Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

BRİCS-in malik olduğu qızıl ehtiyatları açıqlandı - SİYAHI

Tarix 20.10.24, 15:16

Font ölçüsü : - / +
bitmap-img6


BRICS ölkələri dünya qızıl ehtiyatlarının 20%-dən çoxuna sahibdir.

İqtisadiyyat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası məlumat yayıb.

2024-cü ilin ikinci rübündə dünya üzrə qızıl ehtiyatlarının ümumi həcmi 29,03 min ton təşkil edib ki, bunun 6,2 min tonu (21,4%) BRICS ölkələrinə məxsusdur. İran və Efiopiya öz qızıl ehtiyatlarını açıqlamadığı üçün siyahıya salınmayıb. 

BRICS ölkələri arasında qızıl ehtiyatlarına görə, lider Rusiya (2,34 min ton) və Çindir (2,26 min ton). Bu da birlik üzrə müvafiq olaraq 37,6% və 36,4% təşkil edir.

Daha sonra Hindistan (840,76 ton), Səudiyyə Ərəbistanı (323 ton), Braziliya (129,7 ton), Misir (126,57 ton), Cənubi Afrika Respublikası (125,44 ton) və BƏƏ (74,5 ton) gəlir.

Dünya miqyasında isə ABŞ 8,1 min ton qızıl ehtiyatı ilə liderdir. Bu da bütün dünya ehtiyatlarının təxminən üçdə birini təşkil edir. ABŞ-dən sonra Almaniya (3,35 min ton), İtaliya (2,45 min ton) və Fransa (2,44 min ton) gəlir.

Oktyabrın əvvəlində məlum olub ki, Çin Xalq Bankı sentyabrda qiymətli metallara olan kəskin qiymət artımına baxmayaraq, qızıl ehtiyatlarını artırmayıb. Fiziki ehtiyatların həcmi dəyişməz qalıb, baxmayaraq ki, onların dəyəri 191,47 milyard dollara yüksəlib.



Xəbərin oxunma sayı : 412




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap