“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: “Bunu ona yaraşdırmadım“

Tarix 05.10.26, 13:56

Font ölçüsü : - / +
bitmap-img6


“Pünhan Piriyevin açıqlamalarına baxdım. Düzünü deyim ki, bunu ona yaraşdırmadım. Bu, iki nəfərin arasında olan söhbətdir, onu açıqlamamalı idi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Alim Qasımovun meneceri İlkin Robin müğənni Pünhan Piriyevin “Alim Qasımov toyuma 15 min manat istədi” fikirlərinə münasibət bildirərkən deyib.

Menecer bildirib ki, Pünhan Piriyev əvvəlcə onunla əlaqə saxlayıb:

“Mənə zəng etdi və Alim Qasımovu toyunda görmək istədiyini bildirdi. Soruşdu ki, Alim Qasımov toya neçəyə gedir. Mən də ona bir qiymət aralığı dedim. Amma bildirdim ki, sənət yoldaşısınız, Alim müəllimlə özünüz danışın, bəlkə sizə xüsusi endirim edər. Sonradan aralarında nə danışıldığını bilmirəm. Mən həmişə sənət adamları ilə bağlı toy məsələsini Alim müəllimin özünə yönəldirəm. Sonra deməsinlər ki, ortada menecer var”.

Qeyd edək ki, müğənni Pünhan Piriyev sosial şəbəkədə toyu ilə bağlı növbəti açıqlama verib. O, Xalq artisti Alim Qasımovla bağlı səs-küyə səbəb olan iddia səsləndirib.

Pünhan Piriyev bildirib ki, toy mərasimində Alim Qasımovu görmək istəyib, lakin xanəndə onun toyunda çıxış etmək üçün 15 min manat qonorar tələb edib.



Xəbərin oxunma sayı : 526




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap