“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakının mərkəzində qorxunc mənzərə - Hər an faciə baş verə bilər

Tarix 06.08.22, 21:20

Font ölçüsü : - / +
bitmap-img6


Yatdığın yerdə anidən başına daş parçası düşə bilər və ya döşəmədə gəzərkən özünü hər hansı bir attraksiyona minmiş kimi hiss edirsən, çünki adam otağın o biri başına yellənə-yellənə gedir. Mənzillərdə isə insanlarla yanaşı digər həşaratlar da yaşayır. Çünki bunun üçün hər şərait var. Uçan tavan, betonu tökülən pilləkən, gəzəndə yellənən döşəmələr, çatları xəritəni xatırladan divarlar və s və ilaxır. Söhbət Səbail Rayonu, Arif İsmayılov küçəsi 88/3 ünvanındakı qəzalı binadan gedir.

Binanın bayır üzü içərisindən daha şükürlü imiş. Pilləkənləri qorxa-qorxa qalxıb, mənzillərə daxil oluruq.

Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvandakı vəziyyətdən halidirlər. Əraziyə baxış keçirib, müvafiq rəyin verilməsi ilə bağlı əlaqədar qurumlara rəsmi müraciət göndəriblər.

Fövqəladə Hallar Nazirliyindən isə qeyd edilib ki, cari ilin iyun ayında onlara icra hakimiyyəti tərəfindən  müvafiq rəyin verilməsinə dair müraciət daxil olub və onlar binada müayinənin aparılması üçün hazırlanmış müqaviləni  elə iyun ayında imzalanması üçün Səbail Rayon  İcra Hakimiyyətinə göndəriblər. Lakin bu günə kimi müqavilə imzalanaraq geri qaytarılmayıb.

Bu müqavilə imzalanmadan isə onların müayinə aparmağa ixtiyarı yoxdur.

<iframe width="662" height="371" src="https://www.youtube.com/embed/FTc3lzwcrdU" title="Bakının mərkəzində qorxunc mənzərə - Hər an faciə baş verə bilər" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>




Xəbərin oxunma sayı : 817




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap