Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Dünya liderləri Kazanda - BRICS sammiti başladı

Tarix 22.10.24, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 22-də Kazanda XVI BRICS sammiti işə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, sammitdə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak edəcək.

Böyükmiqyaslı tədbirdə BRICS ölkələri ilə yanaşı, “BRICS+” və “Outreach” formatlarında bir sıra digər ölkələr də iştirak edir ki, onlardan biri də Azərbaycandır.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Kremldəki görüşdə Azərbaycan Prezidenti İlham Əliyevi sammitə şəxsən dəvət etmişdi. Onu da deyək ki, ölkəmizlə yanaşı digər MDB ölkələri də toplantıda iştirakını təsdiqləyib.

Bu həm də şimal qonşumuzun 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsinin fonunda ev sahibliyi etdiyi ən böyük beynəlxalq toplantıdır.

Elə buna görə də bu günlərdə bütün dünyanın gözü Kazandadır desək, yanılmarıq.

Artıq Rusiya Prezidenti Vladimir Putin üçgünlük tədbirin əvvəlində özünün çinli həmkarı Si Cinpin və digər dünya liderlərini salamlayıb.

Tədbirə Çin sədri Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi əsas beynəlxalq tərəfdaşlar qatılıb.

Hindistanın Baş naziri Modi Kazan hava limanına gələrkən təmtəraqlı şəkildə qarşılanıb ki, bu da tədbirin əhəmiyyətindən xəbər verir.


TASS-ın verdiyi xəbərə görə, Putin Kazanda keçirilən BRİCS sammitində iştirak edəcək digər xarici liderlər üçün də hədiyyələr hazırlayıb.

 “Söhbət hansı hədiyyələrdən gedir” sualına isə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Sizə məlumat verəcəyik”, - deyə, cavab verib.

İran lideri Məsud Pezeşkian da artıq sammitin keçirildiyi Kazan şəhərindədir. Onu hava limanında Tatarıstanın rəhbəri Rüstəm Minnixanov qarşılayıb.

Qeyd edək ki, hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri). BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Bu birlik ABŞ və Almaniyanın da daxil olduğu “Böyük Yeddilik” - G7-yə alternativ kimi qurulub.

Toplantının əsas prinsipi problemlərə qarşı ortaq həll yollarının axtarılması və aktual böhranların aradan qaldırılmasında ümumi tədbirlərin həyata keçirilməsidir.








Xəbərin oxunma sayı : 640




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap