“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Tibb Universitetinin dərslikləri rezidentura proqramını əhatə etmir - DİM

Tarix 19.06.26, 22:26

Font ölçüsü : - / +
bitmap-img6


Rezidentura imtahanı nəticələrinin təhlili göstərir ki, namizədlərin cavablandırmaqda çətinlik çəkdikləri test tapşırıqlarının əksəriyyəti yalnız xarici dildə olan ədəbiyyatlarda dərc edilmiş materiallar əsasında tərtib olunan tapşırıqlardır. Bu isə ATU-da tədris zamanı istifadə olunan dərsliklərin rezidenturaya qəbul proqramlarını tam əhatə etməməsindən irəli gəlir.

Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunub.

Məlumata görə, müasir müayinə və müalicə metodları haqqında məlumatların, xəstəliklərin yeni təsnifatlarının Azərbaycan dilində olan ədəbiyyatlarda natamam verilməsi və ya, ümumiyyətlə, verilməməsi xarici dillərdə olan ədəbiyyatlardan istifadəyə zərurət yaradır.

"Digər bir səbəb isə ədəbiyyat mənbələrinin sayca çox olmasıdır. Bu problemlərin aradan qaldırılması üçün rezidenturaya hazırlaşanlara kömək məqsədi ilə DİM-də baza fənləri üzrə elmi-metodik vəsaitlər tərtib edilmişdir. Buna görə də Rezidentura üzrə şöbə tərəfindən baza fənlərində olduğu kimi ixtisas fənləri üzrə də rezidenturaya qəbul proqramlarını tam əhatə edən, müvafiq elm sahəsinə dair ən müasir məlumatları lakonik şəkildə özündə cəmləyən elmi-metodik vəsaitlərin tərtibinə başlanılıb. Ötən illərdə ixtisas fənləri üzrə ilk dəfə Azərbaycan və rus dillərində nəşr edilmiş ‘Terapevtik stomatologiya (parodont və oral mukoza xəstəlikləri)’ və ‘İxtisas fənləri üzrə test toplusu’ adlı vəsaitləri buna misal göstərmək olar.
Ətraflı
Ad - 00:04

Hesab edirik ki, təqdim etdiyimiz elmi-statistik təhlillər tibb təhsili müəssisələrində çalışanlar üçün tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, həmçinin namizədlərin rezidenturaya qəbul imtahanlarına sərbəst hazırlaşmalarına yardımçı olacaqdır”.

Qeyd olunub ki, aparılan təhlillərdən rezidenturaya qəbul imtahanlarında uğur qazanmaq üçün namizədlərdən dərslikdəki materialları öyrənməklə yanaşı, həm də ümumiləşdirmə aparmaq, tədris zamanı mənimsədikləri bilikləri sistemləşdirmək və tətbiq etmək bacarıqlarını inkişaf etdirmək tələb olunduğu qənaətinə gəlmək olar.

"Əsas (baza ali) tibb təhsili verən ali təhsil müəssisələrində isə tələbələrin məntiqi düşünmə, nəzəri biliklərini tətbiqetmə bacarıqlarının inkişaf etdirilməsinə diqqət artırılmalı, təhsilin səviyyəsi müasir tələblərə uyğunlaşdırılmalı və daha çox tətbiqyönlü olmalı, eləcə də bu tələblərə cavab verən dərsliklər və ya dərs vəsaitləri hazırlanmalıdır”.

Vurğulanıb ki, namizədlərin bilik, bacarıq və vərdişlərində olan çatışmazlıqların bir qismi onların praktik yönlü biliyinin dərin olmaması ilə bağlıdır ki, bu da, əsasən, tədris prosesində həmin istiqamətə az diqqət yetirilməsinin göstəricisidir.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap