Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Doğulduğu gündə şəhidlik zirvəsinə ucalan Xəyyam Əzizovun döyüş yolu - FOTO

Tarix 03.05.21, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularından biri də baş leytenant Xəyyam Əzizovdur. 

Doğulduğu gün şəhidlik zirvəsinə ucalan Əzizov Xəyyam Əli oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində iştirak edənlərdən olub. 

Qəhrəmanımız Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 6-da döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralanıb.

Lakin döyüş bölgəsindən təxliyə edilməsinə razı olmayıb və yaralı halda sona kimi döyüşməyi seçib. Noyabrın 8-də Şuşanın azad olunması uğrunda gedən döyüşlər zamanı ağır yaralanaraq şəhid olub.

Öz doğum günündə şəhid olan Xəyyam Əzizov Neftçala rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Xəyyam Əzizov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.





Xəbərin oxunma sayı : 589




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap