“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Hansı qidaları bişirməzdən əvvəl yumaq olmaz? - Mütəxəssis məsləhəti

Tarix 18.06.26, 18:39

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi qidaları hazırlamazdan əvvəl yumaq məsləhət görülmür. Bu proses onları daha təhlükəsiz etmir, əksinə, mətbəxdə bakteriyaların yayılması riskini artırır və ya məhsulun keyfiyyətinə mənfi təsir göstərir.

Qida təhlükəsizliyi üzrə mütəxəssis Anna Cabakova Gazeta.ru-ya açıqlamasında bunun səbəblərini izah edib.

Çiy quş əti və ət məhsulları

Mütəxəssis bildirib ki, ən çox yayılmış yanlışlardan biri çiy toyuq ətini bişirməzdən əvvəl suyun altında yumaqdır: "Problem ondadır ki, su salmonella və ya kampilobakter kimi bakteriyaları məhv etmir. Əksinə, su damcıları vasitəsilə bu mikroorqanizmlər çanağa, masa üstünə, qablara və hətta mətbəx dəsmallarına yayılır. Nəticədə çarpaz çirklənmə riski yüksəlir. Ətin təhlükəsizliyini yumaq deyil, tam termik emal (yaxşı bişirmək) təmin edir".

Analoji vəziyyət digər çiy ət növlərinə də aiddir. Əgər məhsul keyfiyyətlidirsə və üzərində görünən çirk yoxdursa, onu yumaq mənasızdır. Üstəlik, yuyulmuş ət daha pis qızarır: artıq nəm qızılı qabığın əmələ gəlməsinə mane olur və ət qızarmaq əvəzinə pörtləməyə başlayır.

Yumurta

Yumurtaları saxlamazdan dərhal əvvəl yumaq arzuolunmazdır. Qabığın üzərində mikroorqanizmlərin içəriyə daxil olmasının qarşısını alan "kutikula" adlı təbii qoruyucu təbəqə var. Yumurtaları əvvəlcədən, xüsusən də isti su ilə yuduqda bu qat pozulur və saxlama müddəti azalır. Onları yalnız bişirməzdən dərhal əvvəl yumaq daha doğrudur.

Göbələk

Göbələklər süngər kimi nəmi çox tez özünə çəkir. Suda yuyulduqda isə teksturasını və dadını itirir. Peşəkar aşpazlar göbələkləri fırça və ya salfetlə diqqətlə təmizləməyi, yaxud islatmadan çox qısa müddətdə yuyub qurulamağı tövsiyə edirlər.

Paketlenmiş kahılar

Üzərində "istifadəyə hazırdır" və ya "artıq yuyulub" qeydi olan hazır kahıları evdə yenidən yumaq təhlükəsizliyi artırmır. Əksinə, mətbəx səthləri və ya keyfiyyətsiz su vasitəsilə məhsulu yenidən çirkləndirmək olar.

Mütəxəssis sonda vurğulayıb ki, bu tövsiyələr gigiyenadan imtina etmək demək deyil: "Tərəvəzləri, meyvələri, göyərtiləri və giləmeyvələri mütləq yumaq lazımdır - burada risk torpaq, pestisidlər və səthdəki bakteriyalarla bağlıdır. Əsas səhv "nə qədər çox yuyarsan, o qədər təhlükəsiz olar" prinsipi ilə düşünməkdir. Qida təhlükəsizliyində bəzən artıq su faydadan çox problem yaradır".



Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap