Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Həbsdəki keçmiş generalın pensiya davası - Mövlam Şixəliyev nə istəyir?

Tarix 23.10.24, 21:39

Font ölçüsü : - / +
bitmap-img6


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin həbsdə olan sabiq rəisi Mövlam Şixəliyev pensiyasından narazıdır.

AzFakt.com Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı keçmiş general əvvəlcə Bakı İnzibati Məhkəməsinə üz tutub. O, iddiasında təqaüdünün az olmasından şikayətlənib və artırılmasını istəyib. Lakin birinci instansiya məhkəməsi onun bu tələbini təmin etməyib.

Qərarla razılaşmayan Mövlam Şixəliyev bu dəfə Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Onun şikayətinə hakim Şərafət Məmmədova baxacaq.

İş üzrə cavabdeh şəxs isə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır.

Qeyd edək ki, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. M.Şixəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə almaqda təqsirli bilinib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum ediliblər.

M.Şixəliyev general rütbəsindən məhrum edilib, əmlakları dövlət nəfinə alınıb.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap