“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Türkiyə Liviyanın ərazi bütövlüyü və suverenliyinə önəm verir” - Çavuşoğlu

Tarix 03.05.21, 22:06

Font ölçüsü : - / +
bitmap-img6


“Səfərimizin məqsədi Liviyaya dəstəyimizi daha da artırmaq, strateji ortaqlığımızı inkişaf etdirmək və ikitərəfli əlaqələrimizi genişləndirməkdir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviya Milli Hökumətinin xarici işlər naziri Necla el-Menquşla keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Liviya Milli Hökumətinin Baş naziri Abdulhəmid Dubeybe və həmkarı Necla el-Menquşla Şərqi Aralıq dənizi, Liviya ilə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində danışıqlar aparıb.

Onun sözlərinə görə, keçirdiyi görüşlərdə türkiyəli iş adamlarının Liviyada fəaliyyətini bərpasına dair fikir mübadiləsi aparılıb.

XİN başçısı bu il ərzində Liviya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasını keçirməyi planlaşdırdıqlarını da vurğulayıb: “Liviyada olmaqdan böyük məmnuniyyət duyuruq. Liviya ilə tarixi və mədəni əlaqələrimizin tarixi çox qədimdir. Türkiyə olaraq Liviyanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinə önəm veririk. Liviyada daimi sülh və rifah üçün səylərimizi əsirgəmirik. Tripoliyə hücumlar qarşısında Liviyanın çağırışlarına sadəcə Türkiyə müsbət cavab vermişdi. Təhlükəsizlik və əməkdaşlıq çərçivəsində Liviyaya dəstəyimiz ölkədəki vətəndaş müharibəsinin, qardaş qırğının qarşısını aldı. Türkiyə Liviyaya dəstəyini davam etdirəcək”.



Xəbərin oxunma sayı : 871




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap