Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Bakıda APA-nın 15-ci plenar sessiyası başlayıb - Fotolar

Tarix 19.02.25, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası öz işinə başlayıb.

AzFakt.com xəbər verir ki, 35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.

APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.

Qeyd edək ki, artıq İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Özbəkistan Respublikası Ali Məclis Senatının sədri Tənzilə Narbayeva, Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lunqten Dorci, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani və Tacikistan Respublikası Ali Məclis Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda tədbirdə iştirak etmək məqsədilə Bakıya səfərə gəlib.
Ətraflı

Tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında görüşlər keçirilib. Spikerin həmçinin tədbirdə iştirak edən digər parlament sədrləri ilə görüşləri nəzərdə tutulub.

***

Sessiyada çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bir il əvvəl Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına sədrliyi qəbul edib: “Birgə işimizi daha da gücləndirmək üçün bir neçə prioritet irəli sürmüşük: APA-nın institusional potensialının inkişafı, sıralarımızın genişləndirilməsi, mövcud orqanların aktivləşdirilməsi və onların səmərəliliyinin artırılması. 

Təəssüf ki, bu gün dünya daha da parçalanmış və daha az dinc hala gəlib. Milli Məclisin sədri kimi mən bu fürsətdən istifadə edib öz ölkəmin fikirlərini sizinlə bölüşmək istərdim. Beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində qonşu Ermənistanın işğalı altında olan Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərinə, qətnamələrinə və qərarlarına baxmayaraq, bugünkü sistemin səmərəsizliyinin qurbanlarından birinə çevrilmişdi. Ölkəmiz bütün beynəlxalq norma və qətnamələri təkbaşına yerinə yetirib, öz ərazilərini azad edib, suverenliyini bərpa edib. Biz bu məsələnin aktuallığına yaxşı bələdik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi dünyanın indi ehtiyacı olan əsas məsələ beynəlxalq öhdəliklərə tam əməl olunmasıdır. Aydındır ki, dünyada sülhə nail olmağın yolu çoxtərəfli sistemi inkişaf etdirməkdir”.






Xəbərin oxunma sayı : 547




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap