Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda deputatlığa namizəd olmuş gecə klubu rəhbəri müştərini döyüb - Polis rəisi haqlı çıxdı

Tarix 26.11.22, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda deputatlığa namizəd olmuş gecə klubunun direktorunun müşatərini döyməsi faktını məhkəmə də təsdiqləyib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Xəqani küçəsində yerləşən "Xəqani 41” adlı karaoke klubun direktoru tərəfindən törədilib. Olay bu ilin may ayında baş versə də, məhkəmə noyabr ayının 24-də qərar qəbul edib.

Xarici ölkə vətəndaşı olan müştəri "Roma” kimi tanınan və əsl adı Ramil olan klubun sahibi barəsində DİN-nin 102 qaynar xəttinə şikayət edib. Bu ilin sentyabr ayında Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən Ramil İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 manat məbləğində cərimə edilib. 

Amma "Xəqani 41” adlı klubun direktoru Ramil məhkəməyə müraciət edərək, belə bir hadisəni törətmədiyini bildirib və araşdırılmasını tələb edib: "Klubumuz şəhərin ən tanınmış klublarındandır. Daim xaricdən gələn və tanınmış şəxslər qonaqlarımız olur. Əgər hər hansı müştəri qanunsuz hərəkət edirsə, barəsində polisə məlumat verərik. Adam döyməyə nə ehtiyac var? Özüm ziyalı ailədə böyümüşəm, son parlament seçkilərində deputatlığa namizəd olmuşam".

Məhkəmə onun şikayətinə baxaraq hesab edib ki, 39-cu Polis Bölməsinə rəisi, polis mayoru Sabir Həsənov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilən şikayət təmin edilməsin və dəyişdirilmədən saxlanılsın. Məhkəmənin qərarına əsasən, şikayət əsassızdır və təmin edilməməlidir. 



Xəbərin oxunma sayı : 661




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap