“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Norveç şahzadəsinin oğlu həbs edildi - Zorlamaya görə

Tarix 15.06.26, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


Norveçin paytaxtı Osloda məhkəmə vəliəhd şahzadənin oğlu Marius Borq Höybini iki zorlama faktına görə günahkar bilərək, barəsində dörd illik həbs qərarı çıxarıb.

Bu barədə "Euronews" məlumat yayıb.

Bildirilib ki, maksimum 16 illik cəza nəzərdə tutulan iş üzrə Höybi 40 maddə ilə ittiham olunurdu. Məhkəmə onu iki zorlama halı ilə yanaşı, keçmiş rəfiqəsinə qarşı məişət zəminində zorakılıq, hədə-qorxu və yol hərəkəti qaydalarının pozulması üzrə də təqsirkar sayıb. Lakin digər iki zorlama ittihamı üzrə ona bəraət verilib.

Yeddi həftə davam edən səs-küylü məhkəmə prosesi Norveç cəmiyyətində böyük rezonans yaradıb. İşin baxılması zamanı təqsirləndirilən şəxsin narkomaniyadan əziyyət çəkdiyinə dair məlumatlar, Höybinin özünün lentə aldığı intim videolar və 800-dən çox elektron məktub kimi sübutlar araşdırılıb.

Məhkəmə sənədlərinə əsasən, sübut olunmuş hadisələrdən biri vəliəhd ailəsinə məxsus iqamətgahın zirzəmisində qeydə alınıb.

Qərar elan edilən zaman Höybi məhkəmə zalında fiziki olaraq iştirak etməyib və prosesə videobağlantı vasitəsilə qatılıb.

Bu hökm Norveç kral ailəsində yaşanan mürəkkəb vəziyyət fonunda oxunub. Hələ iyun ayında vəliəhd şahzadə Mette-Maritin səhhətinin ağırlaşması səbəbindən ağciyər köçürülməsi üçün milli gözləmə siyahısına salındığı bildirilmişdi. O, nəfəsalmanı ciddi şəkildə çətinləşdirən xroniki xəstəlik - ağciyər fibrozu ilə mübarizə aparır.



Xəbərin oxunma sayı : 130




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap