“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Günün transfer xəbərləri: “Real Madrid“ ulduz futbolçusunu itirəcək

Tarix 20.01.23, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

İnsayder Fabritsio Romano: "Layptsiq"in yarımmüdafiəçisi Konrad Laymer "Bayern Münhen"lə müqavilə imzalayıb. Yayda azad agent olacaq 25 yaşlı futbolçu ilə hələ bir neçə ay öncədən danışıqlar aparılırdı. Artıq bütün sənədlər imzalanıb. Transfer 1 iyul tarixində həyata keçəcək. 

"Readfootbal": "Benfika"nın müdafiəçisi Tomaş Tavareş karyerasını Rusiya "Spartak"ında davam etdirəcək. Məlumatı Portuqaliya təmsilçisinin idman direktoru Ruy Pedru təsdiqləyib. Transfer bir neçə gün ərzində rəsmiləşəcək. 21 yaşlı portuqaliyalının keçidi "Benfika"ya 3 milyon avro qazandıracaq. Futbolçunun öz maaşı isə ilinə 1-1,2 milyon avro və əlavə bonuslar olacaq. 

İnsayder Xosep Pedrerol: "Real Madrid" bu yay liderlərindən kimisə itirəcək. Bu, ya hücumçu Kərim Benzema, ya yarımmüdafiəçi Luka Modriç, ya da yarımmüdafiəçi Toni Kroos olacaq. Yaşı irəliləyən futbolçuların müqavilələri başa çatmaq üzrədir və hələ heç biri ilə sözləşmə yenilənməyib. 

Daha əvvəl krak klubunun Benzema və Modriçin mövqeyinə yeni oyunçular axtardığı bildirilirdi. 



Xəbərin oxunma sayı : 400




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap