Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Fermerlər cüzi məbləğlə əkin sahələrini sığorta edə bilərlər - Nazirlik

Tarix 18.06.21, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


Fermerlər olduqca sərfəli şərtlərlə, cüzi məbləğ ödəməklə əkin sahələrini yanğınla yanaşı, digər əsas risklərdən də sığorta edə bilərlər.

AzFakt.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondunun əkin sahələrindəki yanğınlarla bağlı fermerlərə müraciətində deyilir.

Nazirlik qeyd edir ki, son günlər ölkənin müxtəlif bölgələrində açıq sahələrdə yanğınlar baş verməkdədir. Belə yanğınlar respublikanın Xaçmaz, Siyəzən, Quba, Qusar, Şabran, Lənkəran, İmişli, Sabirabad, Bərdə, Tovuz, Neftçala rayonlarında qeydə alınıb. Yanğınlar Siyəzən rayonunun rayonun Sədan, Məşrif, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında, Xaçmaz rayonunun Nabran qəsəbəsi, Quba rayonunun Sofikənd kəndində və digər ərazilərdə baş verib:

Yanğınlar müxtəlif ərazilərlə yanaşı, açıq sahələrinə, o cümlədən əkin sahələrinə yayılıb. Nəticədə biçilmiş və biçilməmiş əkin sahələri yanıb, əkinçiliklə məşğul olan fermerlərə ziyan dəyib.

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu ölkə fermerlərinə və əkinçiliklə məşğul olan sahibkarlara müraciət edərək əkin sahələrini sığortalamağa çağırır. Fond bildirir ki, ölkəmizdə bir neçə ay əvvəldən tətbiq edilən aqrar sığorta istənilən səbəbdən baş verən yanğın nəticəsində əkin sahələrinə dəyən zərəri qarşılayır.

Fermerlər olduqca sərfəli şərtlərlə, cüzi məbləğ ödəməklə əkin sahələrini yanğınla yanaşı, digər əsas risklərdən də sığorta edə bilərlər.

Belə ki, hazırda yanğınların tez-tez baş verdiyi Şimal bölgəsində taxıl sahələrinin hər hektarını orta hesabla 7 manata sığortalamaq olar. Ölkənin digər ərazilərində də əkin sahələrini sərfəli şərtlərlə sığortalamaq mümkündür.

Hadisə baş verdikdə sığorta ödənişi isə lazımi sənədlər təqdim edildikdən sonra cəmi 7 gün ərzində həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu fermerləri əkin sahələrini sığortalamağa, böyük zəhmət hesabına becərdikləri məhsullarını və gəlirlərini qorumağa çağırır.



Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap