“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

FHN-nin İdarə rəisi “Land Rover“ini niyə satır? - Biznes-mülk iddialarına cavab

Tarix 05.02.25, 13:32

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəzarət-Təftiş idarəsinin rəisi Qəşəm Məmmədovun biznes fəaliyyəti ilə də məşğul olduğu iddia edilir. 

Qaynarinfo-ya daxil olan məlumatda FHN-nin idarələrini səlahiyyəti çərçivəsində təftiş edən Qəşəm Məmmədovun özünün də təftişə ehtiyacı olduğu deyilir. 

Məlumata görə, məmurun Bakıda taxta-şalban biznesi var. İddia olunur ki, Qəşəm Məmmədov sözügedən biznesi Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsində sədr olduğu zaman qurub. 

Q.Məmmədov hazırkı vəzifəsindən əvvəl, Dövlət Gömrük Komitəsinin (DGK) İri Tədiyyəçilər İdarəsinin rəsi işləyib. Elə həmin dönəmdə gömrükdə ən varlı məmurlardan sayılan Q.Məmmədova "Tuz Qəşəm” ləqəbi qoyulub. 

Hazırda Q.Məmmədovun həyat yoldaşının Dövlət Gömrük Komitəsinin Gömrük Hospitalında həkim, qızının isə həmin qurumda Planlama Marketing İdarəsinin müavini vəzifəsində çalışdığı iddia olunur. Oğlu da FHN-də çalışıb. 

Q.Məmmədovun ailə üzvlərinin adına Azərbaycanda və xaricdə çoxsaylı mülklərin olduğu da bildirilir.
Qəşəm Məmmədov

Redaksiyaya təqdim edilən siyahıda Bakıda "Varovski" kimi tanınan ərazidə çoxmərtbəli villa, Buzovna və Mərdəkanda 2 mərtəbəli bağ evi, Bakı şəhərində bir neçə yerdə mənzil, Qax rayonunda bağ evi, Türkiyənin kurort bölgəsində yay tətil evi və s. mülklərin ünvanları qeyd edilir. 

Bundan başqa, idarə rəisi Cəbrayıl rayonundan məcburi köçkün olduğuna görə orada da dövlətdən iki ədəd ev almaq üçün özünü və ailə üzvlərini növbəyə yazdırıb. Yeri gəlmişkən, Qəşəm Məmmədov 13.04.1958-ci il tarixində Xocavənd rayonunda doğulsa da, Cəbrayıl rayonunda qeydiyyatdadır. 

Bildirilir ki, məmur ailəsinin bahalı avtomobil kolleksiyası da mövcuddur. 

Bu kolleksiyaya 10-KG-800 nömrə nişanlı, 2016-cı il buraxılışlı "Land Rover Discovery",  10-SS-… nömrə nişanlı,  2021-ci il buraxılışlı "Ford Fusion", 10-TQ-00. nömrə nişanlı, 2024-cü il buraxılışlı "Hyundai Grandeur" Hibrid, habelə "Niva", "Mercedes" markalı avtomobillər daxildir.

Bundan əlavə, iddia olunur ki, Qəşəm Məmmədov FHN-də şəxsi sürücü ştatına öz yaxın adamının adını yazdırsa da, xidməti avomobilini də özü idarə edir.

Səslənən iddialarla bağlı Qaynarinfo-nun əməkdaşı adı çəkilən idarə rəisi Qəşəm Məmmədovla əlaqə saxlayıb. O əvvəlcə taxta-şalban biznesindən danışıb: "Mənim Cəbrayılda bu biznesim olub. Amma torpaqlarımız işğal edildikdən sonra sözügedən biznesim məhv oldu. Sonra dövlət qurumlarında fəaliyyətə baladım və hazırda heç bir biznesim yoxdur.”

İdarə rəisi həyat yoldaşının evdar qadın olduğunu və ona məxsus yalnız bir evin olduğunu deyib: "Mən heç Buzovna və Mərdəkan yolunu belə tanımıram. Allah eləməsin mənim çoxlu pulum olsun və mən bunu heç arzulamıram da... Badamdarda da evim yoxdur. Avtomobillərə gəlincə, yalnız 2016-cı il buraxılışlı "Land Rover Discovery" avtomobilim var..". 

İdarə rəisi sayta açıqlama verdikdən bir neçə dəqiqə sonra "Land Rover Discovery"  avtomobilini elan saytlarının birində 76 min 500 manata satışa qoyaraq linkini Qaynarinfo-ya göndərib: "Olanım bircə bu idi, onu da satışa qoydum. Satdıqdan sonra Cəbrayıla köçəcəm və sözügedən vəsaiti orada xərcləyəcəm”.






Xəbərin oxunma sayı : 736




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap