“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda mağazadan qadın kostyumu oğurladı, ölkədən qaçdı - 33 il sonra bəraət aldı

Tarix 03.02.25, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda 33 il əvvəl mağazadan yun şalvar və qadın kostyumu oğurlayan şəxsə bəraət verilib.

AzFakt.com-un Qaynarinfo-ya istinadən məlumatına görə, 30 mart 1963-cü ildə Bakı şəhərində anadan olmuş V.B.-ya Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi açılıb. 

Məlum olub ki, V.B. 3 mart 1992-ci il tarixdə, təxminən gecə saat 03.00 radələrində Bakı şəhəri, Azadlıq (keçmiş Lenin) prospekti, K.Marks meydanının qarşısında yerləşən "Saburovo" yaradıcılıq istehsalat birliyinin Bakı filialının 1 №-li mağazasının vitrinini sındıraraq, 251 rubl 37 qəpik dəyərində yerli istehsal olan bir ədəd kişi yun şalvarını və dəyəri 175 rubl 56 qəpik olan yerli istehsal qadın kostyumunu oğulayıb, mağazaya ümümilikdə 426 rubl 93 qəpik ziyan vurub.

27 aprel 1992-ci ildə onun barəsində axtarış elan edilib. 2017-ci ildə V.B.-nın Rusiya Federasiyasının Samara vilayətinin Sızran şəhərində yaşaması müəyyən edilib. 

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində V.B. barəsində cinayət işinə baxılaraq, cinayət işinə xitam verilib.



Xəbərin oxunma sayı : 1210




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap