“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bakıda 5 milyondan çox insan yaşayır? – Müəmmalı statistika

Tarix 30.03.23, 11:16

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxt Bakıda müşahidə olunan mənzərə onu deməyə əsas verir ki, 15-20 il əvvəl ilə müqayisədə hazırda şəhərdə əhali sıxlığı kifayət qədər yüksəkdir.

Yeniavaz.com xəbər verir ki, Dövlət Statistika Komitəsi müşahidə olunan mənzərəyə baxmayaraq Bakıda əhali sayının kəskin artmadığını açıqlayıb.
Statistika Komitəsi 2009-cu ildə Bakıda əhalinin sayının 2 milyon 45,8 min nəfər, 2022-ci ildə isə 2 milyon 303,1 min nəfər olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, son 13 ildə Bakıda əhalinin sayı 257,3 min nəfər və ya 12,5% artıb. Bu həm də o deməkdir ki, son 13 ildə rayonlarda yaşayan əhalinin sayı Bakı əhalisinin sayından daha çox artıb. Belə ki, 2009-cu illə müqayisədə 2022-ci ildə Azərbaycan əhalisinin ümumi sayı 1 milyon 234 min nəfər və ya 13,8% artaraq 10 milyon 156,4 min nəfərə yüksəlib.
Statistika Komitəsinin açıqladığı başqa bir maraqlı və eyni zamanda ziddiyyətli göstərici əhalinin xərcləmələriylə bağlıdır.

Komitənin məlumatına görə bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 8,2 milyard manat pul xərcləyib və pulun yarıdan çoxu – 59%-i (4,8 milyard manat) paytaxt Bakıda xərclənib.
Əgər rəsmi statistikaya görə ölkə əhalisinin 23%-i Bakıda yaşayırsa, o zaman paytaxt əhalisinin xərclədiyi vəsait də təxminən bu səviyyələrdə olmalı idi. Amma göründüyü kimi, arada 2 dəfədən çox fərq var.
Pərakəndə ticarət şəbəkəsində xərclənən pulların yarıdan çoxu (59%-i) Bakının payına düşürsə bu həm də onu göstərir ki, ölkə əhalisinin təxminən yarısı Bakıda məskunlaşıb.



Xəbərin oxunma sayı : 631




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap