Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Cəlilabadda şəhidlər anılıb - FOTOLAR

Tarix 17.10.21, 21:07

Font ölçüsü : - / +
bitmap-img6


Cəlilabad rayonunda Vətən müharibəsindən şəhid olan hərbçilər anılıb.

Rayonun Hacıcavad kəndində gizir İbrahimli Elməddin Zeynəddin oğlunun, Üçtəpə kəndində Cəfərov Ayxan Camaləddin oğlunun, Qarakazımlı kəndində Abdullayev Tosif Vidadi oğlunun və Tahirli kəndində Quliyev Tərlan Bəxtiyar oğlunun anım mərasimləri keçirilib.

Şəhidlərimizin anım mərasimlərində qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq onların əziz xatirəsi yad edilib.

Qeyd edək ki, gizir İbrahimli Elməddin Zeynəddin oğlu 19 noyabr 1999-ci ildə Cəlilabad rayonun Hacıcavad kəndində anadan olub. Füzuli-Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəfərov Ayxan Camaləddin oğlu isə 6 sentyabr 1996-ci il Üçtəpə kəndində anadan olub. Qubadlı ətrafında gedən döyüşlər zamanı şəhid olub və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Digər şəhid, Abdullayev Tosif Vidadi oğlu 8 dekabr 1998-ci ildə Qarakazımlı kəndində anadan olub. Suqovuşan döyüşləri zamanı şəhid olub və “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Quliyev Tərlan Bəxtiyar oğlu 22 dekabr 1999-ci ildə Tahirli kəndində anadan olub. Füzuli döyüşləri zamanı şəhid olub və "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.|(report)







Xəbərin oxunma sayı : 820




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap