| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Sürücülərin kabusu: Bir neçə səhv və vəsiqə əldən gedir
Tarix 14.06.26, 14:33 |
|
Bakıda sükan arxasında olmaq əvvəlki illərlə müqayisədə daha çətin olub. Yeni avtobus zolaqları, dayanma-durma qaydalarına ciddi nəzarət, çoxsaylı kameralar və elektron cərimə mexanizmləri sürücülərin gündəlik hərəkətinə ciddi təsir göstərir. Məsələn, hazırda sürücülərin ən çox narazılıq etdiyi məsələlərdən biri 346.4-cü maddə ilə bağlı tətbiq olunan cərimələrdir. Bu maddə üzrə 80 manat cərimə və 2 cərimə balı nəzərdə tutulur. Taksi sürücüləri hesab edirlər ki, onların əsas fəaliyyəti sərnişin götürüb-düşürməkdir, lakin bunun üçün kifayət qədər uyğun dayanma məntəqələri yaradılmadığından tez-tez cərimələrlə üzləşirlər. Bu səbəbdən taksi fəaliyyəti ilə məşğul olanlar arasında cərimə balı həddinə yaxınlaşanların sayı artıb. Belə bir vaxtda sürücülük vəsiqələri üzrə cərimə balı limitinin artırılması ilə bağlı təkliflər gündəmə gəlib. Məsələ Milli Məclisdə müzakirə olunur.
Bəs dəyişən yol infrastrukturu və hərəkət qaydaları fonunda yalnız bal limitinin artırılması kifayət edəcəkmi? Ümumiyyətlə, sistemin hansı elementlərinə yenidən baxılmağa ehtiyac var?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Maliyyə sanksiyası, cərimə balı
Nəqliyyat eksperti Eldəniz Cəfərov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, cərimə balı limitinin müzakirəyə çıxarılmasının bir neçə səbəbi var. Onlardan biri bəzi nisbətən yüngül inzibati xətalara görə də balın tətbiq edilməsidir: "Məsələn, dayanma-durma qaydalarının pozulmasına və ya avtobus zolağına daxil olmağa görə sürücülərə həm maliyyə sanksiyası, həm də cərimə balı tətbiq olunur. Bu isə xüsusilə peşə fəaliyyəti sürücülüklə bağlı olan şəxslər arasında narazılıq yaradır. Çünki cərimə balı limiti keçildikdə onlar müəyyən müddətə sürücülük hüququndan məhrum edilirlər və bu da birbaşa gəlirlərinə təsir göstərir. Digər vacib məsələ isə cərimələrin tətbiqi və onlara baxılması mexanizmidir. Sürücülərin şikayətləri operativ araşdırılmalı, əsassız tətbiq edilmiş cərimələr vaxtında ləğv edilməlidir. Bu istiqamətdə problemlər minimuma endirilsə, cərimə balı limitinin artırılması məsələsi də bəlkə bu qədər aktuallaşmazdı".
"Limitin artırılması problemi həll etmir"
Mütəxəssis vurğulayır ki, limitin artırılması problemi həll etmir: "Bu addım daha çox hazırda limitə yaxınlaşan sürücülər üçün müəyyən güzəşt xarakteri daşıya və onların sürücülük hüququndan məhrum edilməsinin qarşısını ala bilər. Lakin limitin artırılması özlüyündə yol hərəkətində təhlükəsizliyi təmin etməyəcək. Bu, nə qayda pozuntularının, nə də yol-nəqliyyat hadisələrinin avtomatik olaraq azalacağı deməkdir. Araşdırmalarımıza görə, yol-nəqliyyat hadisələrinin əsas səbəbi əksər hallarda yol hərəkəti iştirakçılarının qaydaları pozmaları ilə bağlıdır. İnfrastruktur problemləri müəyyən rol oynasa da, onlar adətən sonrakı səbəblər sırasında yer alır".
Yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərən əsas amillər
E.Cəfərovun sözlərinə görə, son illərdə Bakıda yol hərəkətinin təşkili ilə bağlı dəyişikliklər daha genişmiqyaslı şəhər mobilliyi layihələrinin tərkib hissəsi kimi həyata keçirilir. Bu dəyişikliklərin əsas məqsədi şəhər mühitində hər kəs üçün təhlükəsiz və rahat hərəkəti təmin etmək, yol-nəqliyyat hadisələrinin sayını azaltmaq, eləcə də ictimai nəqliyyatın, xüsusilə avtobusların hərəkətini daha səmərəli təşkil etməkdir: "Bununla yanaşı, velosiped və elektroskuter kimi mikromobillik vasitələrinin istifadəsinin təşviqi də prioritet istiqamətlərdəndir. Bu sahədə müəyyən müsbət nəticələr də müşahidə olunur. Artıq velosiped və elektroskuterlər Bakıda alternativ nəqliyyat vasitələri kimi geniş istifadə olunur. Amma problemlər də qalmaqdadır. Bəzi hallarda sürücülərin yol nişanlarını və nişanlanma xətlərini düzgün şərh etməkdə çətinlik çəkməsi, parklanma qaydalarını bilməməsi, ümumilikdə sürücülük vərdişlərinin yetərli səviyyədə olmaması yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərən əsas amillərdir".
"Dayanma və durma məhdudlaşdırılıb"
Nəqliyyat eksperti Aslan Əsədov deyir ki, bu gün şəhərin böyük ərazilərində dayanma və durma məhdudlaşdırılıb və ya qadağan edilib. Bu isə öz növbəsində yol hərəkəti iştirakçılarına təsir göstərir və müəyyən hallarda bu tendensiyanın həlli üçün əsaslandırılmış yanaşmalar tələb edir: "Yol hərəkəti iştirakçılarının fəaliyyətinin səmərəliliyi də nəzərə alınmalıdır. Hər kəs mövcud qayda və qanunlara uyğun şəkildə hərəkət etməklə bu səmərəliliyin qorunmasına töhfə verməlidir. Bu yanaşma yol hərəkəti qaydalarının daha sərbəst və axıcı olmasına, eləcə də onların sadələşdirilməsinə şərait yarada bilər. Bu da ümumilikdə müsbət addım kimi dəyərləndirilə bilər".
"Prosedurlar vətəndaşlar üçün anlaşılan olmalıdır"
Nəqliyyat eksperti bildirir ki, mövcud cərimə balı sistemi, ümumilikdə şəhərdə tətbiq olunan cərimə mexanizminin bir hissəsi kimi formalaşıb. Onun sözlərinə görə, yol hərəkəti iştirakçıları üçün inzibati xətalara görə müxtəlif məbləğlərdə cərimələr tətbiq olunur: "Lakin cərimə balının əlavə mexanizm kimi tətbiqi "cərimə üzərindən əlavə cərimə" kimi qiymətləndirilə bilər ki, bu da vətəndaşlar üçün yük yaradır. Buna görə də cərimə balları sisteminə yenidən baxılması və daha sadə formada tətbiqi məqsədəuyğundur".
Aslan Əsədov əlavə edir ki, əsas istiqamət yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Onun fikrincə, qaydaların daha sadə və aydın formada tətbiqi, eləcə də sistemin ümumilikdə təkmilləşdirilməsi vacibdir: "İlk növbədə vətəndaşlar üçün prosedurların anlaşılan və işlək olması təmin edilməlidir".
Xəbərin oxunma sayı : 703
Sosial
Xəbərlər
-
AAYDA sədrindən daha bir təyinat: Bakıda yolların mühafizəsi kimə tapşırıldı? - FOTO
-
Xidmət rəisi generalın yerinə kimi təyin etdi? - Gömrükdə dəyişiklik
-
Dövlət qurumu direktoru məhkəməyə verdi: Müəllimin maaşını azaldıbmış
-
Aptek ödənişlərində ən yüksək keşbek verən bank kartları - CƏDVƏL
-
7 yaşlı Nihatın köməyə ehtiyacı var - Anası xeyirxah insanlardan kömək istəyir
-
“Mənim missiyam tamamlandı“ - Starmer baş nazir vəzifəsini tərk etdi
-
“Dövlət satınalmaları haqqında“ qanun dəyişdi - DETALLAR
-
Si Cinpinin ABŞ-a səfəri bu tarixdə olacaq - Rubio açıqladı
-
Prezident 2026-2030-cu illər üçün Tədbirlər Planı təsdiqlədi - Sərəncam
-
Rusiya Qara dənizdə Türkiyəyə məxsus yük gəmisini vurdu - 10 nəfər öldü
-
Magistraturalara qəbul: ixtisaslaşma seçimi elan edildi
-
“Nəzarət edə bilməmişəm” - Sabiq rəis məhkəmədə
-
Bakıda mağazada döyülən qadın danışdı - VİDEO
-
İcra başçısı 3 qurumu birləşdirdi - Rəis təyin etdi - FOTO
-
“ABŞ İranla münaqişəni diplomatik yolla həll etməyə çalışacaq“ - Rubio
-
Smartfonlar uşaqlar üçün görünməyən təhlükəyə çevrilib - VİDEO
-
Kolbasanın içində nə var? - İstehsalçılar istehlakçının diqqətsizliyindən necə yararlanır
-
Daha bir gəmi hücuma məruz qaldı - Gəmidə 11 azərbaycanlı dənizçi olub + VİDEO
-
ABŞ İrana qarşı növbəti hücum dalğası başlatdı - Bu dəfə Təbriz bombalandı
-
Yay mövsümünün “ucuz“ tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər - VİDEO
-
Bu şəxslər 600 manat cərimələnəcək - Nazirlikdən müraciət
-
ABŞ vitse-prezidentinin köçmək qərarı şəhər sakinlərini narahat etdi - “The Washington Post“
-
İspaniya ilkə imza atdı: İndiyədək heç bir ölkə bunu bacarmamışdı
-
Gündəlik kirayə verilən mənzillərin yararsız vəziyyətə salınmaması üçün nə edilməldir? - VİDEO
-
“Evimizə qonaq gələndə deyirik ki, özünüzlə içməli su gətirin” - VİDEO
-
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü“ edibmiş - VİDEO
-
Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır - The Washington Post
-
Azərbaycanda biyan balının azalmasının səbəbi nədir? - VİDEO
-
DÇ-2026: İspaniya yığma komandası çempion oldu - VİDEO
-
“100 yaşım olsa belə, qırmızı geyinəcəm” - Ruhəngiz Allahverdiyeva
-
Ev alan vətəndaşlar çıxılmaz vəziyyətdə: “Üç ildir buradayıq, indi gəlib çıxarırlar“ (VİDEO)
-
Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar
-
Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır (VİDEO)
-
Trampın masasında şok sənəd: Səudiyyə Ərəbistanı atom bombası əldə edir?
-
Varlılar arasında dinozavr “qızdırması“ başlayıb - “Bloomberg“
-
Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Toyuq və hinduşka əti rekord həddə bahalaşdı: qonşu ölkədə çətin durum
-
Xəzər kilometrlərlə geri çəkilir: Azərbaycana hansı təhlükələr gözlənilir?
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Tovuzda ildırım evi vurdu, yanğın baş verdi - Xəsarət alanlar var
-
ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir - “The Wall Street Journal”
-
Bakıda 30 dərəcə isti olacaq, bölgələrdə dolu düşəcək - PROQNOZ
-
Taksidə bu hərəkəti edənlər, 40 manat cərimə olunacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda uşaqlara bu adlar da qoyulur - Ronaldo, Dayan, Vulkan, İton...
-
İordaniyada iki ABŞ əsgəri həlak oldu - Daha bir ABŞ əsgəri itkin düşdü
-
Əfqan Cəlilov yeni departament rəisi təyin etdi - FOTO
-
FIFA mundialdan rekord məbləğdə gəlir qazanıb - 15 milyard dollar
-
Kiyevə raket zərbələri endirildi: Azərbaycanın səfirliyinə ziyan dəydi (FOTO)
-
Deşam Fransa millisindən istefa verdi - RƏSMİ
-
Mərhum şahmatçının qardaşına vəzifə verildi - Vitse-prezident seçilib
-
Küləkli havada dənizə girməyin! – Nazirlik əhaliyə müraciət etdi
-
“On ədəd sifariş aparmalıyıq ki, bir cərimənin pulun çıxardaq” - VİDEO
-
Azərbaycanda doğum sayı azalıb: Demoqrafik dəyişikliklərin səbəbləri nələrdir?
-
Vətəndaşlar istirahət üçün niyə xarici ölkələri seçirlər? - VİDEO
-
Mbappe Messini geridə qoydu: Yeni dünya rekordu
-
Əmlak bazarında nisbi sabitlik: Torpaq bahalaşır, tikinti xərcləri artır
-
Xamenei müharibə başa çatana qədər ictimaiyyət qarşısına çıxmayacaq - TASS
-
Macarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?
-
Aylığı 20 min manat olan bağ evləri: Niyə qiymətlər bu qədər artıb? (VİDEO)
-
DÇ-2026: İngiltərə-Fransa oyununda 10 qol vuruldu + VİDEO
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb - Nədən danışılıb?
-
Peşəkar mühasib sertifikatı qaydaları dəyişdi - Baş nazir yeni qərar imzaladı
-
Rusiya İrandan göndərilən güllərə qadağa qoydu - Ermənistan şübhəsinə görə...
-
6 ayda elmi dərəcə alanların sayı - 209 qadın, 86 kişi...
-
Azərbaycan 5 ayda 55 milyon dollarlıq avtobus alıb - Statistika
-
Firdovsi Mahmudovun milyonluq obyekti hərraca çıxarıldı - “DəmirBank“a borcu var
-
Bakıda narkotik əməliyyatı: 199 fakt aşkarlanıb, 161 nəfər saxlanılıb - VİDEO
-
Neft nəhəngi dizelə möhtac qaldı - Rusiya artıq xaricdən yanacaq alır
-
Azərbaycanda hərbi təlim keçiriləcək - 5 ölkənin iştirakı ilə
-
Quzu əti 25 manata qalxdı - Paytaxt bazarlarında son vəziyyət
-
“MediHall Hospital“ın direktoru 25 min manat cərimələndi - Səbəb nədir?
-
İmtahanların nəticələri - 4 nəfər 400 bal topladı
-
Bəzi məhsullar 15 il müddətində gömrük rüsumlarından azad olunur - FƏRMAN
-
Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı - Dollar neçəyə olacaq?
-
Kamran Əliyev üç rayonun sakinlərini qəbul etdi - FOTOLAR
-
“Bu gün de-fakto sülh mövcuddur...“ - Bayramov Moskvada bəyan etdi
-
78 yaşlı dosent ayaq yolunda yıxıldı, Kərim Şükürov cərimələndi - Məhkəmə ləğv etdi
-
Ağdaşda 5 aydır itkin düşən 28 yaşlı qadın haradadır? - Anasından dəhşətli iddia
-
Bayramov-Lavrov görüşündə hansı məsələlər müzakirə olundu? - XİN-dən açıqlama
-
Sabahdan 525 əvəzinə - 525A və 525B işləyəcək
-
46 yaşında 55 dəfə abort: Həkim qadınlara xəbərdarlıq etdi
-
Azərbaycanın hərbi pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirilib - Fotolar
-
“Neftçi“ onu UEFA siyahısına salmır: Gözlənilən transfer Bakıya gələcək
-
Səlahiyyətdən sui-istifadə və saxtakarlıq: Keçmiş bələdiyyə sədri hakim qarşısına çıxarılır
-
Azərbaycan tarixində ilk: Əhalinin siyahıyaalınması xüsusi əhəmiyyət kəsb edəcək
-
Trampın başına 10 milyon dollar pul qoydular - Bu ölkədə
-
Moskvada mühüm görüş: Ceyhun Bayramov Lavrovla danışıqlar aparır
-
Eyni mənzili iki nəfərə satdı: “Star-M“ MTK-nın sədri ilə bağlı qərar
-
Bazarlarda “etiketsiz məhsul“ dövrü bitir - AQTA-dan yeni qərar
-
İlon Maskın “trilyonçu“ statusu cəmi bir ay çəkdi - Bir gündə 400 milyard itirdi...
-
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ
-
Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR
-
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
-
Şagirdlərin ev tapşırıqlarını artıq süni intellekt yoxlayacaq? - VİDEO
-
İlham Əliyevin Şuşada danışıqlar aparmaq təklifi ilə dərhal razılaşdım - Pelleqrini
-
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
-
ABŞ Hörmüz boğazında körpüləri vurub - İran isə ABŞ bazalarına zərbə endirib
-
İran Küveytdəki ABŞ bazasını vurdu - Güclü yanğın başlayıb
-
MTK nümayəndəsinin “problem yoxdur“ cavabına sakinlərdən sərt reaksiya - VİDEO
-
“ABŞ-nın silah ehtiyatlarının bərpası dörd il çəkə bilər“ - The Hill
-
“Sistem qorunmaz haldadır“ - Tramp gizli saxlanılan kəşfiyyat sənədlərini açır
-
Macarıstan hökuməti hərəkətə keçdi: Siyartonun Rusiya ilə əlaqələri araşdırılır
-
Azərbaycanda “Temu“ barəsində iş qaldırılıb - VİDEO
-
Məşhurların instaqram paylaşımları - FOTOLAR
-
Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO
-
Paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - VİDEO
-
SEPAH Trampın obyektlərini vuracaq - Siyahını yaydı + FOTO
-
“General Hospital“ nazirliyin qərarına məhəl qoymur: Qanunsuz işləyir (VİDEO)
-
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
-
Konfrans Liqası: “Zirə“ darmadağınla növbəti mərhələdə
-
Yeni müdafiə naziri o olacaq - Zelenski parlamentarilərə müraciət edəcək
-
Nadir xəstəliklərin dərman siyahısına yeniləri əlavə olundu - Nazirliyin qərarı
-
Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - Azərbaycan XİN
-
Şirkətlər “Bank Respublika“dan milyonları çıxardı - Depozitlər kəskin azaldı
-
Putinin yalan bəyanatları Rusiyanın qanlı hücumunun yavaş tempini üzə çıxarıb - CNN
-
Avropaya yönələn qaçaqmalçılıq marşrutu: Yüzlərlə kater narkotik daşıyır
-
Qubada stadion satılıb? - Sakinləri hiddətləndirən iddia - VİDEO
-
Məhəllələri zəbt edən avtomobillərə son - Bakıda yeni parklanma qaydaları tətbiq olunur
-
Afrikada eboloa virusu can almaqda davam edir - Ölənlərin sayı 800-ə yaxınlaşdı
-
İlham Əliyev Donald Trampa təşəkkür etdi - FOTO
TOP 10
ARXİV






