“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dövlət Xidməti ilə məşhur şirkət arasında qalmaqal - “A-Kond 1” məhkəmədə qalib gələ biləcəkmi?

Tarix 03.10.23, 18:05

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Əmək Müfəttişliyi Xidməti ilə "A-Kond 1” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında qalmaqal yaranıb. 

Qaynarinfo xəbər verir ki, Xidmət QSC barəsində inzibati protokol tərtib edib. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə ittiham irəli sürülüb. 

192.1-ci maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 min manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Şirkət Dövlət Xidmətinin qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət edib. Şikayətə Nizami Rayon Məhkəməsində baxılacaq. Nigar Qədirli iş üzrə hakim təyin edilib. 

"A-Kond 1” QSC 11 iyun 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Bağırov Orxan Əjdər oğludur. 

QSC Azərbaycanda binaların, üzən qurğuların və platformaların mərkəzləşdirilmiş isitmə və soyutma sistemlərinin həmçinin split kondisioner sistemlərinin quraşdırılması və xidməti işləri məşğuldur. 

QSC həmçinin SANYO şirkətinin Azərbaycandakı rəsmi distributorudur. Bu şirkət split kondisionerlər üzrə markadır. 

"A-Kond 1” QSC 2021-ci ildə Mərkəzi Bankın tərtib etdiyi protokol əsasında 1000 avro cərimələnib. 



Xəbərin oxunma sayı : 472




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap