“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Dünyanın ən sürətli adamı peşmandır - Səbəb

Tarix 16.11.21, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


Dünyaca məşhur yamaykalı atlet Useyn Bolt karyerasını bitirdiyinə görə peşmandır.

Fanat.Az xəbər verir ki, 35 yaşlı veteran idmançı mətbuata açıqlamasında Tokio-2020 Yay Olimpiya Oyunlarını ekran qarşısında izləməyin ona çətin olduğunu bildirib.

Son Olimpiadanın 100 metr məsafəyə qaçış yarışında italiyalı Marsel Yakobsun 9.80 saniyə göstərici ilə çempionluğunu xatırladan Bolt, "Məşqçim karyeramın sonlarına yaxın mənə "digər atletlər sürətlənmir, sən geri gedirsən" söyləmişdi. O vaxta qədər elə düşünmürdüm. Həqiqətən də digərləri çox sürətli deyil. Tokio-2020-yə qatılsaydım, inanıram ki, 9.80-dən daha yaxşı nəticə göstərərdim. Kaş ki karyeramı bitirməzdim" - deyib.

Pekin-2008, London-2012 və Rio-2016-nın 100 və 200 metr məsafəyə qaçış yarışlarında üst-üstə altı dəfə Olimpiya çempionu olan sprinter sözlərinə belə davam edib:

"Olimpiadalarda hər şey fərqli olur. Atletikanın ən yüksək səviyyəsi bu yarışlardır. Mümkün bütün uğurları qazanmışam. İndiki nəsil atletlər arasında mənə tay olanı yoxdur. Bu səbəbdən rekordlarımın hələ uzun illər qırılmayacağına əminəm".

Qeyd edək ki, Bolt 2017-ci ildə Londonda keçirilən dünya çempionatından sonra karyerasını bitirdiyini açıqlayıb. O, 100 metrdə 9,58, 200 metrdə isə 19,19 göstəricilərlə dünya rekordlarını əlində saxlayır.



Xəbərin oxunma sayı : 907




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap