![]() |
|


8.jpg)











Eldar Mahmudovun bandasının yeni cinayətləri açılır... - Mövlam Şıxəliyev ifadəni eşidib ürəyini tutdu...
Tarix 04.11.21, 13:28 |
|

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digər 3 nəfər barəsində isə həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilib.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən açıq məhkəmə iclasına mətbuat nümayəndələri buraxılmır. Zərərçəkənlərin prosesin videoya çəkməsinə də imkan verilmir. Pozuntu təkcə bununla kifayətlənmir. Hakim hazırlıq iclasında Mövlam Şıxəliyevə xüsusi nəvaziş göstərib, ona “müəllim” deyə müraciət edib. Bu isə iş üzrə 32 zərərçəkənin ciddi etirazına səbəb olub. Hazırlıq iclasında hakimin Mövlam Şıxəliyevə xüsusi münasibəti məhkəmənin ümumilikdə obyektivliyinə ciddi şübhələr yaradıb. Sonrakı, oktyabrın 26-da keçirilən iclasda isə zərərçəkənlər hakimin hərəkətlərinə etiraz əlaməti olaraq məhkəmə prosesini pozublar. 32 zərərçəkən, onların vəkilləri və nümayəndələri məhkəmə zalını tərk ediblər. Etirazçılar arasında təqsirləndirilən şəxslər tərəfindən qanunsuz həbsə alındıqdan sonra intihar etmiş, ürək tutmasından dünyasını dəyişmiş 4 zərərçəkənin nümayəndəsi də olub.

Ötən gün keçirilən prosesə zərərçəkənlər hakimin xüsusi dəvəti ilə çağırılıblar, onlara Elbəy Allahverdiyevin adından vəd verilib ki, proses qanuni, obyektiv şəkildə aparılacaq. Bununla belə, mətbuat nümayəndələri yenə də açıq məhkəmə prosesinə buraxılmayıblar. Elbəy Allahverdiyev jurnalistlərin məhkəmə binasına buraxılmamasına göstəriş verib. Zərərçəkənlərdən biri hakimin hərəkətinə “Elbəy Allahverdiyev açıq məhkəmə iclasını qapalı bazara çevirib” şəklində reaksiya verib.

20 milyonluq ziyanın 12 milyonu hansı hesabdan ödənəcək?
İttihama görə, Mövlam Şixəliyev və digərləri mütəşəkkil cinayətkar quldur dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçiriblər. İttiham aktında iş üzrə təqsiləndirilən şəxslərin müsadirəyə təklif olunan əmlakları haqda arayış var. Həmin arayışda isə müsadirəsi nəzərdə tutulan əmlakının ümumi dəyəri 8 milyon 61 min manatdır. Həmin məbləğdən 7 milyon 783 min manat dəyərində əmlak Mövlam Şıxəliyevə, 278 min 600 manat dəyərində əmlak isə təqsirləndirilən Yasin Məmmədova məxsusdur.
İş üzrə digər 2 təqsirləndirilən şəxs - Vüsal Ələkbərovla Sahib Ələkbərovun üzərinə həbs qoyulmuş əmlakları barədə ittiham aktına əlavə olunmuş arayışda hər hansı bir məlumat yer almayıb. İstintaqın 2 təqsirləndirilən şəxsə münasibətdə mövqeyi anlaşılmazdır. Digər tərəfdən, zərərçəkənlərə vurulmuş ziyanın 8 milyonluq hissəsi müsadirəyə təklif olunan əmlakla əvəzləşdiriləcək. Yerdə qalan 11 milyon 308 min manatın hansı hesabdan ödənəcəyi də bilinmir.
Bu özbaşınalığa kim icazə vermişdi?
Prosesdə Yasin Məmmədov sərbəst ifadə verib. Bildirib ki, hər bir zərərçəkənin ifadəsindən sonra o, həmin epizod üzrə münasibətini açıqlayacaq. Bundan sonra dövlət ittihamçısı Yasin Məmmədova suallar ünvanlayıb. Təqsirləndirilən ittihamçının suallarını cavablandırmaqdan imtina edib.
Zərərçəkənlərdən Zaur Əliyev Yasin Məmmədova bir neçə sual verib.
Ondan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin polis funksiyalarını mənimsəməsinə dair kimin göstəriş verməsini xəbər alıb. Başqa sözlə, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin kimin göstərişi, razılığı ilə mənimsənildiyinə aydınlıq gətirməsini istəyib:
- 178-ci (dələduzluq) və 320.1(saxta sənəd hazırlama) maddələr üzrə təhqiqat, araşdırma, nəticə etibarı ilə cinayət işi başlamaq qanunla birbaşa Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid edilib. Bununla belə Milli Təhlükəsizlik Nazirliyi həmin maddələr üzrə cinayət işi araşdırırdı, vətəndaşları dəvət edib hədələyir, zor tətbiq etməklə soyurduz, pullarını əllərindən alırdız. Bu özbaşınalığa kim icazə vermişdi?
Yasin Məmmədov suala belə cavab verib:
- Həmin maddələrlə cinayət işləri başlanandan sonra məlumat üçün baş prokurorun 1-ci müavini Rüstəm Usubova yazılı və şifahi məlumat verilirdi. Onun razılığı ilə istintaq işləri davam etdirilirdi.

Sahib Ələkbərov
Yasin Məmmədovun cavabından sonra iş üzrə zərərçəkən Bahəddin Sultanov növbədənkənar dindirilməsi üçün məhkəməyə müraciət edib. Tələskənliyini ölkədən getməsi ilə izah eləyib.
Kredit götürmək üçün Bakı şəhərinə gəldi, bəlaya düşdü
Məhkəmə onun xahişini nəzərə alıb. Dindirmədən əvvəl Bahəddin Sultanovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olundu.
Həmin ifadəni təqdim edirik:
- 2007-ci ildə Qazaxıstan Respublikasının Almatı şəhərində mehmanxana və marketdən ibarət kompleks tikdirib. Bununla yanaşı, 1994-1995-cı illərdə Abşeron rayonunda, Bakı-Sumqayıt yolunun “VAZ kruqu” deyilən ərazinin yaxınlığında 4 hektar torpaq sahəsi alaraq orada iribuynuzlu mal-qara saxlamaq üçün 4 ədəd ferma və inzibati binalar tikdirərək oğlu İntiqamın adına sənədləşdirib. 2008-ci ildə Qazaxıstan Respublikasında tikinti işlərini tamamlamaqda maliyyə çətinliyi olduğundan kredit götürmək üçün Bakı şəhərinə gəlib. Ailəvi dostluq münasibətlərində olduğu “Texnikabank” ASC-nin Yasamal filialının müdiri Zal Yusifovdan 1 milyon ABŞ dolları istəyib. Zal onun işlərinə bələd olduğundan rəhbərlik etdiyi fermanın sənədlərini girov qoymaqla filialdan kredit ayıra biləcəyini deyib. O da oğluna həmin sənədləri götürüb Zal Yusifovun yanına getməyi tapşırıb. İntiqamla Zal Yusifov arasında 1 milyon ABŞ dolları kredit verilməsinə dair müqavilə imzalanıb. Torpağın girov müqaviləsi isə Abşeron rayonu, Xırdalan şəhərində 1 saylı notariusda tərtib edilib. Buna baxmayaraq, Zal Yusifov 3-4 ay müddətində krediti verməkdən yayınıb. Müqavilə bağlananda oğlunun guya kredit pulunu alması barədə sənədlərə imza etdirib. Zal Yusifov pulun ayrıldığını, sadəcə, bankda nağd pul olmadığından işin gecikdiyini deyib. Belə olan halda Zaldan ya girovda olan torpaq və fermanın sənədlərini qaytarmağı, ya da pulu verməyi tələb edib. Zal Yusifov isə oğlunun adına krediti götürdükdən sonra borclarını tamamilə qısa müddətdə bağlaması barədə arayış verib. Həmin arayış əsasında 1 saylı notariusdan ferma və torpaq sahəsinin girov sənədlərini geri alıblar. Bundan az sonra, 2008-ci ilin sentyabr ayında alqı-satqı müqaviləsi əsasında torpağı 810 min manata sataraq pulun qarşılığnda 1 milyon ABŞ dolları alıb bir hissəsini tikintiyə yönəldib. Qalanını isə evdə saxlayıb.

Vüsal Ələkbərov həmin məktubun boş sənəd olduğunu deyib, kreditin ödənməsini tələb edib
2009-cu ilin əvvəllərində oğlu İntiqam MTN-in Vüsal Ələkbərov adlı müstəntiqi tərəfindən dəvət edilib. O da oğlu ilə birlikdə oraya gedib. Vüsal Ələkbərov onun Masis rayonundan olduğunu soruşduqda anasının da həmin rayonun Mehmandar kəndindən qəssab Əlinin qızı olduğunu deyib. Atası Abdullanın qəssab Əli ilə dost olduğunu, onu yaxşı tanıdığını deyib.
Vüsal onlara “Zal Yusifovla birlikdə dövlətin pulunu alıb yeyəndə bilmirdiz belə olacaq” deyib. Belə halın olmadığını, kreditin faktiki götürülmədiyini və bağlandığını, bu barədə notariusda sənəd olduğunu bildirib. Buna baxmayaraq, Vüsal Ələkbərov bankdan götürülmüş krediti ödəməyi tələb edib. İntiqamı və onu dəfələrlə MTN-ə çağırıb sorğu-sual edərək bankın pulunu ödəməyi tələb edib, o da torpağın girovluqdan azad edilməsi haqqında notariusdan məktubu təqdim eləyib. Vüsal Ələkbərov həmin məktubun boş sənəd olduğunu deyib, kreditin ödənməsini tələb edib.

Vüsal Ələkbərov
Belə olduqda əvvəllər Binəqədi Rayon Polis İdarəsinin rəis müavini işləmiş dostu Rasim Musayevə vəziyyəti deyib, sonuncu isə MTN-in İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurub. Onu incitməməyi, nə söhbət varsa danışıb həll etməyi tapşırıb. Bundan sonra Vüsal Ələkbərov onu yenidən çağırıb, Rasim Musayevin zəngi ilə bağlı Mövlam Şıxəliyevin rəhbərliklə danışdığını, bu işi həll etmək üçün 500 min ABŞ dolları tələb olunduğunu, pul veriləndən sonra oğlunun adının siyahıdan çıxarılacağını deyib. O isə Vüsala hörmət əlaməti olaraq yalnız 4-5 min manat verə biləcəyini dedikdə sonuncu “onda bizdən küsmə, nəticə yaxşı olmayacaq” deyib. Bundan sonra Vüsal Ələkbərov 2009-cu ilin iyun ayında onu 2 dəfə öz otağına çağırıb. Təklikdə krediti qaytarmasını tələb etməyə başlayıb, ona və oğluna başqa heç kim kömək edə bilməyəcəyini, rəhbərliyin tapşırığı olduğunu söyləyib.
Həmin zaman Vüsalın otağında olarkən Mövlam Şıxəliyev otağa daxil olub, onu təhqir edərək krediti ödəməyi tələb edib. 15 iyun 2009-cu ildə isə oğlu İntiqam həbs olunub. 10-12 gün sonra Vüsal Ələkbərov onu çağırıb və “rəhbərliyin göstərişi var, Mövlam Şıxəliyev deyir ki, səni tutub içəri salaq” deyib. Bundan qorxub Vüsaldan kömək istəyib. O da “gözlə, gedim Mövlam Şıxəliyevə məruzə edim, görüm nə deyir” söyləyib və 10 dəqiqədən sonra geri qayıdıb Mövlam Şıxəliyevin 360 min ABŞ dolları tələb etdiyini, əks halda, həbs etmək göstərişi verdiyini bildirib. Özünün də tutulacağından qorxub Vüsalın dediyi ilə razılaşıb. Vüsal özü üçün də əlavə 10 min ABŞ dolları istəyib və 360 min dolların ona aidiyyəti olmadığını deyərək balasının canına and içib. Vüsal Ələkbərov pulu həm onu tutmamaq, həm də oğlu İntiqam Sultanovu həbsdən azad etmək üçün istəyib. Vüsal Ələkbərov öz telefonunu verməklə qardaşı Mirzə Paşayevə zəng etməsinə şərait yaradıb. O da zəng edərək 250 min ABŞ dollarını evdən götürüb qohum, dost, tanışdan da almaqla ümumilikdə 360 min ABŞ dolları düzəltməyi və MTN-ə gətirməyi tapşırıb. Vüsal Ələkbərov “pul gəlsin səni buraxaq çıx get, sonra da oğlunu buraxacağıq” demiş, o da etiraz etmədən gecəni Vüsalın xidməti otağında gözləyib, yanında mülki geyimli, 30-35 yaşlarında, qara saçlı, orta bədən quruluşlu, təxminən 175 sm boya malik adını bilmədiyi bir şəxs də olub. Növbəti gün Mövlam Şıxəliyev yenə otağa girib Vüsala “bunu hələ salmamısan içəri, sənə dedim axı bu q....ni sal içəri” deməklə onu təhqir edib...
Həmin məbləğ gətirildikdən sonra onlar söhbət ediblər.
Sitat: “Pulu verdilər Mövlam Şıxəliyevə, bir daş altda, bir daş üstdə, biz səni tutmayacayıq, oğlunu da buraxacam, həmin puldan bir qəpik mənə çatmır, mənim şirinliyimi də gətir” deyib. Əvvəl istədiyi 10 min ABŞ dollarını həmin gün saat 19:30-da nazirliyin inzibati binasının hasarının tininə gətirməsini tapşırıb və saat 15 radələrində onu yola salıb.

Yasin Məmmədov
Axşam Vüsal Ələkbərov ondan 10 min ABŞ dollarını qəbul edib “gələrsən kağızını verərəm, oğlunu götürüb gedərsən” deyib. Bundan 2 gün sonra Vüsal Ələkbərov özü zəng edərək onu nazirliyə çağırıb, əsas giriş qapısında oğlunun həbsdən azad edilməsi üçün qərarı ona verib. O da qərarı Bakı İstintaq Təcridxanasına təqdim edib, həmin gün həbsdən azad edilən İntiqamın işi sonradan Zal Yusifovla birlikdə məhkəməyə göndərilib. Məhkəmədə oğluna 2 il şərti cəza verilib.
Prosesdə Bakı Hərbi Məhkəməsinin 26.01.2017-ci il tarixli məhkəmə iclas protokolu da elan edilib. Həmin protokoldan aydın olur ki, zərərçəkmiş Bahəddin Sultanov o zaman məhkəmədə eyni məzmunlu ifadə verib.
İstintaqa verdiyi ifadəsi elan edildikdən sonra zərərçəkən Bahəddin Sultanov belə bir ifadə verdiyini dedi və ifadəsini tam olaraq təsdiq etdi. Lakin məhkəmədə izahatını dəyişdi:
- Məni və oğlumu MTN-ə Vüsal Ələkbərov çağırtdırıb. Orada Mövlam Şəxəliyevlə birgə məndən ümumilikdə 370 min manat tələb edib alıblar. Dövlət rüsumu idi...
Bundan sonra dövlət ittihamçısı zərərçəkənə bir neçə sual ünvanladı. Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovun qəbulunda neçə dəfə olması ilə maraqlandı. Zərərçəkən dedi ki, o zaman hər birinin qəbulunda 3-4 dəfə olub. Dövlət ittihamçısının növbəti sualı həmin məbləğin hansı işə görə dövlət rüsumu olması ilə bağlı oldu. Zərərçəkən “başının xarab olduğunu” deməklə suala cavab verməkdən yayınıb. Hakim Elbəy Allahverdiyev dövlət ittihamçısına müraciətlə “zərərçəkən başının xarab olduğunu deyir” söyləyib və Bahəddin Sultanovun dindirilməsi bununla yekunlaşıb.
Bu zaman Mövlam Şıxəliyev əlini sinəsinə qoyaraq özünü pis hiss etdiyi görkəmini alıb. Zərərçəkənlər Mövlam Şıxəliyevin bu hərəkətini tamaşa kimi qəbul etdiklərini gizlətməyiblər. Onlardan biri “başımıza oyun açanda, var-yoxumuzu əlimizdən alanda ürəyin ağrımırdı” replikasını atıb. Bununla da proses 5 noyabr 10:30-a qədər təxirə salınıb.(musavat.com)


Xəbərin oxunma sayı : 2386
loading...
Gündəm
Xəbərlər
-
Rus sülhməramlıların sabiq komandanı yaralandı - Bacısı oğlu öldürüldü + FOTO
-
Keçmiş məhkum polisdən qaçmaq istədi: Atəş açıldı
-
Azərbaycanda “meymun çiçəyi“ qeydə alınıb? - Səhiyyə Nazirliyindən açıqlama
-
Şuşa Real Məktəbi bərpadan sonra necə olacaq? - VİDEO
-
Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir - SİYAHI
-
“Tayvan məsələsi ölkənin daxili işidir“ - Çin Baydenə cavab verib
-
Postmüharibə dövründə 93 min şəxsə sosial ödənişlər təyin olunub - FOTO
-
Bulvardan dənizə çirkab suları axıdılır? - VİDEO
-
“ŞTUTQART” mağazalar şəbəkəsi adını niyə dəyişir?
-
Rusiyanı dərin iqtisadi böhran gözləyir: Zərər 100 milyard dollara çatdı
-
“Yardımlı meşələri yağmalanır” - Meşəbəyi
-
Prezident İlham Əliyev Roma Papasına məktub göndərib - MƏTN
-
20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var
-
Şəhidlər Xiyabanı yaxınlığındakı gecə klubu bağlanacaqmı? - VİDEO
-
Azərbaycanda qəribə kənd: Yayda adam donur, qışda isə tərləyir
-
“Çin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ hərbi müdaxilə edəcək” - Bayden
-
Sürücülərə bəd xəbər: Mühərrik yağları kəskin bahalaşdı (VİDEO)
-
“Azərlotereya” ASC uduşlu biletlərin seriya nömrəsini niyə gizlədir? – Açıqlama
-
Bu ölkədən “meymun çiçəyi“nə görə 21 günlük KARANTİN QƏRARI
-
Ukrayna necə aldadıldı? – ABŞ səfirindən ilginc cavab
-
AMEA-nın alimləri dava edib, bir-birini təhqir etdi – Qalmaqal
-
Sahil Babayev son 3 ayda daha 23 min pensiyaçını “zərərsizləşdirdi” – Nemət Əliyev statistikanı açıqladı
-
Kişilərin nəzərinə: Potensiyanı artıran qidalar
-
“Təhlükəsizlik üçün Avropa Silahlı Qüvvələrinə ehtiyac var“ - Borrel
-
ABŞ Türkiyəni Qara dənizi NATO-ya açmağa razı salmalıdır - “The Hill”
-
“Sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəlinib” - Şarl Mişel
-
Röya dərin yarıqlı geyimi ilə göz qamaşdırdı - FOTO
-
“Milan” 19-cu çempionluğunu 11 il sonra qazandı - VİDEO
-
Gəncənin Cavadxan qəsəbəsinin bitməyən su dərdi – VİDEO
-
“Rusiya Ukrayna ilə danışıqlara hazırdır” - Medinski
-
“Qubad birbaşa siyasətlə məşğuldur, qardaşımla mövqelərimiz üst-üstə düşmür” - Vüqar Bayramov
-
“Dünyanın 70-ə yaxın ölkəsində koronavirusa yoluxma artır“ - ÜST
-
Milli Məclisdə kadr islahatları – Yeni təyinatların məqsədi nədir?
-
“Türkiyəyə PKK ilə bağlı zəmanət verə bilərik” - Finlandiya XİN
-
Brüsseldə üçtərəfli görüş başlayıb - FOTO/VİDEO
-
“5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır“ - Prezident İlham Əliyev
-
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə daha hansı xəstəliklər əlavə oluna bilər? - Açıqlama
-
“Ukraynalılar bütün Avropanın və dünyanın qəhrəmanlarıdır” - Duda
-
“Meymun çiçəyi” Rusiya laboratoriyasında hazırlanıb” - Britaniya nəşri
-
“Prezidentin və prokurorun köməkçisinə yalan məlumat verdikləri üzə çıxdı” - “Olyumpus Park”dan şikayət
-
Şuşanın əsas küçələrindən birinə Atatürkün adı verildi
-
II ixtisas qrupu və III ixtisas qrupu üzrə coğrafiya fənni üzrə düzgün cavablar bəlli oldu - LİNKLƏR
-
Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”
-
Bu abituriyentlər ikinci dəfə imtahanda iştirak edə bilməyəcəklər - AÇIQLAMA
-
Prezident İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü başlayıb - Fotolar + VİDEO
-
Koronavirusa yoluxanların sayı açıqlandı - Ölən olmayıb
-
“Aİ Rusiya neftinin əvəzini tapmayacaq“ - Vahid Ələkbərov
-
Əlilliyin müəyyən edilməsi sistemində yeni meyarlar - İyulun 1-dən qüvvəyə minəcək + VİDEO
-
Avropa İttifaqı -Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir
-
Şəhidlər xiyabanı yaxınlığında gecə klubu açılması etirazlara səbəb oldu - VİDEO
-
Toy menyularının qiymətləri artıb - Səbəbi açıqlandı
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Ukraynada Rusiya ordusunun döyüş texnikalarının məhv edilmə anı - VİDEO
-
Azərbaycan Cənubi Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır
-
Azərbaycanda 1 manat 1000 manata satılır - VİDEO
-
Türkiyə kəşfiyyatından PUA əməliyyatı: Terrorçular izlənilərək məhv edildi - VİDEO
-
2 275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub - Nazirlik
-
“Rusiya “İskəndər”ləri Ukrayna sərhədləri yaxınlığında yerləşdirib“ - Ukrayna MN
-
Ramiz Mehdiyevin yaxın qohumu AMEA-dakı vəzifəsindən çıxarıldı
-
Bakıda bu məktəblərin direktoru yoxdur - SİYAHI
-
Azərbaycanlı məşhurların bahalı geyimləri və aksessuarları - SİYAHI - FOTO
-
Bakı səmasında PUA-lar göründü - 2 min kilometr uçdular (VİDEO)
-
Azərbaycan Premyer Liqasının bombardiri bəlli olub - Kadi Borges
-
May ayına xas olmayan hava: “Yağışlar uzunmüddətli olsa...”
-
Yeni təhlükəli virus... - “Meymun çiçəyi“ haqqında nələri bilməliyik?
-
“Verilişimə 700 mindən artıq pul xərcləmişəm” - Roza Zərgərli
-
Kral, vəlihəd və prezidentlər... - Bu ölkələrin dövlət başçıları İlham Əliyevə məktub göndərib
-
2022-ci ildə yüksək vəzifələrə gətirilmiş gənc kadrlar - FOTOLAR
-
“Vaşinqton Post”: Rusiya uduzur
-
“Çox zərbələr alıram, söyülürəm” - Xoşqədəm Hidayətqızı
-
Milan məhkəməsinin iki deputatımızla bağlı həbs qərarı... – Sifarişçi kim idi?
-
“Traktor” azarkeşləri stadiona buraxılmayacaq - İranda yeni qərar
-
Baş nazir mühüm qərar imzaladı - Bu qaydalar dəyişdi
-
5 000 manatlıq cərimə: Marketlərə ət haradan gətirilir?
-
Azərbaycan və Litva arasında ticarət sahəsində əlaqələr genişlənəcək
-
“Yeni güclü müdafiə yardımı gözləyirik“ - Zelenski
-
Ərdoğan İsveçin baş naziri ilə danışdı: Türkiyə şərtlərini bir-bir açıqladı
-
III qrupa qəbul imtahanındakı test tapşırıqlarının düzgün cavabları: buradan öyrənə bilərsiniz (LİNKLƏR)
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Nazirlər Kabineti lotereya oyunları ilə bağlı yeni qərar verdi - Dəyişiklik
-
Sabiq nazirin həbsxanada səhhəti ağırlaşdı - Xəstəxanasına köçürüldü
-
May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır?
-
“Şimali Koreya lideri ilə görüşə hazıram“ - Bayden
-
Bu gün III qrupa qəbul imtahanı keçirilib, 6 nəfərdə telefon aşkarlanıb
-
Hava yağmursuz keçəcək, 29 dərəcə isti olacaq - Sabahın havası
-
Litva hər zaman Azərbacanın ərazi bütövlüyünü dəstəkləyən dost ölkədir
-
“Biz hamısını qaytarmaq istəyirik, Rusiya heç nəyi geri vermək istəmir“ - Zelenski
-
Sərhəddə nə baş verir? - 6 nəfər saxlanıldı + FOTO
-
Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeniliklər var?
-
Xocavənddə xeyli silah-sursat aşkar edildi - Qumbaraatanlar, pulemyotlar, avtomatlar
-
Sərhəddə atışma olub... - Müdafiə Nazirliyi məlumat yaydı
-
Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı
-
“Rusiyanın Donetsk və Luqansk istiqamətində 11 hücumunun qarşısı alınıb“ - Baş Qərargah
-
Xınalıq kəndinə 10 santimetrdən çox qar yağıb - FOTO
-
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb - 121 dollar
-
Bu gün 21 mindən çox abituriyent imtahan verəcək
-
İnstaqramda bu gün nələr paylaşdılar? - FOTOLAR
-
Heç nədən yüzlərlə milyon... - Mbappeni saxlamaq üçün PSJ nələr edir?
-
Pullu yol nə vaxt hazır olacaq? - VİDEO
-
Dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı pozuntular aşkarlanıb
-
Putin qubernatora qəzəbləndi: “Qulaq as…”
-
Bu il istehlak bazarında kəskin bahalaşma var - VİDEO
-
Cozef Bayden İlham Əliyevi təbrik etdi
-
“Sülhməramlılar“dan daha bir təxribat - İndi də tariximizə qənim kəsiliblər - VİDEO
-
“Lotu Quli“nin adından istifadə...- 12 milyonluq əmlak ələ keçirən şəxsə cəza istənilib
-
Ermənilər ABŞ səfirini ölkədən qovmaq istəyirlər: “Treysi, get!”
-
Məktəblərin yaxınlığında satılan təhlükə: Uşaq içən kimi xəstələnir - Video
-
Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar - TƏFƏRRÜAT
-
Jurnalist Qadir İbrahimli dəfn olundu - FOTOLAR
-
“Bakı İrəvandan öhdəliklərin yerinə yetirilməsini gözləyir” - Əli Əsədov
-
“Azov” alayının komandiri: “Mariupolun müdafiəsi dayandırıldı” - VİDEO
-
“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur
-
Şəkidə kənd yolları niyə düzəldilmir? - VİDEO
-
Azərbaycana qar yağdı - FAKTİKİ HAVA
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Vilyam Hacıyev məktəb tikintisinə ayrılan pulun 181 min manatını mənimsəyib? - MƏHKƏMƏ
-
“Niyə dar günümdə yanımda olmadın?“ - Manafdan Vasifə
-
““Meymun çiçəyi“nə qarşı vaksinasiya mövcuddur“ - TƏBİB
-
“Türkiyəyə güzəştə gedəcək” – Ərdoğanın hansı tələbləri yerinə yetiriləcək?
-
Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb – RƏSMİ
TOP 10
ARXİV