Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Britaniyada yoluxma 40 faiz azalıb -< Koronavirusa qarşı mübarizə ciddi nəticələr verir

Tarix 01.05.21, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


İngiltərədə koronavirusa yoluxmaların təxmin edilən sayında bir həftədə 40 faiz azalma qeydə alınıb.

"The Independent" qəzeti yazır ki, bu, Britaniya hökumətində onun pandemiyadan çıxış planının işləyəcəyinə ümidlər yaradıb. İngiltərə Milli Statistika İdarəsinin verdiyi məlumata görə, fərdi evlərdə yaşayan əhali arasında aprelin 24-dək olan bir həftədə koronavirusa 54 200 yoluxma qeydə alınıb. Bu, bir həftə əvvəl qeydə alınmış 90 min yoluxmadan xeyli azdır.

Bu, həm də ötən il sentyabrın 5-də bitən həftədən bəri ən aşağı göstəricidir. İngiltərədə karantin məhdudiyyətləri aprelin 12-dən qismən qaldırılıb. Aprelin 30-da Britaniya üzrə vaksinin birinci dozası vurulanların sayı 35 milyon nəfərə yaxınlaşıb. Bunlardan 14,5 milyon nəfəri ikinci doza ilə də peyvənd olunub.

Bu arada alimlər bildiriblər ki, vaksinlər koronavirusu artıq keçirmiş adamlarda onun müxtəlif ştamlarına qarşı daha effektiv təsir göstərir.

Alimlər bunu da qeyd edirlər ki, vaksinin yalnız bir dozası vurulmuş, lakin keçmişdə bu virusa yoluxmamış adamların müxtəlif virus variantlarına immun reaksiyası bəzən az ola bilər. Bununla müqayisədə infeksiyanı artıq keçirmiş insanlar vaksinin bir dozası ilə də güclü müdafiə qazanmış olurlar.

Sky News şəbəkəsinin bidlirdiyinə görə Londondakı İmperiya Kollecinin tibb işçiləri arasında apardığı müşahidələr göstərib ki, COVID-19-a əvvəllər yoluxmuş və xəstəliyi zəif simptomla və ya simptomsuz keçirmiş şəxslərdə "Pfizer/BioNTech" vaksinin bir dozası Kent və Cənubi Afrika variantlarına qarşı güclü immun müdafiəsi yaradır.

Alimlər düşünürlər ki, bu hallarda vaksinlər Braziliya və Hindistan variantlarına qarşı da eyni immun reaksiyası verəcəklər. İmperiya Kollecinin professoru Danny Altmann düşünür ki, əvvəllər virusa yoluxmayanların vaksinin birinci dozasına immun reaksiyası cüzi ola bilər. İkinci dozanın vurulmasını zəruri edən də elə budur.

"Azadlıq.org"



Xəbərin oxunma sayı : 841




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap