“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Deputatın qurduğu şirkət TƏBİB-ə 50 milyonluq dərman satacaq - TƏFƏRRÜAT

Tarix 31.07.24, 16:04

Font ölçüsü : - / +
bitmap-img6


TƏBİB-in tabeliyində fəaliyyət göstərən “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti olub.

Yeniavaz.com xəbər verir ki, TƏBİB “Avromed Company” QSC-yə “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” üçün inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin satın alınmasına görə 50 milyon 239 min 833 manat 40 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 57 min manat nizamnamə kapitalı olan “Avromed Company” QSC-nin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Şirkət 20 dekabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb.

Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir.
Onu da bildirək ki, mətbuatda “Avromed Company” QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilir.

Cavanşir Feyziyevin rəsmi tərcümeyi-halında 2002-2010-cu illərdə “Avromed Company” QSC-nin baş direktoru olduğu göstərilir. 2020-ci ilin dekabr ayında “Avromed Company” QSC-dən verilən açıqlamada qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək “Avromed”in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb.



Xəbərin oxunma sayı : 565




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap