Xalq artistindən cazibədar paylaşım - FOTO Röya imicini dəyişdi - FOTO Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO Natavan Həbibi çəhrayıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 05 Dekabr 2022

    Xalq artistindən cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 28 Noyabr 2022

    Röya imicini dəyişdi - FOTO

  • / Maqazin / — 25 Noyabr 2022

    Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO

  • / Maqazin / — 14 Noyabr 2022

    Natavan Həbibi çəhrayıya büründü - Fotolar

  • / Maqazin / — 04 Noyabr 2022

    Aygün Kazımova qırmızıya büründü - FOTO

  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

FHN maye-qaz yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkarladı - FOTO/VİDEO

Tarix 04.10.22, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Goranboy rayonu, Səfikürd kəndində yerləşən Vəliyeva Dilarə Cəmil qızına məxsus maye-qaz yanacaqdoldurma məntəqəsində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- ərazi kol-kosdan və məişət tullantılarından təmizlənməyib;

- ərazidə yanğın təhlükəsizliyinə dair xəbərdaredici lövhələr quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

-  obyekt normalara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;

-  obyekt icbari qaydada sığortalanmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Goranboy rayonu, Səfikürd kəndində yerləşən Vəliyeva Dilarə Cəmil qızına məxsus maye-qaz yanacaqdoldurma məntəqəsində saxlanılan maye-qaz yanacağı təhlükəsizlik qaydalarına uyğun şəkildə çıxarılıb kənarlaşdırılmaqla işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib.






Xəbərin oxunma sayı : 400

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap