“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Daha bir baş redaktor həbs olundu - İşdə məşhur vəkilin adı hallanır

Tarix 10.12.24, 12:24

Font ölçüsü : - / +
bitmap-img6


Arazxeber.com saytının rəhbəri Zərdabi Abbasov həbs edilib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Anar Məmmədov yayıb. O bildirib ki, Z.Abbasova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb:

“Zərdqbi Abbasov Qarabağ qazisi Şirin Abbasovun şikayəti əsasında həbs edilib. Sözügedən cinayət işində vəkil Adəm Məmmədovun da adı keçirdi.

Açıklama yok.

Şirin Abbasov bir müddət əvvəl Binəqədi rayon Polis İdarəsinə şikayət etmişdi ki, oğlu Lətif Abbasov bir neçə il əvvəl yol qəzası törədib, nəticədə bir nəfər həlak olub. Həmin işdə Adəm Məmmədovu vəkil tutublar:

Açıklama yok.
Fotoda Adəm Məmmədov

“Bizi əmin elədi ki, bu işi həll eləyəcək, hakimlər də, prokurorlar da ona hörmət eləyir. Bizim də olanımız-qalanımız bir evimiz vardı, o evi də möhtərəm prezidentimiz vermişdi, evimizi satdıq. Əvvəl 30 min verdik, sonra 28 min 500, sonra da 25 min. Ümumilikdə bizdən 83 min 500 manat pul aldı. Bəzən özünə vermişik, bəzən də Zərdabi Abbasov vasitəsilə göndərmişik”.

Bakupost.az

Binəqədi Rayon Məhkəməsində oğlunun 4 il 9 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını daha da ağırlaşdıraraq, 5 il 6 ay edib. Ş.Abbasov mətbuata müsahibəsində deyib ki, bundan sonra Adəm Məmmədov barəsində Vəkillər Kollegiyasına, 5-ci polis bölməsinə ərizə yazıb. Şikayətlərdən sonra 30 min qaytarılsa da, 53 min manat qaytarılmayıb.
Şirin Abbasov avqust ayında Baş Prokuror Kamran Əliyevin vətəndaşlarla görüşü zamanı onun qəbulunda olub, şikayətini ona çatdırıb. Onun sözlərinə görə, Baş Prokuror onu dinlədikdən sonra bu məsələni nəzarətinə götürdüyünü bildirib.
Onu da əlavə edək ki, Binəqədi RPİ-də eyni cinayət işi üzrə vəkil Adəm Məmmədov Ş.Abbasov və onun oğlu ilə üzləşdirilib”.



Xəbərin oxunma sayı : 1174




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap