![]() |
|














Bakının bu rayonu ləvğ olunur? - “Dəyişikliklər Bakıda mərkəzi rayonun yaradılması ilə bağlıdır...“
Tarix 26.10.21, 13:27 |
|

Azərbaycanda mövcud idarəetmə sistemi elə qurulub ki, rayonların idarəçiliyində yerli icra hakimiyyəti başçılarının mühüm rolu olur. Buna görə də adətən icra başçısı vəzifədən alınan rayona tezliklə yeni rəhbər təyin olunur. Bakı şəhərinin Nizami rayonu bu baxımdan istisna təşkil etməkdədir: İcra hakimiyyətinin başçısı postu 1 il 4 aya yaxındır boşdur. Prezident İlham Əliyevin 2020-ci il iyulun 11-də imzaladığı sərəncamla Nizami Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Arif Qasımov vəzifəsindən azad edilib və indiyədək də onun yerinə təyinat olmayıb.
Məlumatlı mənbənin "Yeni Müsavat”a verdiyi məlumata görə, Nizami rayonuna yeni icra başçısı təyin olunmamasının əsas səbəbi rayonun tamamilə ləğv olunması planından irəli gəlir. Belə ki, rayonun ləğv edilməsi, ərazisinin isə Nərimanov və Xətai rayonları arasında bölüşdürülməsi nəzərdə tutulur. Qeyd edək ki, Nizami rayonu 1980-cı ilin noyabr ayında yaradılıb. Rayonun ərazisi 19,6 km2-dir. Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Vaxtilə bu rayonların ərazisindən təşkil edilib. İndi də rayon Nərimanov və Xətai rayonları arasında bölünə bilər.
Bəs bunu zəruri edən nədir? Nizami rayonunun ləğv edilərək iki böyük rayona verilməsi nə dərəcə effektiv olar?

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazi bölgüsünə dəyişiklik edilməsi ilə bağlı məlumatlar paytaxtın yeni Baş Planının hazırlanmağa başlamasından sonra yayılıb. Bildirilir ki, dəyişikliklər Bakıda mərkəzi rayonun yaradılması ilə bağlıdır.
Belə ki, yeni Baş Plana əsasən şəhərdə Səbayel, Yasamal, Nəsimi, Nərimanov rayonlarının bir sıra hissələrini özündə birləşdirəcək mərkəzi rayon yaradılacağı qeyd olunur. Nərimanov rayonunun mühüm bir hissəsi alınaraq mərkəzi rayona verildiyinə görə Nizami rayonu ləğv edilib, ərazisinin əsas hissəsi bu rayona veriləcək.
Nizami rayonu ərazisində Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, bir sıra iri yolötürücü kompleksləri ilə yanaşı, "Koroğlu”, "Qara Qarayev”, "Neftçilər” və "Xalqlar Dostluğu” metro stansiyaları yerləşir. Bundan əlavə, rayonun ərazisində sovet dövründən qalan, həmçinin sonradan yaradılan çox böyük sənaye və digər müəssisələr var: Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, "Bakı Şərab-1" ASC, ”Azərtunelmetrotikinti" SC-nin Dəmir-beton Konstruksiyaları zavodu, "Bakı Diyircəkli Yastıq” ASC, "European-Tobacco Baku” ASC, "Bakı Yağ-Qida Sənaye” ASC, "Veysəloğlu” MMC, "Kaspi-Yıldız” MMC və sair. Rayonda həmçinin 22 orta ümumtəhsil məktəbi, "Zəngi” liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi, Uşaq-Gənclər və Texniki yaradıcılıq mərkəzləri, 20 uşaq bağçası, 1 uşaq evi, Kar uşaqlar üçün 2 respublika internat məktəbi, 2 peşə liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali təhsil ocağı olan "Xəzər” Universiteti yerləşir. Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika fəaliyyət göstərir.
Müstəqillik illərində vaxtilə mövcud olmuş sənaye müəssisələrinin köçürülməsi nəticəsində boşaldılmış ərazilərdə yeni yaşayış massivləri, mərkəzi icra hakimiyyəti orqanlarının inzibati binaları, olimpiya idman kompleksləri inşa olunub. Lakin hələ də fəaliyyətini demək olar ki, tam dayandırmış bir sıra sənaye müəssisələrinin on hektarlarla ərazisi boş qalmaqdadır. Görünür, hökumət bu boş ərazilərdən istifadə etmək niyyətindədir.

Onu da bildirək ki, Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir. Baş Planın həyata keçirilməsinin birinci mərhələsində (2020-2027-ci illər) xüsusilə mühüm əhəmiyyət kəsb edən tədbirlər, o cümlədən ərazi zonalaşdırılması və çoxmərkəzli şəhər həlləri, əsaslı tikinti, nəqliyyat infrastrukturu, sosial təsisatlar, mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin sağlamlaşdırılması və ərazinin mühəndis hazırlığı üzrə fəaliyyətlər müəyyən edilib.
Növbəti addım olaraq, birinci mərhələdə əldə edilmiş nəticələr nəzərə alınmaqla paytaxtın dayanıqlı inkişafının və əlverişli şəhər mühitinin formalaşdırılması məqsədilə qeyd edilən istiqamətlər üzrə fəaliyyətin davam etdirilməsi və eləcə də Baş Plan çərçivəsində mənzil fondu, postsənaye dövrünün tələblərinə uyğun olaraq planlaşdırılan ictimai-işgüzar (qarışıq) zonaların, ictimai nəqliyyatın, yaşıllıqların və rekultivasiya olunan ərazilərin, mühəndis qurğularının imkanlarının Baş Planın texniki-iqtisadi göstəricilərində hesablama müddətinə nəzərdə tutulan parametrlərə çatdırılması üçün tələb olunan fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.
Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur.

Baş Planın hazırlanmasını Almaniyanın nüfuzlu "AS+P” şəhərsalma şirkəti həyata keçirir. Bu iş üçün alman şirkətinə 11 milyon manat ödənilməlidir. Rəsmi məlumata əsasən, prosesin bu mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq. Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. Baş Planın hazırlanması işinin 2021-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Baş Plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.
Bu ilin avqustunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov mətbuata verdiyi açıqlamada Bakının yekun Baş Planının hazır olduğunu, üzərində son tamamlama işlərinin aparıldığını, ayın sonunda planın Nazirlər Kabinetinə göndəriləcəyini bildirib. Komitənin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlunun "Yeni Müsavat”a dediyinə görə, Baş Plan üzərində işlər hələ də davam etdirilir.
Planda Nizami rayonunun ləğv olunmasının nəzərdə tutulub-tutulmamasına dair suala cavab verən komitə rəsmisi sənədin inzibati dəyişiklik məsələlərinə aidiyyətinin olmadığını vurğuladı: "Bu, Bakı Şəhər İcra Hakimiyyətinin cavab verə biləcəyi məsələdir”.

Bakı Şəhər İcra Hakimiyyəti rəsmisi İsrafil Kərimov isə qurumda bununla bağlı hər hansı məlumat olmadığını bildirdi. Onun sözlərinə görə, Bakıda inzibati bölgünün dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər olub, amma hələlik onlar elə təklif olaraq qalmaqdadır.
Ekspert İlham Şaban bildirir ki, Nizami rayonu dahi Azərbaycan şairi Nizami Gəncəvinin 840 illik yubileyi münasibətilə yaradılıb: "Mən o rayonda yaşayıb, təhsil almışam. Rayonun yaradılmasını da yaxşı xatırlayıram. Bakının inzibati bölgüsündə dəyişiklik etmək istəyirlərsə, birinci Pirallahı rayonunu ləğv etməlidilər. 2 ada - Pirallahı, Cilov adaları və Neft Daşlarından ibarətdir. Belə kiçik bir ərazi üçün ayrıca rayon yaradıb, məmur ordusuna bu qədər pul ayırmaq hansı məntiqin məhsuludur”?
Ekspert bildirir ki, Nizami rayonundakı Neft Emalı Zavodunu şəhərdən kənara köçürüb, yerini abadlaşdırmaq əvəzinə modernləşdirməklə onun ömrünü uzadırlar: "Keşlə tərəfdə, Dərnəgülə qədər olan ərazilərdə onlarla müəssisənin hektarlarla ərazisi bomboş saxlanır. Onların əvəzində əlavə dəyər verəcək layihələr icra etmək olmazdımı indiyədək? Bakı boyda şəhərin Baş Planını hazırlayırlar, bir dəfə də olsun ictimai müzakirəsini təşkil etmirlər. Axı belə sənədlər ictimai müzakirələr şəraitində hazırlanmalıdır. Hər hansı dəyişiklik ictimaiyyətlə razılaşdırılmalıdır”.
Xəbərin oxunma sayı : 526
Sosial
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV