“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı pozuntular aşkarlanıb

Tarix 20.05.22, 23:12

Font ölçüsü : - / +
bitmap-img6


Hesablama Palatası tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin auditinin nəticələri açıqlanıb.

APA xəbər verir ki, kinonun normativ-hüquqi və iqtisadi bazasını təşkil edən aktların təkmilləşdirilməməsi və genişləndirilməməsi, o cümlədən 18 il əvvəl qəbul edilmiş qaydaların müasir tələblərə və çağırışlara cavab verməməsi artıq, eləcə də, bu sahədə çalışan yaradıcı heyətin tam əhatə olunmaması səbəbindən qaydalarda nəzərdə tutulmayan yaradıcı hallar üzrə qonorar ödənişlərinə səbəb olub.

Qeyd edilən sahə üzrə “dövlət sifarişi” anlayışının hüquqi aktlarda konkret təsbit olunmaması, eləcə də sifarişin çərçivəsinin və istiqamətlərinin müəyyənləşdirilməməsi bəzi hallarda vəsaitlərin təyinatının dəyişdirilməsinə, bir sıra hallarda isə filmlərin başa çatdırılmayaraq konservasiyası ilə nəticələnib, ssenarilərin və kino studiyaların müsabiqə çərçivəsində seçilməsi ilə bağlı meyarların müəyyənləşdirilməməsi, komissiyanın fəaliyyətinin tənzimlənməsi ilə bağlı hər hansı bir qaydaların və ya hüquqi aktların mövcud olmaması son nəticədə vəsaitlərin “Kinematoqrafiya haqqında” qanuna əsasən kinematoqrafiyaya dövlət himayəsinin əsas formalarının, xüsusilə dövlət sifarişi əsasında çəkilən filmlərin istehsalının, yayımının və onların beynəlxalq kinofestivallarda iştirakının, kinosalnamə çəkilişinin və dövlət film fondunun maliyyələşdirilməsi ilə bağlı istiqamətlərin tam əhatə olunmaması ilə nəticələnir.

Dövlət sifarişi ilə çəkilən filmlərin seçilmə meyarlarının müəyyən olunmaması və dövlət sifarişi ilə hazırlanan filmlərin smeta xərclərinin siyahısının təsdiq edilməməsi, habelə birgə (müştərək) film istehsalının və ümumiyyətlə kino iqtisadiyyatının tənzimlənməsi barədə normativ sənədlərin olmaması büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın və hesabatlılığın təmin edilməsinə, xərclərin uçotunun düzgün qurulmasına imkan verməyib, filmlərin çəkilişi ilə bağlı ayrılmış vəsaitlər üzərində hesabatlılığın və inzibatçılığın müəyyən edilməməsi səbəbindən bu vəsaitlərin studiyalar tərəfindən təyinatının dəyişdirilməsi, ümumiyyətlə, təsdiqedici sənədlərin təqdim olunmaması kimi halların yaranmasına da səbəb olub.



Xəbərin oxunma sayı : 598




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap