Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Baş Prokuror deputatla bağlı təqdimat göndərdi - Toxunulmazlığının ləğv edilməsi üçün

Tarix 31.07.21, 11:37

Font ölçüsü : - / +
bitmap-img6


Baş prokuror Kamran Əliyev polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib.

Təqdimata parlamentin avqustun 3-də keçiriləcək növbədənkənar sessiyasının ilk plenar iclasında baxılacaq.

Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın ilk iclasında deputat E.Səlimovla bağlı məsələyə baxılacaq.

Xatlrladaq  ki, deputatın polisi döyməsi  hadisə Xaçmazda, Bakı prospektində yerləşən “Starıy Dvor” restoranında baş verib.

Bildirilir ki, “Starıy Dvor” restoranını E.Səlimovun qohumları işlədir, qəyyumluğu isə deputat özü edir. E.Səlimovun vaxtaşırı olaraq bu restoranda olduğu, istirahətini burada təmin etdiyi də qeyd edilir.

İnsidentin təməli isə bir həftə öncədən başlayıb. Həmin vaxt reyd keçirən Xaçmaz polisi restorana gəlib və restoran rəhbərliyinə gecə 12-dən sonra fəaliyyət göstərməyin qadağan olduğunu xatırladaraq, belə hala yol verməməsini, restoranın fəaliyyətini gecə 12-də dayandırmağı tələb edib.Həmin vaxt restoranda olan deputat E.Səlimov polislərin qanuni tələblərinə etiraz edib və onlardan restorandan çıxmasını tələb edib.

Reyd keçirənlərdən biri olan polis əməkdaşı Zaur Mirzəyev qanunun tələblərini xatırladaraq, deputata etiraz edib və restoranın gecə fəaliyyətinin rayonda pis nümanə olduğunu, qanunun hamıya şamil olunmasının vacibliyini deyib. Deputat Eldəniz Səlimov isə bunu təhqir kimi qəbul edib və polisin ünvanına nalayiq sözlər işlədib. Mübahisənin böyüməməsi üçün polis restoranı tərk edərək, rəhbərliyə məruzə edib.

Hadisənin səhəri günü isə E.Səlimov Z.Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng edərək, oğlunun ondan üzr istəməsini tələb edib.

Xaçmaz sakinlərinin dediyinə görə, Mirzəyevlər ailəsi rayonda həddən artıq sadə həyatları ilə tanınır və heç vaxt heç kimlə mübahisə etməyiblər. Cavanşir Mirzəyev isə günəmuzd fəhləlik etməklə, hətta iş olmayanda, butulka yığıb satmaqla dolanan kasıb bir kişidir. Deputatın zəngindən sonra Cavanşir Mirzəyev oğluna Eldəniz Səlimovdan mütləq üzr istəməli olduğunu tapşırır və Zaur Mirzəyev də bununla razılaşır. Deputat bildirir ki, restoranda 28 iyulda olacaq, ora gəlib, hamının qarşısında üzr istəsin.

28 iyulda keçirilən reydə Z.Mirzəyev də salınır və onlar “Starıy Dvor”a gedərkən yenə də qanunsuzluq edildiyini, restoranın gecə 12 olmasına baxmayaraq, fəaliyyət göstərdiyini görürlər. Z.Mirzəyev deputatdan üzr istəyir, buna baxmayaraq, yenə də restoranın 12-də bağlanmalı olduğunu xatırladır.

Bu isə Eldəniz Səlimovu hövsələdən çıxarır və Z.Mirzəyevi ağır sözlərlə təhqir edərək, döyür.

Z.Mirzəyev hadisədən sonra baş verənlərlə bağlı Xaçmaz RPŞ-nin rəhbərliyini məlumatlandırmır. Yalnız 29 iyulda insident mediaya sızdıqdan və deputatın əməlləri ifşa olunduqdan sonra Polis Şöbəsinə çağırılan Z.Mirzəyev hadisənin baş verdiyini və xəsarətlər aldığını təsdiqləyir. Bunun ardınca isə Daxili İşlər Nazirliyinə məlumat verilir və iş nazir Vilayət Eyvazovun şəxsi nəzarəti ilə araşdırılıb.

Daha sonra isə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.



Xəbərin oxunma sayı : 1123




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap