Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Fars rejimi Güney Azərbaycandan olan ruhanini həbs edib - VİDEO

Tarix 20.02.24, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


Bu yaxınlarda bir müsahibəsində - “İşlər belə davam edərsə, İranda mövcud quruluşun süqutu qaçılmaz olacaq”, - deyən məşhur ruhani Məhəmmədtağı Əkbərnejad fevralın 17-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı tərəfindən Qum şəhərində saxlanaraq naməlum yerə aparılıb.

“Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunub ki, son vaxtlar sosial mediadakı tənqidi çıxışları yüz minlərlə insan tərəfindən izlənən din xadimi ilə bərabər, onun “Instagram” səhifəsinin admini olan tələbəsi də həbs edilib.

Qum Elmi Hövzəsinin müəllimi olmaqla yanaşı, Əkbərnejad həm də bu şəhərdəki “Fiqh və İslam mədəniyyəti” Araşdırma Mərkəzinin direktorudur, eyni zamanda Kermanşahdakı Kəngavər Elmi Hövzəsinin rəhbəridir. Yayılan məlumatlara görə, həbsi ərəfəsində o, Kermanşaha səfər edibmiş və oradan qayıdandan az sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Bu barədə canlı yayımda ətraflı bilgi verən Əkbərnejadın dostu və əqidə yoldaşı, İran hakimiyyətinin tanınmış tənqidçilərindən biri, rəsmi “Keyhan” qəzetinin keçmiş baş redaktoru Mehdi Nəsiri deyib ki, Əkbərnejad onsuz da ertəsi gün ruhanilər üçün xüsusi məhkəməyə çağırılıb, lakin SEPAH-ın təhlükəsizlik qurumu bunu gözləmədən hərəkətə keçib. Görünür, bu işdə həmin gün radikal qrupların Əkbərnejadın əleyhinə Qum şəhərində təşkil etdiyi aksiya da az rol oynamayıb. Həmin aksiyada Əkbərnejadın İslam Respublikasının banisini və hazırkı ali rəhbərini təhqir etdiyi bildirilib, “Əkbərnejad, abrın olsun, Qum şəhərini tərk et!” şüarı səsləndirilib.





Xəbərin oxunma sayı : 856




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap