Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bakıda 14 yol sahəsində sürət hədləri endiriləcək - FOTO

Tarix 16.03.23, 17:08

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlayıb və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırıb.

AzFakt.com xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, həmin yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq.
“Statistika paytaxt ərazisində baş verən yol qəzalarının əsas səbəblərindən birinin yüksək sürət olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması ölkə prezidentinin sərəncamı ilə təsdiqlənmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq. Sizin təhlükəsizliyiniz bizim məsuliyyətimizdir”, - deyə sədr qeyd edib.





Xəbərin oxunma sayı : 1027




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap