“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Direktor göstəriş verdi, məktəbdə ağaclar kəsildi - Nazirlik texniki işçini cərimələdi

Tarix 04.12.23, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda məktəb direktoru və müavininin sifarişi ilə kəsilən zeytun ağaclarına görə kiçik texniki xidmətçi 2000 manat cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Bakı şəhərində yerləşən 286 nömrəli tam orta məktəbdə kiçik texniki xidmətçi vəzifəsində çalışan Elman Məmmədov (ad-soyad şərti) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən  cərimənlədiyi üçün məhkəməyə şikayət edib. 

Elman Məmmədov məhkəmə ifadəsində bildirib ki, məktəb rəhbərliyinin, o cümlədən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Şirin Səfquliyevin göstərişi əsasında iki ədəd zeytun ağacını kəsiblər: 

"Laçın rayonundan 30 ildən artıqdır ki, məcburi köçkünəm. Ayda təxminən 310 manat əmək haqqı alıram. Amma məktəb rəhbərliyini cərimələnmək əvəzinə, məni cəzalandırdılar. Nazirlik əməkdaşları bunu nəzərə almayaraq, 2 min manat cərimə kəsib. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsini və xəbərdarlıq inzibati tənbehinin verilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm". 

Məhkəmə Elman Məmmədovun şikayətini təmin etməyib və barəsində 2 min manatlıq inzibati tənbeh vermə haqqında qərarı olduğu kimi saxlayıb.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Mehdizadə Samir Ramiz oğludur.



Xəbərin oxunma sayı : 802




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap