“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Qalibafdan ABŞ-a sərt xəbərdarlıq - Nə baş verir?

Tarix 19.06.26, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ İranla müqaviləni pozarsa və ya həddindən artıq tələblər irəli sürərsə, Tehran buna sarsıdıcı cavab verəcək.

Bunu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf X sosial media platformasında yazıb.

"Onlar müharibədə bir dəfə şillə alıblar. Əgər yenidən eyni yolu seçsələr, daha şiddətli şillə alacaqlar", - Qalibaf qeyd edib.

Bununla yanaşı, o əlavə edib ki, İranın hazırkı məsuliyyəti müqavilənin şərtlərini yerinə yetirmək və onlara riayət etməkdir.

Ümumilikdə razılaşma memorandumu məsafədən imzalansa da, onun ətrafında bəzi müəmmalar qalmaqdadır. Bundan öncə İranın Ali Lideri Müctəba Xamenei deyib ki, əvvəlcə ABŞ-İran memorandumunun imzalanması ilə bağlı fərqli bir fikrə sahib olub. Lakin sonradan Prezident Məsud Pezeşkianın İran xalqını qoruyacağına dair vədindən sonra razılaşma ilə bağlı danışıqları davam etməyə icazə verdiyini bildirib.

O əlavə edib ki, Tehran indi memorandumun şərtlərinin yerinə yetirilməsini gözləyəcək: "Lakin gələcək danışıqlar düşmənin nöqteyi-nəzərini qəbul etmək demək olmayacaq".

Qeyd edək ki, 18 iyun gecəsi ABŞ və İran münaqişəyə son qoyulmasını, blokadanın qaldırılması üçün vaxt cədvəlini və Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan memorandum imzalayıblar. Sənədə imza atan şəxslər ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Pezeşkian olub. Pezeşkian memorandumun 14 bəndlik mətnini öz “Facebook” səhifəsində dərc edib. ABŞ Mərkəzi Komandanlığı daha sonra İran limanlarının və gəmilərinin dəniz blokadasının qaldırıldığını elan edib.

Lakin bu arada ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin cümə günü ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb. Bunun səbəbi Tehranın Livanla bağlı mövqeyi ola bilər.

"Axios" portalının müxbiri Barak Ravidin yazdığına görə, rəsmi Tehran İsrailin Livana qarşı hər hansı yeni hücumunu ABŞ ilə anlaşma memorandumunun pozulması kimi qiymətləndirəcəyini bildirib. Əgər belədirsə, bu, memorandumun taleyini İsrailin davranışlarından asılı vəziyyətə gətirir və belə çıxır ki, İsrailin Livana qarşı istənilən əməliyyatı, yaxud zərbəsi memorandumu qüvvədən sala, İran-ABŞ anlaşmasına son qoya bilər…



Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap