Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Hansı özəl bağçalarda təhsil haqqının yarısının ödəniləcəyi məlum olub - SİYAHI

Tarix 23.10.24, 23:14

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb. 

Müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və proses 1 noyabr saat 17:00-dək davam edəcək.

Özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsil haqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır.

Qeyd edilib ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.



Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap