“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Dövlət büdcəsində dəyişikliklər olacaq: Hansı xərclər artırılacaq?

Tarix 23.04.23, 16:56

Font ölçüsü : - / +
bitmap-img6


“Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.

Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, İqtisadi Şuranın sonuncu iclasında 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) məsələsi müzakirə olunub. Büdcəyə ediləcək dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların olacağı gözlənilir.

“Hələlik dürüstləşmə ilə bağlı konkret layihə ictimaiyyətə təqdim edilmədiyi üçün hansı istiqamətlər üzrə daha çox vəsaitin ayrılacağını indidən söyləmək mümkün olmasa da, bu zaman milli prioritetlərin nəzərə alınacağı istisna deyil. Belə ki, sosial təminatın daha gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın sürətləndirilməsi, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın müdafiəsi prioritetliyini qoruyub saxlamaqdadır”, - deyə V.Bayramov qeyd edib.

Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30,7 milyard, xərcləri 33,3 milyard manatdır. Mövcud büdcə sənədinə əsasən, 2023-cü ildə dövlət büdcəsindən əməkhaqqı və pensiya ödənişləri daxil olmaqla 15,2 milyard manat sosial sahəyə yönəldiləcək. Bu ümumi büdcə xərclərinin 45,6 faizi deməkdir.



Xəbərin oxunma sayı : 421




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap