| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTO
Tarix 03.10.21, 14:42 |
|
Bu gün əfsanəvi döyüşçü, Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Əliyar Əliyevin anım günüdür.
Onun haqqında maraqlı faktları təqdim edirik:
Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Əliyar tələbə olanda bacısıgilin qonşuluğunda yaşayan Pəri adlı qıza vurulur. Pəri isə qəribədir ki, Əliyarı tanımazdan əvvəl onu yuxuda görür. İlk dəfə Əliyarla qarşılaşan gənc qız üşənir. Ürəyində deyir, deyəsən bu oğlan mənim qismətdimdir.
Günlərin bir günündə isə elə düşündüyü kimi də olur. İşdən çıxan Pəri Əliyarı öz iş yerinin qarşısında dayanan görür.
Qonşu kimi salamlaşıb yanından ötmək istəyəndə Əliyar onun yanınca getməyə başlayır. Bir neçə gündən sonra o, Pəriyə elçi yollayır.
1979-cu il sentyabrın 15-də onlar ailə qurur. Gənc ailə Qubadlıda yaşamağa başlayır. Onların Emin, Yusif adlı iki oğlu və Pərvanə adlı bir qızı dünyaya gəlir.
Əliyar idmanla yanaşı musiqini də çox sevir. Qarmonda ifa etməyi bacarır. Tez-tez ailəsini başına yığıb qarmonda mahnılar ifa edir, uşaqlarına deyir ki, oynayın, görüm necə oynayırsınız. Özü də onlara mütləq Məşədi İbadın mahnısını oynadır.
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır.
Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir. Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru†kimi da tanınır. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib, komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir.
1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoyur.
Xalq öz qəhrəmanlarını heç zaman unutmur, onlar haqqında əfsanələr quraşdırır, onları öz qəlblərində yaşadaraq bu yaşantıları həm də gələcək nəsillərə ötürür. Əliyar isə özü haqqında əfsanələr yaratmır. Onun müharibə zamanı etdikləri həqiqət idi. Təkbaşına erməni postlarını ələ keçirən, ayaq üstə əlində silahla onların üzərinə gedən, 300 dən çox erməni öldürüb Ermənistana üç günlük matəm elan etdirən qəhrəmanlıqlar göstərir.
Birinci Qarabağ müharibəsində Qubadlı camaatının qəlbində bir ad olur. O da Əliyar Əliyev adı... Hamı düşünürdü ki, Əliyar sağdırsa, deməli, Qubadlı da işğal oluna bilməz. Hamı istəyir ki, övladı Əliyarın özünün yaratdığı “Pəhləvanlar†adlı batalyonunda xidmət etsin. Atalar, analar düşünürlər ki, Əliyarın batalyonunda döyüşən övladına heç nə ola bilməz. Bu inamı Əliyar öz zəhməti, öz xidməti sayəsində qazanmışdı. Xalq onu sevirdi, ona inanırdı. Əliyar isə çalışırdı ki, batalyona ancaq tanıdığı adamları, tələbələrini, şagirdlərini, qohumlarını götürsün. O, özününkülərə ərk edirdi. Çox vaxtı onun qabağını kəsib, bizim uşaqları niyə batalyonuna qəbul etmirsən sözlərini də deyirdilər. Heç bir cavab verə bilmirdi. Amma sonralar deyirmiş ki, tanımadığım insanların balaları şəhid olsa, mən onların valideynlərinin üzünə necə baxaram?!
Pəri xanım Əliyarın döyüşə başladığı, “Pəhləvanlar†batalyonunu yaratdığı ilkin dövrlər barədə müsahibələrinin birində deyir:
“Əliyar idman müəllimi idi. Hər gün işə gedib gəlir, dinc həyat yaşayırdıq. Müharibə başlananda Əliyar dedi ki, idmanı saxlamaq lazımdır, idman vaxtı deyil. İndi vətəni qorumaq lazımdı. Başına yığılanların da hamısı mərd, qorxmaz uşaqlar idilər. Onun bir videosu var, orada deyir ki, Laçına kimlər gedəcəksə, bir addım irəli çıxsın. Sonra onların içərisindən də özü ilə aparacağı adamları seçir. Onlardan elələri olur ki, evin tək oğlu olur, onları özü ilə ağır döyüşə aparmır, deyir, sən evin tək oğlusan, ata-ananın yeganə ümidisən. Ona görə camaat onu çox istəyirdi. Uşaqları, tələbələri də ona bağlı idilər. Öz ata və analarından çox Əliyara rəğbət bəsləyirdilər. O, öz batalyonunda qəhrəmana, qardaşa, şəxsiyyətə çevrilmişdi. Əliyarın səsi, adı gələn yerə onlar gözü yumulu gedirdilər. Elə bilirdilər ki, onlara heç nə olmayacaq, çünki orda Əliyar var. Mənə həmişə deyirdi ki, məni yüz erməninin içində də görsən, qorxma, bil ki, mən sağ-salamat gələcəm. O, ölümü nə özünə, nə də bizə yaxın buraxmazdı. Ancaq bir dəfə, şəhid olmazdan bir az əvvəl mənə dedi ki, Pəri bu işlər, ölüm-itim əvvəl olsaydı, dözməzdin, amma indən belə həyatda nəsə olsa, dözəcəksən. Elə deyəndə ağladım, məni yaş boğdu.
Pəri xnım daha sonra Əliyarın son gedişini yada salır: Son gedişini də çox pis xatırlayıram. O, getməzdən əvvəl yuxu görmüşdüm. Yuxudan ayıldım ki, gedim suya danışım, gördüm həyətdə hər yer aydınlıqdı, elə bir səhər vaxtıdı. Sən demə, yaxınlıqdakı hərbi hissəyə silah sursat gətirirlər, ona görə ətrafı işıqlandırıblar. Otağa qayıtdım. Onda Əliyar da elə bil hiss elədi, dedi, nə olub Pəri? Ona heç nə demədim, yuxunu da danışmadım. Fikirləşdim ki, psixoloji təsir edər, fikirli olar. Səhəri gün Əliyar yola düşdü. Torbada ona qoz-fındıq yığmışdım, dedim, gedəndə apararsan. Elə oldu ki, o gedəndə həmin boxça əlimdə qaldı. Əliyarın anası dedi ki, payını aparmadı, ona qismət olmayacaq. Elə bil hamı nə isə şübhəyə düşmüşdü. Hamı düşünürdü ki, görəsən o, evə gələcək, yoxsa, yox. Həmin gün saat beşdə onu vurdular.
Ataları şəhid olanda onun uşaqlarından bu xəbəri gizləmək istəyirlər. Onları bir otağa salıb, başlarını qatmağa çalışırlar. Ertəsi gün əmiləri onlara deyir ki, atanız uzaq bir səfərə çıxıb. Bir gün qayıdacaq.
Qəhrəmanın qızı Pərvanə xatırlayır: Ölüm nədir dərk edənə kimi gözümüz atamı axtardı. Həyətimizə hərbçi maşını gələndə, qaçıb pəncərədən baxmışıq ki, bəlkə papa gəlib. Və yaxud da qohumlarımıza Qubadlıdan kimsə qonaq gələndə deyirdim onların yanında hündür bir kişi də gördünüzmü? Mən hələ də tam dərk etməmişəm onun ölümünü. Əmimin dediyi o uzaq səfər sözü mənim yaddaşımda ilişib qalıb. Elə bilirəm ki, o qayıdacaq. Mənə sual versələr ki, qapı açılsa, atan içəri girsə, nə edərsiniz, mənim cavabım belə olardı ki, belə bir şeyin ola biləcəyinə inanıram. Bəlkə nə isə möcüzə baş verə bilər... Bu bizim iç dünyamızdır. Onun gəlişini görsəm, sağ qaldığına inana bilərəm. Baxmayaraq ki, şəhid olduğunu, dəfn olunduğunu da dəqiq bilirəm.â€
Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi†yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olurlar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Milli qəhrəmanlar Şirin Mirzəyev və Allahverdi Bağırov kimi onun ölümü haqqında da müxtəlif versiyalar dolaşmaqdadır. Əliyarın xəyant nəticəsində öldürüldüyünü deyənlər də var.
Qubadlı rayonu işğaldan azad olunandan sonra Əliyarın hərbçi oğlu Emin atasının məzarını kəndlərində tapır və yenidən bərpa etdirir.
Mənbə: Kulis
Xəbərin oxunma sayı : 1270
Warning: Undefined array key 13 in /home/azfakt/public_html/news.php on line 208
Xəbərlər
-
Azərbaycandan qeyri-adi ixrac: Qazaxıstana dörd primat göndərilib
-
YAP-ın yaradılmasının ildönümü qeyd olundu - FOTOLAR
-
Şençjendə tarixi sammit: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşü başa çatdı
-
“Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub“ - İlham Əliyev
-
Bu müəllimlərin diqqətinə - Cəmi 5 gün vaxt verildi
-
Kiçik qrantlar 30 min manata qədər... - Sabah böyük müsabiqə elan olunur
-
Avtomobil idxalına tətbiq olunan vergiyə yenidən baxıla bilər - VİDEO
-
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI
-
Su və Meliorasiya İnstitutunun strukturu təsdiqləndi - 435 ştat vahidi müəyyən edildi
-
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi - FOTO
-
TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur
-
Sumqayıtda velosiped oğurluqlarının qarşısı alınıb - Həbslər var
-
Dövlət xidmətinin rayon şöbəsində insident - Həbs olunan var
-
İkinci əl avtomobillərin satışında mühüm dəyişiklik - Kimlərə şamil olunacaq?
-
Anbarlarda yer qalmadı, büdcə boşalır: Hindistanı çıxılmaz vəziyyətə salan “düyü bolluğu“
-
Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN
-
Təhsil müəssisələri hələ də odun ilə qızdırılır? - FOTOFAKT
-
“Adlarını birinci görməyəndə stres keçirirlər” - Zahid Oruca söz atdı
-
Baş redaktor İnam Kərimova müraciət etdi - “Sizdən xahiş edirəm ki...“
-
Naxçıvana yanacaq tədarükü hardan həyata keçirilir? - SOCAR açıqladı
-
Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - Parlament ilk oxunuşda qəbul etdi
-
Taksi sürücülərinin vergi ödəmə qaydası dəyişdirilir - Artacaq, yoxsa azalacaq?
-
Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür - VİDEO
-
Azərbaycanda evini kirayəyə verənlərlə bağlı yenilik: Vergi qaydaları dəyişir
-
TRİPP layihəsi nə vaxt tamamlanacaq? - Nazir detalları açıqladı
-
Qələbə dairəsində hərəkətdə dəyişiklik edildi - VİDEO
-
Azərbaycanda pensiya və sosial yardım alanların sayı AÇIQLANDI
-
MDB-nin subay prezidenti - Maya Sandu “Persona”da
-
Dünyanı qorxudan xəbərdarlıq - Hökumətlərə çağırış edildi
-
İşsiz qalıb, pensiyasını da bərpa edə bilmir - “3 aydır həkimlərdəyəm”
-
“Möhürü də var, apostil də olunub, amma universitetdən cavab gəlir ki, belə tələbəmiz yoxdur” - Şikayət
-
ABŞ-ın Küveytdəki bazasına zərbələr endirilib - SEPAH
-
Ramiz Mehdiyev ona verilən cəzadan narazıdır - Şikayət edib
-
Mərdəkan qəsəbəsində yataqxana binası yandı - VİDEO
-
Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı - Video
-
Britaniyadan Ukraynaya hərbi yardım - “Gripen“ qırıcıları ilə bağlı da razılaşma var
-
Yeni rüsum Gürcüstandan gətirilən avtomobillərin qiymətinə təsir edəcək? - VİDEO
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - VİDEO
-
8 Noyabr prospekti 2 həftədir təmirdədir... - “Nə var üstünü örtməyə?”+Video
-
“Mançester Siti” Holanı satmağa hazırlaşır - 175 milyon avro tələb edcək
-
Bu cihaz olmadığından özəl xəstənalara üz tuturlar - VİDEO
-
Anna Akopyan tıxacda qaldı -Qadın sürücüləri etiraza çağırdı
-
Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir
-
ƏDV güzəşti uzadılır - çörək və ərzaq ucuzlaşacaqmı?
-
Prokuror məşhur iş adamlarına cəza istəyəcək - 800 min manatlıq mənimsəmə
-
“Meridian Luks“, “Vegas City Hall“, “Sarı Gəlin“ şadlıq saraylarında nöqsanlar - Camış əti, saxta kürü...
-
Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı verilə bilər - Yenilik
-
Etibar Pirverdiyevin adı keçən prosesin qapalı keçirilməsi tələb olundu - QALMAQAL
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Binəqədidə 23 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
-
“İran Vaşinqtona hücum etsə, ABŞ görünməmiş cavab zərbəsi endirəcək“ - Tramp
-
Azərbaycanda orta aylıq maaş 1173 manata çatıb - Bəs vətəndaş niyə bahalıqdan şikayətlənir?
-
Bakıdakı insidentin təfərrüatı: Sevgilisini başqa qadınla tutubmuş - VİDEO
-
“Təcili Çatdırılma Problemi Bildirişi” başlıqlı saxta mesajlar göndərirlər - XƏBƏRDARLIQ
-
“Azərbaycan Restaurants“ audit tələbini yerinə yetirmədi - Cərimə olundu
-
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - FOTOLAR
-
Bakıda ilin ən uzun gecəsi olacaq - Tarix açıqlandı
-
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
-
Yol-nəqliyyat hadisələri ən çox hansı günlərdə baş verir? - Rəsmi məlumat
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi: yeni qanunda nə deyilir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İran ABŞ-də “çirkli bomba” partlatmağa hazırlaşır - CNN
-
Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi
-
Bu şəxslərə 70 milyonluq dəstək: 600 mənzil və avtomobillər
-
Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı - VİDEO
-
“ATA Tinqçilik“in 37 min avroluq işi: Direktorun ölkədən çıxışına “stop“ qoyuldu
-
Din xadimləri ilə bağlı yayılan məlumatlar barədə - Xəbərdarlıq
-
“Türkiyəyə bir də zibilli ayağını basmayacağını bəyan edir...“ - Deputatdan sərt açıqlama
-
Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
-
Dövlət şirkətlərində kütləvi ixtisarlar gözlənilir - Hansı qurumlar bağlanacaq?
-
“Parlament danışmaqxana deyil” - Spikerdən deputata irad
-
Ev sahibini hədələyib 11 min manat alanlar tutuldu - FOTO
-
Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası
-
Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA
-
Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü
-
Yollarda faciəvi statistika: 9 ayda 500 nəfər ölüb
-
Dərsliklər niyə narazılıq yaradır? - Nazirlik ictimaiyyətin passivliyini əsas gətirdi
-
Azərbaycana 314 milyon dollarlıq smartfon idxal edilib - Ən çox hansı ölkədən gətirilib?
-
Təcili tibbi yardım sistemində idarəetmə böhranı: TƏBİB rəhbərliyi vəziyyətə nə zaman müdaxilə edəcək?
-
Epşteyn həbsxanada öldürülmüş ola bilər - Məhkəmə-tibbi ekspert şübhəli məqamları açıqlayıb
-
Prokuror cəza istədi, məhkəmə bəraət verdi - Bakıda səs-küylü dələduzluq işi
-
Bakıda sərxoş kişi əvvəl maşını mağazaya çırpdı, sonra qadını yumruqladı - VİDEO
-
Nazir generallara ali hərbi rütbələrini təqdim etdi - FOTOLAR
-
Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı
-
Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
-
İsrail 2006-cı ildə iranlı generalı İstanbulda qaçıraraq öldürüb – NYT
-
Türkiyədə Sözcü TV-də əməliyyat keçirilib - Kanala qəyyum təyin edilib
-
Bülbülə gölündə bənd yarıldı: Evlər su altında qaldı (VİDEO)
-
Hikmət Hacıyev Aİ rəsmiləri ilə bir araya gəldi - Nələr müzakirə olunub?
-
Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - FOTO
-
“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb
-
Azərbaycan-Böyük Britaniya əməkdaşlığı: regional maraqlar və qlobal çağırışlar
-
Azərbaycanın çoxşaxəli xarici siyasətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin növbəti təzahürü
-
Prezident Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO
-
Millimiz ili qələbə ilə yekunlaşdırdı - Andorranı məğlub etdi
-
Azərbaycanda Milli Dirçəliş Günüdür
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür (VİDEO)
-
Sənəd olsa da, belə yerlərdə ev tikmək olmaz - Diqqət
-
Moskva və Vaşinqton arasında çox sayda ziddiyyət hələ də qalır - Lavrov
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında - Fotolar
-
Saxta “İvanovka” məhsulları istehsal edən sex bağlandı - VİDEO
-
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək - XƏBƏRDARLIQ
-
Alyona Əliyeva “Sərhədsiz Uçuş” sərgisində - VİDEO
-
“Mahal MTK“da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
-
“Tərtər işi”nə görə daha üç nəfər təzminat alacaq - Məbləğlər
-
“Putin Ukrayna məsələsində mövqeyini yumşaldır, güzəştlərə gedir“ - Tramp
-
“Boranı” restoranında qeyri-adi tələblər: “3-4 nəfərlə gəl”, “Əlavə pul ödə”…
-
Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar - Xitam verdildi
-
TRIPP layihəsi Tehranda narahatlıq yaradıb - İran Ermənistanı hədələyir
-
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional və beynəlxalq təhlükəsizlik amilidir
-
500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün şok qərar
-
“Putinlə Trampın görüşü mütləq baş tutacaq” - Uşakov
-
Azərbaycanın 12 Milli Qəhrəmanı sağdır - SİYAHI
-
“Kristal“da gizli rəqəm OYUNU - Deputatın oğlu vətəndaşları aldadır?
-
Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar və ödənişlər dəyişir
-
Avropa İttifaqından Kiyevə rekord dəstək: Ukraynaya 8 milyard avro ayrıldı
-
FHN-ə məxsus 21 nəqliyyat vasitəsi cəmi 27 min manata satıldı - SİYAHI
-
Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü - Amma gör kimi məhkəməyə veriblər!
TOP 10
ARXİV






