“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?

Tarix 28.10.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Mediada “Sabunçu Emin”, “Xırdalanlı filankəs” kimi ifadələrin işlədilməsi, kriminal aləmin nümayəndələrinin ləqəblərlə gündəmə gətirilməsi və onların həyatına xüsusi diqqət ayrılması cəmiyyətdə müzakirələrə səbəb olur. Bəs gənclərin bu cür adlara marağı nədən qaynaqlanır? Kriminal aləmin nümayəndələrinin mediada tanıdılması yeniyetmələrə necə təsir edir?

Hüquqşünas və detektiv yazıçısı Müşfiq Abbasov hesab edir ki, şəxslərin mediada ləqəblərlə təqdim edilməsi düzgün yanaşma deyil. Onun sözlərinə görə, xəbərlərdə şəxslərin ad və soyadlarının göstərilməsi daha məqsədəuyğundur: “Bəzi saytların xəbər başlıqlarına baxanda ‘Sabunçu Emini’, ‘Xırdalanlı filankəs’ kimi ifadələrə rast gəlirik. Həmin şəxslərin ləqəblərlə təqdim olunması medianın düzgün yanaşması deyil. Xəbərlərdə şəxslərin adı və soyadı göstərilməlidir. Onların özlərinə götürdükləri ləqəbləri niyə mediada xüsusi şəkildə qabardırıq?”

M.Abbasovun fikrincə, bu cür təqdimat bəzi gənclərdə həmin şəxslərə qarşı maraq da yarada bilər. Onlar bu adların arxasında kimin dayandığını və həmin şəxslərin niyə belə tanındığını öyrənmək istəyə bilərlər. Buna görə də media xəbərlərin başlıqlarını seçərkən və ifadələrdən istifadə edərkən ehtiyatlı davranmalıdır. Hüquqşünas hesab edir ki, xəbərlər maarifləndirməyə xidmət etməli, cinayət əməlləri isə pislənməlidir.

Sosioloq Üzeyir Şəfiyev də Musavat.com-a açıqlamasında gənclərin kriminal aləmin nümayəndələrinə və onların ləqəblərinə marağında medianın rolunu xüsusi vurğulayır. Onun sözlərinə görə, bu şəxslərin mətbuatda davamlı gündəmdə saxlanılması onların yeniyetmələr üçün maraqlı və hətta nümunəvi obraz kimi görünməsinə gətirib çıxara bilər.

“Qanuni oğruların həyatı mətbuatda gündəmə çevrilir. Gənclər isə belə xəbərləri oxuyurlar. Rövşən Lənkəranskinin dəfn mərasimindən videolar, reportajlar verildi. Axı bunu da yeniyetmələr görür. Düşünür ki, bəlkə, yaxşı şeydir. Bəlkə, belə məşhur olmaq olar”, – deyə sosioloq bildirib.

Ü.Şəfiyev hesab edir ki, medianın bu məsələdə məsuliyyəti böyükdür. Onun fikrincə, kriminal aləmin nümayəndələrinin həyatının geniş işıqlandırılması, onların tanınmış şəxs kimi təqdim edilməsi gənclərdə yanlış qənaət yarada bilər. “Obrazlı desək, bizim mətbuatımız cini şüşədən çıxarır, sonra isə deyir ki, cini kim şüşədən çıxarır. Media, mətbuat qanuni oğrulara öz səhifələrində yer, meydan verir, onları reklam edir. Özləri də bilmədən təbliğ edirlər”, – deyə Ü.Şəfiyev vurğulayıb.

Sosioloq televiziya proqramlarında kriminal keçmişi olan şəxslərə həsr edilən verilişlərin də bu baxımdan təhlükəli mesajlar verə biləcəyini düşünür. O bildirib ki, belə təqdimatlar yeniyetmələrdə həmin şəxslərin həyat tərzinə qarşı maraq və təqlid meyli yarada bilər: “Telekanallarda cibgir, “Qızıl barmaq Fatma”ya veriliş həsr edirlər. Belə olanda gənc deyir: gör necə ömür sürüblər ki, onlara veriliş həsr edirlər. Mən də belə yaşayacağam. Bu, şərəfli ömürdür. Yeniyetmələr yanlış istiqamətə yönəldilir”.

Ü.Şəfiyevin sözlərinə görə, psixoloji baxımdan formalaşma mərhələsində olan yeniyetmələrə kriminal fəaliyyətin mahiyyəti düzgün izah edilməli, cinayət yolu ilə şöhrət qazanmağın uğur və ya nüfuz göstəricisi olmadığı aydın şəkildə çatdırılmalıdır. “Psixologiyası bərkiməmiş yeniyetmələr, gənclər bilməlidirlər ki, bu heç də yaxşı əməl deyil. Bu, cinayətdir və cəmiyyətdə onlara yer yoxdur. Media bu adamları taclandırmamalıdır. Gənclərə qanuni oğruları ideal obraz kimi təqdim etmək olmaz. Cəmiyyətdə onları kumirə çevirmək olmaz”, – sosioloq bildirib.

O, nəşriyyatların da bu məsələdə məsuliyyət daşıdığını düşünür. Ü.Şəfiyev hesab edir ki, kriminal aləmi təbliğ edən nəşrlər əvəzinə gənclərin elmə, təhsilə və faydalı fəaliyyətlərə marağını artıran əsərlərə üstünlük verilməlidir. “Nəşriyyat evləri də qanuni oğruları təbliğ edən kitablar çap etməməlidir. Qoy gənclər elmə, daha faydalı işlərə yönəldilsin”, – deyə sosioloq fikrini yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap