlar“ - Prezident
-
Bakıda qadını qətlə yetirərək yandıran şəxs tutulub - Prokurorluq və DİN birgə məlumat yaydı
-
“PUA-ların yaradılma səbəblərindən biri də Qarabağdır” - Səlcuq Bayraktar
-
Azərbaycanda yaşı 100-dən çox olan neçə seçici var? – VİDEO
-
Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv olundu - SİYAHI
-
10 il əvvəl baş vermiş qətlin üstü açıldı - TƏFƏRRÜAT
-
Bakıda hücuma məruz qalan aktrisa danışdı: “Yolda gedərkən məni arxadan qucaqladı” - VİDEO
-
Səfər Mehdiyev “papanın gül balaları“na vəzifə paylayır - SİYAHI
-
“TEKNOFEST Azərbaycan”da ikinci gün - VİDEOREPORTAJ
-
Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR
-
Prezident əfv sərəncamı imzaladı - Əfv olunanlar arasında tanınmışlar da var + SİYAHI
-
Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib - FOTO
-
Baş nazirdən kommersiya təşkilatları ilə bağlı SƏRƏNCAM
-
Hafiz Hacıyev Vilyama qalan mirasdan söz açdı: “Yoldaşının babasının sovet dövründə bir manatı da olmazdı”
-
“Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər” - TƏBİB
-
“Rusiya Ukraynada qalib gəlsə...” - Britaniya XİN başçısından xəbərdarlıq
-
Sabah Ərdoğan Azərbaycana gələcək - İki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək
-
Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?
-
Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub - FOTO
-
“Biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik“ - Azərbaycan Prezidenti
-
Rusiyalı deputat Putindən müharibəni dayandırmağı tələb etdi - Qarışıqlıq düşdü + VİDEO
-
“Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır“ - Prezident
-
“İsveç və Finlandiya Türkiyənin tələblərini yerinə yetirməlidirlər” - NATO-nun Baş katibi
-
“Otağımda aşkarlanan 6 milyon arvadımın babasından miras qalmışdı“ - Vilyam Hacıyev
-
“Bu qanun Prezidentin imzası ilə gəlib” - Valeh Ələsgərovdan deputata sərt reaksiya
-
İpoteka borcu olanların nəzərinə: ƏDV nə zaman qaytarılacaq? - VİDEO
-
Sabiq DSK sədri Oğuzda yarım milyonluq ticarət mərkəzi tikdirir - FOTO
-
Horadiz-Ağbənd dəmir yolunun tikintisi işləri sürətlə davam edir - VİDEO
-
Azərbaycanda referendum olacaqmı? - Hökumətdəki mənbələr cavab verib
-
Vilayət Eyvazov töhmət verdiyi rəisi işdən çıxardı - FOTO
-
Bu qanunu pozanlar cərimələnəcək - Dəyişiklik
-
Daxili Qoşunların hərbçisi minaya düşdü - Ağdamda
-
Selçuk Bayraktar Şuşada: “Torpağımızda gözü olanlarla...“
-
Bakıda yanmış meyiti tapılan qadın müəllim öldürülübmüş - VİDEO
-
Kolbasa və sosis istehsalı müəssisəsində nöqsanlar: Etiket məlumatı başqa, tərkibi başqa - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olublar
-
Bu gün əfv sərəncamı imzalanacaq
-
Lənkəranda dövlət tenderlərini kimlər udur? – SİYAHI
-
Şakira hakim qarşısına çıxacaq: Həbs oluna bilər
-
“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik dərdi, ya şəxsi intriqa? - FOTO
-
“Qərb Rusiya ilə oynamağı dayandırmalıdır” - Volodimir Zelenski
-
“Rusiyanın silah çatışmazlığı var, 50 illik tanklardan istifadə edir“ - Britaniya kəşfiyyatı
-
Zəngilan şəhəri belə qurulacaq - Detallar
-
Kabus şəhərə çevrilən Mariupolun içindən dəhşətli görüntülər - VİDEO
-
Prezident və xanımı Oxçuçay sahilində - VİDEO
-
Vəfa Şərifovanın ala bilmədiyi mahnını Günay İbrahimliyə satdılar – “O kimdir ki?” - VİDEO
-
“Zəngilanı biz park şəhərinə çevirməliyik“ - Prezident
-
“Biz tarix yazmalıydıq və bacardıq“ - Joze Mourinyu
-
Sığorta pulunu ala bilməyən sürücülərin diqqətində - VİDEO
-
“Alfons” Müdafiə Nazirliyindən 43 min manat alacaq – Faktlar
-
Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI
-
Azərbaycanda tələbələr etiraz edir: Dövlət imtahanı LƏĞV edilsin - VİDEO
-
Zəngilanın Baş planı Prezidentə təqdim olundu - FOTOLAR
-
“Ermənistanda ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar var” - Lavrov
-
Mehriban Əliyeva Zəngilandan paylaşım edib - VİDEO
-
Bəzi şəhər və rayonlarda su olmayacaq - Xəbərdarlıq
-
“Nüvə təhlükəsi yenidən reallığa çevrilib” - Antonio Quterreş
-
İŞİD liderinin İstanbulda saxlanıldığı iddia edilir - Ərdoğan açıqlayacaq...
-
Azərbaycan siqaretlər bahalaşdı - Yeni qiymətlər
-
Cavid Qurbanov Hicran Valehovu niyə özünə sələf seçdi? – ARAŞDIRMA
-
BMT-də qorxunc həqiqətlər açıqlandı: “Rusiya ukraynalı uşaqları qaçırır”
-
Zaqatalada 16 min sakin içməli su tapmır - FOTO
-
Xarkov vilayətində Rusiya kəşfiyyatına işləyən ukraynalı idmançı tutuldu - VİDEO
-
Yeni tarif qiymətləri təsdiqləndi – Baş nazir qərarı imzaladı
-
Fərid Qayıbovun işdən çıxardığı direktor sabiq nazirin qaynıdır - FOTO
-
Türk və Azərbaycan şahinləri Bakı səmasında - “Texnofest“dən görüntülər + VİDEO
TOP 10
ARXİV