![]() |
|














Hacı Şahinin dəfni sonrası dindarları hədəfə alanlar kimlərdir? - Bir qərəzin izi ilə...
Tarix 16.03.23, 14:02 |
|

Məşədi Dadaş məscidinin yeni imamı (artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müdaxiləsi baş verib, yəqin ki, məscidə bu qurum özü imam təyin edəcək – müəllif.) Elbrus Kərimovun cümə xütbəsindən 105 saniyəlik hissənin İTV tərəfindən yayımının sosial şəbəkədə müzakirəyə çıxarılması qərəzdən başqa bir şey deyildi.
Əvvəla, E.Kərimovun məlum çıxışı Cümə xütbəsi deyil, xütbədən 1 dəqiqə 45 saniyəlik hissə idi. Özü də bu hissədə yalnız mərhum Hacı Şahindən söhbət gedir. Xətib məscidə yeni imamın seçildiyini elan edir. Yəni xütbə və ya dini söhbət olmur. İkincisi, hər kəsə, o cümlədən Fazil Müstafaya da məlumdur ki, xütbə ən azı 30 dəqiqə davam edir, 105 saniyəli cümə xütbəsi olmur.
Aydın məsələdir ki, Bakının ən qələbəlik məscidində qəfil vəfat etmiş imamı əvəzləyəcək şəxsin kimliyi maraq doğuran hadisədir. Bu səbəbdən də İctimai Televiziyanın buna diqqət ayırması, yeni imamın dəqiqə yarımlıq çıxışını efirə verməsi telekanalın hansısa məzhəbə xüsusi simpatiyası və ya sifarişi deyil, sıradan, amma maraq doğuran xəbərdir.
Lakin Hacı Şahinin dəfində yaranan izdihama, eləcə də sonrakı günlər qəbir ziyarətinə insan axınına reaksiyalar, eləcə də hazırlanan yazılar göstərdi ki, cəmiyyətdəki dini həssaslıq bəzi şəxsləri narahat edib. Əsəbi reaksiyalar isə konkret olaraq, Hacı Şahin amilindən daha çox insanların dini həssaslığına görədir.
Yeri gəlmişkən, "qərəz" - ərəb sözüdür, məqsəd, niyyət, daha çox gizli məqsəd mənasına gəlir. Yəni, bir adam haqqında “qərəzlidir” deyilirsə, o adamın əməlinin arxasında xüsusi məqsədin olduğuna inanılır. Hacı Şahinin dəfn mərasimi, daha sonra qəbrinin ziyarətinə, nəhayət əvəzedicisinə qeyri-obyektiv reaksiya qərəzə, yəni xüsusi məqsədə işarədir. Bu məqsəd isə heç də sağlam və sülhsevər deyil.
Amma belə məlum olur ki, mərhum Hacı Şahin mövzusu ətrafında qərəzli davrananların siyahısı daha geniş imiş. Sifarişçi isə əslində ölkədə dini sabitliyə xidmət etməli olan qurum - Dini Qurumlaral İş üzrə Dövlət Komitəsinin yüksək rütbəli məmuru, daha doğrusu, sədr müavini imiş.
Bu barədə ilk yazını iki gün əvvəl araşdırmaçı-jurnalist Samir Feyruzov yazdı. Jurnalist yazısında bildirirdi ki, Hacı Şahinə qarşı qarayaxma kampaniyasının arxasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərovun dayanır. Yazıda qeyd olunur ki, hətta Hacı Şahinin sağlığında S.Heydərovun təşəbbüsü ilə ona qarşı fəaliyyət göstərən icma yaradılıb:
“Siyavuş Heydərov Hacı Şahinin sağlığında ona qarşı müxtəlif təxribatlar törədir, dövlətə bağlı dindarların fəaliyyətinə mane olurdu. Bu adam məzhəbçiliyi qızışdırır, hazırda Hacı Şahini hədəfə alan bəzi jurnalistlər və siyasətçilər Siyavuş Heydərovdan qidalanırlar. Sifarişi verənlərdən biri budur”.
Jurnalist yazır ki, məhz S.Heydərovun tapşırığı ilə Dini Komitənin əməkdaşları məzhəbçi, Hacı Şahini hədəfə alan statuslar paylaşırlar. Yazıda o da vurğulanır ki, Siyavuş Heydərov ciddi cəhdlə çalışır ki, “Məşədi Dadaş” məscidinə öz adamını təyin etdirsin. “Əslində isə bu adamın məqsədi məscidi məhv etməkdir. Qısası, S.Heydərov Hacı Şahinin ölüsündən də qorxur” - deyə yazıda qeyd olunur.
Bu arada qeyd edək ki, sosial şəbəkələrdə deputat Fazil Mustafanın Məşədi Dadaş məscidinə yeni imamın seçilməsi xəbərini müzakirəyə çıxaran statusu Dini Komitənin əksər əməkdaşları tərəfindən sosial mediada paylaşıldı . Doğrudur, Dini Komitə əməkdaşlarının ucdantutma F.Mustafanın statusunu paylaşmasının “screen”ləri sosial şəbəkələrdə yayıldıqdan sonra onların bir çoxu palaşımlarını sildilər. Lakin necə deyərlər, ox artıq yaydan çıxmışdı.
Bu faktın özü onu göstərir ki, Hacı Şahin mövzusu ətrafında sosial mediadakı antimilli postların, xüsusən də komitənin “troll” funksiyasını icra edən jurnalistlərin canfəşanlığının arxasında dövlət orqanının yüksək rütbəli məmuru dayanır. Yoxsa ki, bütün komitə əməkdaşlarının, tanınmış trolların sözləşmiş kimi deputatın statusunu eyni anda paylaşması, Hacı Şahinin məzarını ziyarət edənləri hədəfə alması ağılabat deyil.
Amma necə deyərlər, iş bununla da bitmədi. Çərşənbə günü mediada məlumat yayıldı ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Məşədi Dadaş məscidinə din xadimi təyinatını təkzib edir. Dini Komitədən bildirilib ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu qayda əsasında həyata keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məşədi Dadaş məscidi dini icmasının üzvləri ilə görüşərək icmanın gələcək fəaliyyəti, “Məşədi Dadaş” məscidinə yeni imam təyinatı, eyni zamanda qarşıda duran məsələlər barədə ətraflı müzakirələr aparıb.
Bu məlumat isə Dini Komitə rəsmilərinin Məşədi Dadaş məscidinə yeni imam təyinatı və bununla bağlı deputatın statusunu niyə bəyənib paylaşdığını açıqlayır. Burdan aydın olur ki, dövlət komitəsinin əməkdaşları nədən Elbrus Kərimovun təyinatı və 1 dəqiqə yarımlıq çıxışının İTV efirində verilməsini tənqid edən sosial media fəaliyyətlərini dəstəkləyirmiş.
Digər tərəfdən, bütün bu yazı, açıqlama və xəbərlər onu göstərir ki, Hacı Şahinin dəfni sonrası ona, rəhbərlik etdiyi icma və ümumilikdə dindarlara qarşı isterik reaksiyaların arxasında S.Feyruzovun iddia etdiyi kimi yüksək vəzifəli şəxs və ya şəxslər dayanır. Özü də burda hədəf yalnız Hacı Şahinin şəxsiyyəti və ya məscid deyil, bütövlükdə dindar camiədir.
O da məlum olur ki, Hacı Şahinin qəbrinin ziyarətinin media və sosial bu tip mövzularda “ixtisaslaşmış” şəxslər tərəfindən hədəfə alınması, Azərbaycan insanlarının yüz illərdir etdiyi qəbir ziyarətini az qala xarici dövlətin kəşfiyyat fəaliyyəti kimi təqdim edib, dindarlara qarşı “əcinnə ovu” ab-havası yaratmaq cəhdi qeyd olunan qurum və şəxsin sifarişi olub. Artıq mediada Hacı Şahinin məzarının təmir adı ilə ziyarətə bağlanmasının da bu dairələrin işi olduğu, səlində isə iddia olunduğu kimi qəbirin üstünün yaxın zamanda götürülməyəcəyi, sadəcə ailədən belə çağırış etməsi tələb olunduğu barədə yazılar yer alıb.
Göründüyü kimi, mühüm dövlət postunu tutan bəzi şəxslər dini mövzu üzərindən süni ajiotaj yaratmağa, dindar təhlükəsi ab-havası yaradaraq ölkədə formalaşmış dini sabitlik mühitini pozmaq və bütün bunların fonunda öz cılız hədəflərini – qərəzlərini – həyata keçirməyə çalışırlar. Bakıda ən böyük dini icmalardan biri olaraq Hacı Şahinin rəhbərlik etdiyi Məşədi Dadaş məscidi bu illər ərzində ən həssas, taleyüklü məsələlərdə Azərbaycan dövlətçiliyinin, üzçrəngli bayrağın yanında dayanıb, dövlət-din münasibətlərinin sağlamşalması üçün əlindən gələni edib. Dini sahədə bu cür sağlam təməllər atmış din xadiminin dəfnindən 10 gün keçməmiş oyun qurmaq, məscidi öz aləmində ələ keçirmək üçün kütləvi qaralama kampaniyası təşkil etmək Azərbaycan dövlətinə qarşı təxribat, sağlam təməlləri atılmaqda olan din-dövlət münasibətlərinə zərbədir.
Azərbaycanda İrandan gələn təsirə qarşı dayanan, müqavimət göstərən icmanı İran təbliğatı adı ilə qaralamağa çalışmaq faktiki olaraq son günlərdə yenidən fəallaşan Azərbaycana qarşı olan qüvvələrin çörəyinə yağ sürtməkdir. Bilənlər də bilir ki, İrandan idarə olunan o qrupların qarşısında əsas maneə Hacı Şahin idi. Belə görünür ki, Heydərov və onun “dəstəsi”nin bu məsələdə İrandakı qruplarla maraqları üst-üstə düşür, çünki hər ikisinin hədəfində eyni şəxs və eyni icmadır.
Xəbərin oxunma sayı : 1111
loading...
Analiz
Xəbərlər
-
Fransa millisində kapitanlıq qalmaqalı: Qrizman yığmadan gedəcək?
-
Laçın-Xankəndi yolundakı aksiya 101 gündür davam edir
-
Türkiyədə prezident seçkiləri üçün 11 namizədin adları açıqlanıb - SİYAHI
-
Daşınan yükün adı avtomobilin texniki pasportuna yazılmalıdır? - VİDEO
-
“Azərbaycan Qarabağdan olan erməni sakinlərlə təmaslara hazırdır“ - İlham Əliyev
-
Müdafiə Nazirliyi sülhməramlıları yenə ittiham etdi - “Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir“ (VİDEO)
-
Antoni Blinken Prezident İlham Əliyevə zəng edib - “On minə yaxın erməni hərbçisi Azərbaycan ərazisindədir“
-
“ABŞ Dövlət Departamentinin hesabatı Gürcüstan hökuməti üçün maraqlı deyil“ - Baş nazir
-
QMİ Ramazan ayı ilə bağlı fətva verib
-
Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar, sosial obyektlər, təhsil ocağı tikiləcək - FOTO
-
“Dünya Rusiyanın Çin tərəfindən dəstəklənən taktikasına aldanmamalıdır” - ABŞ dövlət katibi
-
Putin Çin Sədri ilə görüşdə Ukraynanı müzakirə edib - Danışıqlara açıq olduğunu bildirib
-
“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb - Video
-
Novruz bayramı milli həmrəyliyimizi daha da gücləndirir
-
Xalqımızın ən əziz bayramı – Novruz
-
Novruz - dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı
-
Haland ən yaxşı seçildi - Çempionlar Liqası
-
“Su-25 Polşa silahı ilə Baxmutda vurulub“ - Ukrayna SQ
-
Əlaçılar niyə zəif nəticələr göstərirlər? - VİDEO
-
“Putinə qarşı hücumu Rusiyaya təcavüz kimi qiymətləndiririk“ - Dumanın spikeri
-
Ölkəyə gətirilən hibrid avtomobillərin sayı azaldı - Qiyməti 2 dəfədən çox artdı
-
“NATO-dan Ukraynaya gələn bütün texnika məhv ediləcək“ - Peskov
-
Azərbaycanda qaz limiti ləğv ediləcək? - VİDEO
-
“Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır” - Prezident
-
“Baxmutun itirilməsi digər şəhərlər üzərində nəzarəti təhlükə altına qoya bilər“ - Ukrayna XİN
-
“Deputat Musa Qasımlı yanlış təəssürat yaradıb“ - Elm və Təhsil Nazirliyi
-
“İsveçdən 124 terrorçunu istədik, vermədilər“ - Türkiyə Prezidenti
-
Latviya 35 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda müğənnilər və aktyorlar da var
-
Sabiq deputatın ailə üzvlərinə məxsus bankda pozuntu - Cinayət işi açıldı
-
Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə “hə” deyib
-
“Bəzi küçə adlarının nəyi ifadə etdiyi bilinmir“ - Qənirə Paşayeva
-
“Əkin sahələrinin selləmə kimi suvarılması dövrü bitdi” - Əli Əsədov
-
İcbari tibbi sığortaya daxil olan xidmətlərin qiyməti dəyişə bilərmi? - AÇIQLAMA
-
Baş Prokurorluğun idarəsinə təyinat - Kamran Əliyevdən ƏMR
-
“Xalqa hər şeyi Avropa qiymətləri ilə satırıq” - Deputat
-
Bakı metrosunda qadınlar arasında dava - VİDEO
-
Dövlət qurumlarında tender maxinasiyası: Qətldə suçlanan şəxs necə qalib “seçilib”?
-
Əli Əsədov su probleminin səbəblərini açıqladı - VİDEO
-
“Azenco” ASC səhmdarların ümumi yığıncağın keçirəcək
-
Deputat iclasda naziri tənqid etdi: “Planlama sıfır səviyyəsindədir“
-
Peşə təhsili ilə bağlı yeni qərar - Prezident fərman imzaladı
-
Ordubad rayonunun icra başçısı vəzifədən azad olunub
-
Məşhur restoran sahibləri cərimələndi - SİYAHI
-
Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələr - Siyahı
-
Tağı Əhmədovun sağlıq durumu getdikcə pisləşir - Əlil arabasına möhtac qalıb
-
“O dərəcədə şərəfsiz…” – Bibisi oğlu olan tanınmış müğənni Bəxtiyar Hacıyev olayından danışdı
-
“Əgər bu, idxal olunan inflyasiyadırsa, qiymət bizdə niyə düşməyə başlamır?“ - Əli Məsimli
-
Bakıda narkotik satan və oğurluqlar edənlərə qarşı əməliyyat keçirildi - FOTO/VİDEO
-
“Mənə qibtə eləyənlərə deyirəm ki, sağ əlim onların başına” - Məleykə Abbaszadə
-
“Yüzminlərlə insan bəzi bələdiyyələrin, icra orqanlarının saxtakarlığının qurbanıdır“ - Deputat
-
Bakı beton şəhərə çevrilib, ETSN isə araşdırma aparır - FOTO
-
Fəridin yaxınları İran səfirliyi önündə aksiya keçirdi - Fotolar
-
Messi ilə PSJ arasında bağlar qopdu - Argentinalı məşqə gəlmədi
-
Ziraat Bank Azərbaycandan Qarabağımıza qarşı hörmətsizlik - FOTO
-
“İmtahan zalına bıçaq və qumbara keçirməyə cəhd halları olub” - Məleykə Abbaszadə
-
“Hazırda ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır“ - Əli Əsədov
-
“Moldovada rus dezinformasiyası tüğyan edir “ - ABŞ radiosu
-
Vüqar Qurbanov generalın qardaşına yeni vəzifə verdi - FOTO
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunsuz server yaradıb: “Bu tender Prezident fərmanını pozmaqdır”
-
“Səudiyyə Ərəbistanı ilə İranın razılaşması Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə dəyişdirir” - Kissincer
-
"Kupça"sı olmayan evlərlə bağlı sevindirici xəbər: Bu tarixə qədər... (VİDEO)
-
“Milyonlarla büdcə“ yeyildi, Qarabağ müharibəsi haqda film çəkilmədi“ - VİDEO
-
Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır
-
Həcc ziyarəti niyə bahalaşdı? - AÇIQLAMA + VİDEO
-
Kanadalı general hökuməti məhkəməyə verdi: Altı milyon dollar təzminat tələb etdi
-
“Nüvə silahına nüvə silahı ilə cavab verəcəyik” - Kim Çen In
-
Bakının bir sıra yollarında tıxac var - SİYAHI
-
Putin İlham Əliyevə zəng edib – Nələr müzakirə olunub?
-
Xankəndi-Laçın yolunda ekoaksiyanın 96-cı günü: Tələblər dəyişməz, şüarlar eyni
-
Aygün Kazımova maraqlı tərzi ilə diqqət çəkdi - FOTO
-
İsrail Ukraynaya niyə silah verə bilmir? - SƏBƏB
-
Bakı sakinlərinin nəzərinə - Aprelin 24-dən 29-dək...
-
“Türk İnvestisiya Fondu iqtisadi birliyə töhfə verəcək“ - Ərdoğan
-
Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır - VİDEO
-
Naxçıvanda yeni agentlik yaradıldı - FƏRMAN
-
Xəzərin Azərbaycan sektorunda balıq tapmaq müşkülə çevrilib - VİDEO
-
461 hərbçi yeni mənzillərlə təmin olundu
-
Nazirlik qoyunlara 74 milyon manat xərcləyəcək - TENDER
-
Zaxarova Paşinyanın açıqlamalarını “möcüzəvi” və “izaholunmaz” adlandırdı - VİDEO
-
Güneydə çox sayda fəal məhkəməyə çağırılaraq təhdid edilib - FOTO
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
-
İnterpolun axtardığı azərbaycanlı Norveçdə tutuldu
-
YAP İdarə Heyətinin iclası keçirilib - 38 nəfər partiya sıralarından xaric olunub
-
“Ermənistan Qərbi Azərbaycanda mədəni irsimizi dağıdıb” - İlham Əliyev
-
Rusiyanın “Su-27” təyyarəsi ilə ABŞ PUA-sının toqquşma anı - VİDEO
-
Prezident bu şəxslərə ali xüsusi rütbələr verdi - SƏRƏNCAM
-
Seymur Talıbov ölkəni niyə tərk edib? - Universitetdəki yoxlamaların pərdəarxası
-
Hotellərdə bayram qiymətləri: 750-830 manat - VİDEO
-
Bakıda 14 yol sahəsində sürət hədləri endiriləcək - FOTO
-
Ərdoğan İlham Əliyevə təşəkkür etdi - VİDEO
-
Günün transfer şayiələri: “Yuventus“ PSJ-nin ulduzuna göz dikib
-
Vilayət Eyvazov Şəmkirdə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Yaz səfərinə “Nar”dan sərfəli rouminqlə başla!
-
“Fransa Avropada islamofobiya və türkofobiyanın mərkəzi kimi davranır“ - QMİ sədri
-
Hava bu tarixdən kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda daha iki iranpərəst dindar tutuldu - DETALLAR
-
Nərminin meyitini və İlkin Süleymanovu müayinə edən ekspert dindirilib - MƏHKƏMƏ
-
Ağsu Suvarma Sistemləri İdarəsindən müəmmalı boru əməliyyatı – İdarə rəisinin oğlanlarına qarşı ittiham
-
TDT-nin fövqəladə Zirvə Görüşü: Ərdoğan Azərbaycan Prezidentini qarşılayıb
-
Hacı Şahinin dəfni sonrası dindarları hədəfə alanlar kimlərdir? - Bir qərəzin izi ilə...
-
Ağdamda mina partlayışı: İki nəfər həlak oldu
-
“Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb” - Paşinyan
-
Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçirilir - CANLI YAYIM
-
Nazirlik tədbir keçirdi, musiqiçi oğurluq etdi, həbs olundu - TƏFƏRRÜAT
-
Sahil Babayevin 1.2 milyonluq tenderi... - ekspert qanunsuz sayır
-
Qara dəniz döyüş meydanı kimi – “Nyu-York Tayms”
-
Bakının ən işlək prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır - FOTO
-
“Son on ildə Azərbaycanda uzunömürlülük artıb“ - Səhiyyə nazirinin müavini
-
Davada öldürülən DSX əməkdaşı Qarabağ Qazisi imiş - TƏFƏRRÜAT
-
Yeni təyin olunan 36 yaşlı nazir kimdir? - DOSYE
-
“Tərtər işi“ məhkəməsi kimlərin başını aparacaq? - yeni iddialar
-
Həmkərlar İttifaqı Konfederasiyasında dəhşətli maxinasiyalar - Səttar Möhbalıyevin “putyovka” biznesi...
-
Azərbaycan nefti kəskin ucuzlaşdı - 7 dollar...
-
Dövlət Xidməti Bakıdakı məşhur restoranları CƏRİMƏLƏDİ
-
Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb - Yeni nazir təyin olunub
-
ABŞ dünyanı dollarla təhdid edir - 2008-ci il böhranı təkrarlanacaq?
-
Şirvan rayonunda kanalizasiya suları Kür çayına axıdılır - FOTO
-
Bakıda kütləvi dava - Ölən və yaralanan var
-
Rüfət Səfərova küçədə zorakılıq olub - Saxlanılan var
-
Laçın-Xankəndi yolu: Aksiya 95 gündür davam edir
TOP 10
ARXİV